“Abşeron A1” MTK-nın dələduzluq tarixçəsi: - Şirkət adını dəyişib, əməlini yox
Tarix: 26-03-2020, 12:01 | Çap et
Son dövrlər Mənzil Tikinti Korperativlərinin (MTK) vətəndaşları aldatması ilə bağlı şikayətlər xeyli artıb. Mediada yer alan, müvafiq dövlət strukturlarına ünvanlanan həmin şikayətləri ümumiləşdirərək cumhuriyyet.az bildirir ki, şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şika yətlənirlər. “İş başında olan” bir çox dələduz MTK rəhbərləri həmin insanların hüquqi savadsızlıqlarından və həm də qanunvericilikdə mövcud olan müəyyən boşluqlardan öz mənafeləri naminə məharətlə istifadə edirlər. Belə qurumlardan biri də “Abşeron A1” Mənzil Tikinti Kooperativi (MTK) – sonralar “Kooperativ” adlandırılan şirkətdir. Bu qurumla bağlı onlarla vətəndaş şikayəti var ki, bunların da əksəriyyətini tikinti şirkətinin vətəndaşın ödənişi tam etməsinə baxmayaraq onu mənzillə təmin etməsindən imtina etməsi təşkil edir. “Abşeron A1” MTK-nın son belə dələduzluğu ilə Ucar sakini Hikmət Nüsrət oğlu Rəhimov üzləşib. Bu barədə cumhuriyyet.az-a danışan vətəndaş deyir ki, 2018-ci dekabrında “Kooperativ”in Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasından 2 otaqlı mənzil alıb və qiymətini (50 000) şirkətə tam ödəyib. Vətəndaşla bağlanan müqavilədə MTK-nın sədri kimi Ağamoğlan Duman oğlu Ağayevin adı qeyd olunub. Hikmət Rəhimov isə deyir ki, ona mənzili şirkətin əsas iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalov satıb və bundan bir ay sonra – 07.02.2019-cu il tarixdə mənzili Ruhiyyə Ağamməd qızı Vahidovaya satıb. Şirkət müqaviləni yeniləyib və buna görə Hikmət Rəhimov sənədləşmə üçün də şirkətə 1500 manat pul ödəyib. O deyir ki, 2019-cu ilin dekabrında MTK mənzili satdığı şəxsi – Ucar rayon Qazyan kənd sakini Ruhiyyə Vahidovanı çağıraraq, müqavilədə düzəliş adı ilə sənədi saxtalaşdırıb: “Dekabrda Ruhiyyə Vahidovanı çağırıblar ki, müqaviləni də götürüb gəl və mənzilini təmirə başla. Ruhiyyə Vahidova MTK-ya gedəndən sonra deyiblər ki, bu müqavilə oxunmur, gəl yenisini verək. Müqavilənin əslini alıb saxtalaşdırıblar, o da bilmədən imzalayıb. Dəyişdirilmiş müqavilədə isə göstəriblər ki, guya mən mənzillə bağlı öhdəlik götürmüşəm, bunlara mal-material, armatur verməliyəm. Halbuki mən evin bütün pulunu ödəmişəm və sonra satmışam, sənədləşməyə də 1500 manat pul ödəmişəm”. Şikayətçi deyir ki, bundan sonra şirkətin rəhbər şəxsləri – iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalovla görüşüb, şirkətə heç bir borcu olmadığını deyib: “Mən Ehtiram Zeynalov və Bakir Babayevlə görüşdüm. Onlara vəziyyəti izah etdim. Dedilər ki, evin pulunu ödədiyin şəxsi çağır, gətir, aydınlaşdıraq. Həmin şəxs – MTK-nın işçisi də gəlib pulu aldığını və Hikmət Rəhmovun şirkətə heç bir borcu olmadığını dedi. Amma şirkət rəhbərliyi mənzili qaytarmaqdan imtina etdi”. Hikmət Rəhimov və Ruhiyyə Vahidova bundan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirlər: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Dedilər ki, siz ilk adam deyilsiniz, onlarla sizi kimi şikayətçi var və şirkətlə bağlı cinayət işi açılıb. Hazırda məsələ araşdırılır”. Bununla bağlı cumhuriyyet.az olaraq araşdırmalarımız nəticəsində öyrəndik ki, doğurdanda bu sözügedən MTK-nın ilk dələduzluğu deyil. Bir müddət əvvəl “Abşeron A1” MTK demək olar ki, eyni üsulla ödənişini tam halda etmiş Əliyev Axund Nəsrəddin oğluna da Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədəki 14 saylı 2 otaqlı sahəsi 90,25 kv.m mənzili verməkdən boyun qaçırmışdır. O zaman da şirkət məhkəmələr yolu ilə vaxt udmağa çalışça da bütün məhkəmələrdə iddialarına rədd cavabı verilmişdir. Məsələ ilə bağlı apardığımız araşdırma da o da məlum oldu ki, müqavilədə “Abşeron A1” kimi qeydə alınan MTK Vergilər Nazirliyində həm də “Kooperativ” adı ilə qeydiyyatdadır. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi isə Dadaşov Əbülfət Ələsgər oğludur. Apardığımız araşdırmalarda “Abşeron A1” MTK-nın sahibi Ağamoğlan Duman oğlu Ağayevin 3100676461 nömrəli VÖEN şahadətnaməsi ilə Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırıldığı da bəlli oldu.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|