Astarada fermerlərə yiyə duran yoxdur... - Sahələr niyə əkilməmiş qalır?
Tarix: 19-05-2022, 08:58 | Çap et
Torpaq sahibi Fərahim Tağıyev 20 ildən çoxdur ki, çəltikçiliklə məşğul olur. Hər il 0,30 hektardan çox çəltik əkir. Əldə etdiyi məhsulla öz ailəsini dolandırır. Bu ildə də bir o qədər çəltik əkini nəzərdə tutub. Əkin gecikib. Onun əkin sahəsində iki traktor işləyirdi:
“ Köhnə texnikalardır. Sınanda işlərimiz qalır. Texnika olmadığına görə torpağı indi sürürəm. Halbu ki, şitil əkməli idim. Çəltik əkinində yenilik yoxdur. Yeri traktor sürür, məhsulu kombayn yığır. Qalan işləri əl ilə görürük. İyirmi il bundan əvvəl belə idi, indi də belədir. Servisdən gələn texnika işi baha görür. Xərcimiz çox çıxır. Şitili əkən texnika gətirmişdilər, bizə sərf etmədi.”
O, əlavə edib bildirir ki, düyünün satışında da problemlər var. Düyü vaxtında satılmır:
“Elə sahibkarlar var ki, məhsulun çoxu əlində qalıb. Gərək məhsul vaxtında satıla ki, onun pulu ilə torpağı növbəti əkinə hazırlaya biləsən. Problemdir. Əkinə yararlı torpağımız azdır. Hər təsərrüfata 30-40 sot torpaq düşüb. Elələri var ki, icarəyə götürüdüyü torpağı əkir. Xərcini çətinliklə çıxardırıq. Yeri şumlamaq, mala vurmaq, digər işlərin xərcləri artıb. Çətin də olsa əkirik. Biz həm də mal-qara saxlayırıq. Çəltikçiliklə dolanmaq çətindir.”
Yaxınlıqda qadınlar çəltik əkir. Əkinçilər deyir ki, bu başdan tez əkirlər ki, o başdan məhsulu tez yığısınlar. Kecikəndə məhsul yığımı yağışa düşür. Onda məhsul itkisi daha çox olur. Torpaq sahibi Tağıyev Namik də satışda problemlərin olduğunu bildirir:
“Gübrə , dərman vermirik. Məhsulumuz ekoloji cəhətdən təmizdir. Çox ağır sahədir. Dövlət bizdən düyünü tədarük etsə, yaxşı olardı. Kömək olsa, bir az da genişləndirərik. Kömək görmürük.”
Traktor yanımızda dayanır. Traktorçu Hüsen Həsənov ehtiyat hissələrinə ehtiyac olduğunu dilə gətirir:
“1972-ci iliin traktorudur, mühərrikin dəyişməsinə ehtiyac var. İcarəyə götürmüşəm. Hər dəfə təmirə dayananda 2-3 min manat pul xərcləyirəm. Mühərriki dəyişmək üçün 1800 manat xərc istəyir. Ehtiyat hissələri olsa, işin öhdəsindən vaxtında gələrik. Köhnə traktordur, ehtiyat hissələrini tapmaq olmur. Günlərlə traktor təmirə qalır.”
Artipa kənd sakini , sahibkar Mehman Quliyev orta məktəbdə dərs deyir. Düyü dəyirmanı var, çəltik əkini ilə də məşquldur. O, düyünün satışında problem görmür:
“Artupa kəndin ərazisində yetişdirilən düyünün satışında problem yoxdur. Anbarda düyü qalmayıb. Gəlirlər, zəng edirlər, düyü istəyirlər. İldə dəyirmandan 70-80 ton Artupa düyüsünü satıram. Astaranın digər yerlərində yetişdirilən düyülər var. Bizim kəndin düyüsü qurtarıb. Bizdə düyü əsasən əl ilə yetişdirlir. Astaracayın suyu ilə suvarılır. Buna görə dadı, tamı yaxşıdır.”
Onun fikrincə ölkədə gedən bahalaşma cəltikciliyin inkişafına mənfi təsir göstərir:
“Torpaq sahibi vaxtında pul tapa bilmir, iş görə bilmir, nəticədə sahələr əkilməmiş qalır. Yerin şumlanması yüz faiz bahalaşıb. Fəhlə günə 20-25 manata işləyir. Düyünün qiyməti də qalxır. Artupanın “Həsəni” düyüsünün bir kiloqramı 4-5 manatadır. Hər kəs ala bilmir.”
O, yaxınlıqda işləyən qadınları göstərib deyir ki, əsas işi onlar görür:
“Görürsüz, sahədə calışanlar arasında qadınlar çoxluq təşkil edir. Qadın əməyindən çox istifadə olunur. Mini texnikalar lazımdır ki, palçığın içində hərəkət edə bilsin, qadınlarımız əziyyətə düşməsin. Biz 21-ci əsirdə yaşayırıq, amma yenə əl əməyidir. Bir problemimiz də var. Subsidya ala bilmirik. Vermirlər, bəhanə gətirirlər. Çəltik sahəsində iş gedir, bu günə kimi bir cavabdeh şəxs oraya baş çəkməyib.
Astara Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov torpaq sahiblərinin qaldırdıqları problemlərə aydınlıq gətirir:
“Elektorun kənd təsərrüfatı portalı var. Biz ora girirk, subsidya üçün verilən sənəd inteqrasiyadan gəlmirsə, qəbul edə bilmirik. Sahibkarın sənədi gəlməyəndə biz ona deyirik ki, get əmlakda aydınlaşdır. Bəzən görürsən ki, icarə müqaviləsi olmadan başqasının torpağını əkirlər. Bu da qanun uyğun deyil. Çox vaxtı əkdiyi yerlə əlindəki sənəd düz gəlmir. Bizim maraqmızdadır ki, torpağını əkib, becərən adam subsidya alsın.”
Onun fikrincə kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrini tapmaq çətin deyil:
“Masallıda, Cəlilabda Lənkəranda traktor hissələri satan yerlər var. O yerlərdə bütün ehtiyat hissələri satılır. Azad bazar iqtisadiyyatıdır, həmin sahəni də bazar tənzimləyir. Bizim kənd təsərrüfatı texniklarının ehtiyat hissələrini satan yermiz yoxdur.”
Onun dediyinə görə düyünün satışında problemlər var:
“Məhsul tədarükü ilə bağlı məsələnin üstündə işləyirlər. Biz də təkliflərimizi vermişik. Həqiqətən də kəndlilər əldə etdikləri məhsulu vaxtında sata bilmirlər. Onu biz bilirik. Ötən il Astara rayonunda 240,6 hektarda çəltik əkilib, 998 ton çəltik tədarük olunub. Bu il 250 hektarda çəltik əkini nəzərdə tutulub. Artıq 58 hektarda çəltik əkini aparılıb..”
Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisin fikrincə çəltikçilikdə problemlər olduğu kimi qalır:
“Azərbaycanın düyüyə olan bir illik tələbatı 40 min tondan çoxdur. Ölkənin tələbatını ödəmək üçün xaricdən düyü gətirilir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumta görə 2022-ci ilin ilk 3 ayında ölkəyə 16 tondan çox düyü idxal olunub. Düyü istehsalı azdır.İdxaldan aslıyıq.İş yerlərini də burda itiririk. “Azərbaycan Respublikasında çəltikçilyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramı” qəbul edilib.4 il keçib.Nə ediblər? Çəltikçilikdə əvvəlki kimi əl əməyi üstünlük təşkil edir. Çəltikçi iki ay su və palçığın içində işləyir. Bu da fəhlənin sağlamlığına mənfi təsir edir. Mən bir ailə tanıyıram, hər il bir hektarda düyü əkərdi. Həmin ailənin sahədə işləyən üzvləri müxtəlif xəsətliklər tapdılar. Əkindən imtina etdilər. Mini texnikalar lazımdır. Məhsuldar toxum əldə etmək çətindir. Düyünün satışında çətinliklər var. Su, gübrə problemləri var. Artupa kəndinin ərazisində Türklər 2 hektarda çəltik əkdilər, ziyana düşdülər. Növbəti ildə əkmədilər. Demək istəyirəm ki, şəltik əkmək asan deyil.” Cenub.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|