"Şikayətimə məhəl qoyan yoxdur" - GİLEY
Tarix: 15-02-2020, 10:21 | Çap et
Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü birinci qrup gözdən əlil Füzuli Məmmədov şikayətçidir.
Dediyinə görə, artıq bir neçə ildir, davamlı olaraq, rayon icra hakimiyyətinə, o cümlədən, Prezidentə və Birinci vitse-prezidentə məktub ünvanlayır ki, hazırda qəzalı vəziyyətdə olan evinə əncam çəkilsin. Söyləyir ki, icra hakimiyyəti nümayəndələri evinə dəfələrlə baxış keçirsələr də, mənzil problemini həll etməyiblər:
“İcra hakimiyyətində yalandan vədlər verirlər. İş o həddə çatıb ki, kredit götürüb, ev tikmək qərarına gəldik. Çünki icraya ümid yoxdur. Lakin əlil olduğum üçün pul vermədilər. Dedilər ki, sabah-birigün pulu ödəyə bilməsəniz, məhkəməyə müraciət etsək, işi sizin xeyrinizə həll edəcəklər. İki gözüm də görmür, bu vəziyyətdə niyə kredit götürməliyəm? Niyə hökumətim mənə sahib çıxmır? Dəfələrlə rayon icra hakimiyyətinə müraciət etmişəm. Amma şikayətimə məhəl qoyan yoxdur”.
DİA.AZ bildirir ki, yaşadıqları ikiotaqlı kürsülü evin aşağı hissəsi tamamilə yararsız vəziyyətdədir. Şikayətçi deyir ki, oranı artıq otaq yox, zirzəmi kimi istifadə edirlər:
“Ev atam tərəfindən, təxminən 1955-ci ildə çiy kərpicdən tikilib, artıq yaşayış üçün yararsız hala gəlib. Adamın ev deməyə dili gəlmir, tövlə buradan yaxşıdır. Hər iki otağın divarları, döşəməsi və tavanı bərbad vəziyyətdədir. Həyat yoldaşımla oğlum yağış yağanda, evin içərisində vedrə dəyişməkdən bezirlər. Yeriyəndə döşəmə yırğalanır. Divara yaxın getmirik ki, bu dəqiqə üzərimizə uçacaq.
İcrada isə deyirlər ki, prezident vətəndaşların evlərinin tikilməsinə görə pul ayırmır. Mən Prezidentə məktub yazıram, onlara yönləndirilir ki, maraqlanıb vətəndaşa kömək edin. Əgər onlar deyən kimidirsə, qoy, məktubuma rədd cavabı yuxarıdan gəlsin. Bəs yaxşı, niyə evimə baxış keçirməyə gəlirlər? Deməli, mənim problemimi yuxarıya bildirməkdən ötəri gəlirlər. Əgər elə bir məqam yoxdursa, niyə evimə baxırlar, elə birbaşa cavabı Prezidentə yazsınlar də.
Beş-altı dəfə şikayət etmişəm, amma maraqlanan yoxdur. Vətəndaşı saymırlar, problemlərini görmürlər. Həyat yoldaşım deyir ki, otaqlara girməyə qorxuram. Cavan oğlum həmin otaqda yatır. Bir gün divar uçub ödladımın üstünə düşsə, kim cavabdeh olacaq?”
Füzuli Məmmədov evinin qəzalı vəziyyətdə olması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə ilk dəfə 2018-ci il iyulun 5-də müraciət edib. Dediyinə görə, icra nümayəndələri tərəfindən evə baxış keçirilib, yararsız olması ilə bağlı akt tərtib edilib:
“Növbəti dəfə 2019-ci il iyulun 18-də təkrar icraya getdim. Yenə baxdılar, dedilər ki, ev çox acınacaqlı vəziyyətdədir. Təmir üçün çox pul lazımdır, buna da bizim gücümüz çatmır. Mənimlə eyni vaxtda bir qadın da evinin təmir-bərpası ilə bağlı icra hakimiyyətinə müraciət etmişdi. Onun sözlərindən belə başa düşdüm ki, icra hakimiyyəti tərəfindən həmin qadının evi iki-üç il öncə təmir edilib. Qadın təkrar yenə gəlmişdi ki, evimi yenidən təmir edin. Ona dedilər ki, sənin evini yaxın vaxtlarda təmir etmişik. Qadın narazılıq etdi, başladı ağlamağa. Bundan sonra icradakılar ona dedilər ki, yaxşı, ağlama, get, gəlib evinə bir əncam çəkəcəyik. Mən başa düşmürəm, ağlamayana əppək yoxdur? Gərək mən də ağlayam ki, gəlib, mənim də evimə bir əncam çəksinlər? Məni əliboş geri qaytardılar, şikayətimi həll etmək istəmədilər. Qulaqlarımla eşitdim, həmin qadınla belə bir söhbət oldu. Amma indi oradakılar bu hadisəni boyunlarına alıb-almayacaqlarını deyə bilmərəm”.
Şikayətçi söyləyir ki, rayon icra hakimiyyətinin nümayəndələri dəfələrlə evin yararsız olmasını etiraf ediblər. Lakin köməklik göstərmək məsələsində kənara çəkilirlər:
“Üç nəfər idilər, qapının ağzındaca dayanıb, otaqlara baxdılar, içəri girməyə qorxdular. İcra Hakimiyyətinin memarı Kamil Qasımov evin içinə girmədi ki, uçacaq. Dedilər ki, sizi əlillər üçün nəzərdə tutulan ev növbəsinə götürürük, razılaşmadım. Camaat illərdir ev növbəsi gözləyir, gec olar. Hazırda mən və ailəm təhlükə qarşısındayıq. Bir neçə dəfə evə baxış keçirsələr də, yaxın durub, bir köməklik göstərmədilər. Hazırda evdə, iki nəfər də rəhmətlik qardaşımın övladları olmaqla altı nəfər yaşayırıq. Hamam-tualet, hətta küçə qapısı belə yoxdur. Qonşuluqda yaşayan qardaşımın hamam-tualetindən istifadə edirik. İnanın ki, adam xəcalət çəkir. Bugün-sabah onun övladları ailə quracaq. Belə olmaz axı, nəsə bir əncam çəkmək lazmdır. Gözlərim görməməklə yanaşı, həm yüksək təzyiqim var, həm də şəkər xəstəliyindən əziyyət çəkirəm. İldə iki dəfə müalicə götürməliyəm, amma heç biri olunmur. Maddi imkanım yoxdur. Əlacsızlıqdan heç nə edə bilmirəm. Əlilliyə görə 350 manat təqaüd alıram. Bununla bağlı heç yerə müraciət etmirəm. Çünki etdiyim müraciətlərin hamısı cavabsız qalır. Oğlum Nurlan işsiz idi, dəfələrlə rayonun Məşğulluq Mərkəzinə getmişdi, iş vermirdilər. İşsizliklə bağlı müraciət edəndən sonra ona Məşğulluq İdarəsi tərəfindən Göyçay Abadlaşdırma və Təmir İdarəsində iş verildi, hazırda 241 manat əməkhaqqı alır.
Evə gəlincə, komissiya təşkil olunsun, gəlib baxsınlar, ona müvafiq də qərar verib evi yaşanacaq hala gətirsinlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|