Əmrullayevin BİABIRÇI TƏHSİL LÖVHƏLƏRİ... - BUNA NƏ DEYİRSİNİZ?
Tarix: 29-03-2022, 09:09 | Çap et
Azərbaycanda təhsil adına baş verən elə hadisələrin şahidi oluruq ki, sadəcə baş verənlərə təəssüflənməklə yetinmək olmur. Həm də təəccüb edirsən ki, hüquqi dövlətdə, islahatlar haqqında az qala hər gün şüarlar səsləndirilən bir ölkədə bu hallar necə baş verir.
Sizə paytaxtın iki məktəbi haqqında qısaca məlumat verəcəyik. Özünüz nəticə çıxarın, bunlar paytaxt Bakının məktəbləridirsə, görün ucqarlarda nələr baş verir. Başlayaq Bakı şəhəri, P. Həzərov adına 60 saylı tam orta məktəbdə baş verən film kimi olaylardan.
Bakı şəhəri, P. Həzərov adına 60 saylı tam orta məktəbdə baş verənlər barəsində az-çox məlumatı olanlar təhsil adına rəzalət sayıla biləcək bu kimi hallara indiyə qədər Təhsil nazirliyinin heç bir reaksiya verməməsinə sadəcə təəccüblənirlər. Hamının bildiyi və əzabını çəkdiyi nöqsanlar sanki bu məktəbdə baş vermir və direktor Emilya Səfərəliyeva təhsilin inkişafı naminə yorulmadan külüng çalır. Əslində mənzərə tamamilə fərqlidir və bir daha olanları nazirliyin, digər əlaqədar qurumların diqqətinə çatdırırıq ki, bəlkə nəhayət ki, insafa gəlib hərəkətə keçdilər.
Öncə ondan başlayaq ki, 60 saylı məktəbdə “şirinlik xəstəliyi” geniş yayılaraq az qala pandemiya halını alıb. Burada “şirinlik” verməsən heç bir iş görə bilməzsən. Bayramlarda, əlamətdar günlərdə məktəb rəhbərliyi valideynləri heç vaxt unutmur. Düşünməyin ki, valideynləri toplayıb təbrik edirlər. Əsla, belə günlərdə valideynlər əməlli-başlı xərcə düşürlər ki, nəticədə bayramlar onların yaddaşında əbədi həkk olur. Valideynlər bayramlar bir yana, direktorun, müavinlərin, bəzi zirək sinif rəhbərlərinin də ad günlərini əzbər bilirlər ki, sonra “şirinliyini” verməz, üzqaraçılıq olar. Aldığımız məlumatlara görə, heç müəllimlərin də gün-güzəranı valideynlərdən fərqlənmir. Valideynlər bayramlarda xərcə düşürlərsə, binəva müəllimlər hər ay xərcə düşürlər. Maaş gələndən sonra adı direktorun siyahısına düşməyən müəllimin vay halına. Məktəbdə dərs saatları da müəllimlərin diaqnostik qiymətləndirmə ballarına uyğun aparılmır. Burada əsas rolu Emilya xanımın “balları” oynayır ki, bunun da qiymətini hər kəs bilir.
60 saylı məktəbin yuxarı siniflərində (əsasən 9, 10 və 11-ci siniflərdə) təhsil sırf direktorun biznes sahəsidir. Belə ki, hazırlıq kurslarına gedən şagirdlər dərsə gəlməmək müqabilində aylıq haqq ödəyirlər. Həmçinin yüksək qiymət almağın da haqqı başqadır. Vəziyyət o həddə çatıb ki, hətta summativlərin keçirilməsi üçün də şagirdlər pul toplayırlar. Müəllimlər hər summativdə siyahı tutub şagirdlərdən summativlərin çapı üçün pul toplayırlar. Sual olunur ki, bəs məktəblərə ayrılan kağızlar hara sərf olunur ki, müəllimlər şagirdlərdən qəpik-quruş toplamağa məcbur edilirlər. Baş verənlər təkcə 60 saylı məktəblə yekunlaşsaydı, sıradan bir nöqsan kimi susmaq olardı. Amma dəhşətlisi odur ki, paytaxtın hər məktəbinin öz dərdi var. Götürək elə Binəqədi rayon 248 saylı orta məktəbində baş verənləri. Bu məktəbin direktoru Xəyyam Fərəcovun əməllərinə diqqət yetirdikdə başa düşürsən ki, təhsil sistemində çox böyük boşluqlar və problemlər hökm sürür. Əks təqdirdə belə birisinin böyük bir təhsil ocağına rəhbərlik etməsinə yol verilməzdi. Əgər digər məktəb direktorlar rəhbərlik etdikləri təhsil ocaqlarını özəl müəssisələri hesab edirlərsə Xəyyam müəllim ümumiyyətlə 248 saylı məktəbi əyləncə mərkəzi hesab edir. Məsələn direktorun şagird və müəllimlərin gözü önündə öz müavininin ad günüdə tort kəsməsi nə dərəcədə düzgündür? Məlumatlara görə, Xəyyam Fərəcov məktəbə direktor təyin olunandan sonra onun sağ əlinə çevrilən müavini Reyhanə Qurbanova ilə birlikdə məktəbi gəlir yeri və əyləncə mərkəzinə çevirib. Şikayətçilər bildirir ki, belə görüntüləri ancaq toylarda görmək mümkündür. Hətta Xəyyam Fərəcovun müavini Reyhanə Qurbanovanın təmtəraqlı ad gününü keçirmək üçün müəllimlərdən pul yığması barəsində də məlumatlar verilir. Bütün bunlara hardasa dözmək mümkündür. Amma...
Bax əsl həngamə də bu “amma”dan sonra başlanır. Xəyyam müəllimlə müavinin tort kəsib havalarda uçduqları vaxt ayaqları altında qalan Azərbaycan bayrağından belə xəbərləri olmur. Belə yerdə “gözü ayaqlarının altını görmür” ifadəsi yerinə düşür. Minlərlə şəhidlərimizin qanı bahasına zirvələrə ucalan bayrağımız Xəyyam Fərəcovun “Ömər Xəyyam” sayağı məclislərindən sonra ayaqlar altına atılırsa, burada günahkar kimdir? Bütün bunları görməzdən gələn Təhsil nazirliyimi, yoxsa bunlara rəvac verən əlaqədar qurumlarmı? Bütün bunları görən və susanların o müqəddəs bayrağın altında “məsud” yaşamağa haqqları çatırmı? Gələcək nəsillərin tərbiyəsi bunlaramı etibar edilib ? Gördüyünüz kimi, təhsil sistemində aparılan az-çox islahatların 60 və 248 saylı məktəblərə heç bir aidiyyatı yoxdur. Burada “islahatları” direktor Emilya xanım və Xəyyam müəllim həyata keçirir ki, onun da Azərbaycan təhsilinə dəxli yoxdur. Yəqin ki, təhsil sisteminin başbilənləri nəhayət ki, bu məktəblərə də bir nəzər yetirərlər. Yoxsa vəziyyət rəhmətlik Sabir deyən kimidir :
Vah... bu imiş dərsi-üsuli-cədid ?! Yox, yox, oğul, məktəbi-üsyandı bu ! Dur qaçaq,oğlum, baş-ayaq qandı bu!
Nicat Mahmudov Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|