KTN sisteminin `YEMƏLİ YERLƏRİ`... - Buralarda `AÇIQ` VAR...
Tarix: 5-05-2022, 08:46 | Çap et
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin ötən ay keçirilən iclasında "Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında" hesabatının müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədovun may ayında kənd təsərrüfatına ayrılan subsidiyaların auditinin aparılacağını deməsi, aidiyyatı qurumları hərəkətə gətirib. Çünki milyon manatlarla dövlət vəsaitinin ayrıldığı bu sahədə mənimsənilmə faktının aşkarlana biləcəyi istisna edilmir. DİA.AZ FAKTİNFO.AZ saytına istinadla xəbər verir ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinə ayrılan subsidiyaların auditini aparan zaman 2 istiqamət üzrə faktları aşkarlaya bilər. Bunlardan birincisi dövlət reyestrindən keçən hüquqi və fiziki şəxs olan toxumçulara verilən subsidiyalarıdırsa, digəri DAİM-lərin hesabladıqları əkin subsidiyalarıdır. Hər iki xətlə aparılan və dövlət tərəfindən subsidiya üçün verilən vəsaitlərin hesablanılmasından son illərə qədər yazılıb. Burada şəffaflığın hələ də qeyri-qənaətbəxş olmasına, yoxlamalar zamanı aşkarlanan faktların tərəflərinə toxunulub.
Faktinfo.az saytına danışan kənd təsərrüfatı mütəxəssisi bildirir ki, böyük toxumçuluq sahələri olan fermerlərə subsidiyalar verilir. KTN-yə tabe Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi elektron qaydada satışlar aparır.Bildirilir ki, istənilən toxumçu fermer istehsal etdiyi 50 ton sertifikatlı toxumu satmalıdır. Elektron satış zamanı 50 ton sertifikatlı toxumu 300-400 ton da etmək mümkün ola bilir. Çünki gedib yerlərdə əkilmiş sahələri yoxlayan heç kim yoxdur. Guya toxumçu 50 ton deyil, 300-400 ton sertifikatlı toxum istehsal edib və satıb.
Nəzərə alsaq ki, toxum istehsal edən fermerlərə subsidiya verilir, onda onların ikitərəfli sövdələşməyə getmələri mümkündür. Buraya torpaq sahəsinin çoxluğu, əldə edilən məhsulun sentnerinin yüksək göstərilməsi və bir neçə amili şamil etmək olar. Bütün bunlar dövlət tərəfindən ayrılan və mənimsənilmə ehtimalı çox yüksək olan milyon manatların ört-basdır edilməsinə kömək edən səbəblərdir.
Digər tərəfdən, Nazirlər Kabinetinin qərarı var ki, sertifikatlaşdırma dövlət rüsumundan azaddır. Amma KTN hər bir alınan sertifikata uyğunluq sertifikatı deyilən yanaşma da tətbiq edir. Düzdür, buna ad qoyulub ki, uyğunluq sertifikatı almaq könüllüdür.Lakin istənilən növ kənd təsərrüfatı məhsulu istehsal edən, o cümlədən toxumçu fermer hər 30 ton məhsula qədər uyğunluq sertifikatı almaq üçün 118 manat pul ödəmək məcburiyyətindədir. Əgər fermer 300 ton məhsul istehsal edirsə, 1 deyil, 10 uyğunluq sertifikatı almaq üçün 1800 manat ödəməlidir. Bu kimi amillər də kənd təsərrüfatı məhsulunun maya dəyərinin baha başa gəlməsinə, bu sahəyə marağı tədricən azaltmağa xidmət edən lazımsız yanaşmadır. Könüllülük prinsipi ilə ortaya atılan bu "əməliyyatı" isə dövlətə aid olmayan MMC həyata keçirir. MMC-nin hesab nömrəsi fermerlərə verilir və hamı bir nəfər kimi pulu həmin hesaba ödəyir.
Nəzərə alsaq ki, minlərlə sertifikatlı məhsul istehsal edən fermer var, onlar istehsal etdikləri məhsulun hər 30 tonuna 118 manat ödəyir, ünvanı bəlli olmayan milyonların aqibətini təsəvvür etmək elə də çətin deyil.
Subsidiyalaşmanın ikinci istiqaməti əkin subsidiyasıdır. Faktinfo.az saytı bildirir ki, rayonlarda bu mərhələnin rəsmiləşdirilməsini Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) aparır. Əvvəlki adı Kənd Təsərrüfatı İdarələri olan mərkəzlərin işində köhnə mahiyyət qalıb. Rayonlarda subsidiya mənimsəmək üçün yazlıq, payızlıq əkin yazıb qeydiyyata almaq, əkilmiş ərazinin həcmini şişirtmək mümkündür. Buğda, arpadan sonra ,payızlıq əkin kimi qarğıdalı bitkisini "rəsmiləşdirmək" ümumiyyətlə iki vur ikidir.
Beləliklə, anlaşılmaz və sübuta ehtiyacı olan faktları ortaya çıxarmaq üçün isə mütəxəssislərdən ibarət komissiya yaratmaq vacibliyi var. Nümayəndə heyyəti toxumçu fermerlərə və DAİM-in xətti ilə əkin subsidiyalarına ayrılan vəsaitin dəqiqliyini təmin etmək üçün CPRS üzrə yoxlama aparmalıdır. Yəni rəsmiyyətdə olan elektron sistemdə əkin sahələrinin koordinatlarını əldə etdikdən sonra, yerlərdə tutuşdurmalar həyata keçirilməlidir. Bu tutuşdurmada uyğunlaşmanın olub-olmadığını dəqiqləşdirmək mümkündür.
Onda toxumçu fermerə də, əkin subsidiyasına da ayrılan dövlət vəsaitinin hər iki istiqamət üzrə neçə milyon manat mənimsənildiyi dəqiq məlum olar. Bunu isə bir halda-buğda və arpa biçinindən gec olmayaraq etmək gərəkdir.Bu edilərsə milyon manatlarla subsidiya mənimsəmələri də olmaz,kənd təsərrüfatı məhsulları da bol olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|