Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                 

Milli Məclisdə daha bir RƏFAEL QALMAQALI... - İTTİHAM
Tarix: 8-10-2019, 08:50 | Çap et
Milli Məclisdə daha bir RƏFAEL QALMAQALI...
Son vaxtlar Milli Məclis üzvlərinin deputata maaşları ilə əldə etmələri inandırıcı görünməyən, ölçüyəgəlməz sərvətləri, malik olduqları nəhəng kapitalları üzə çıxır. Rəfael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlərinin yayılması və ardından deputat mandatından məhrum edilməsi isə əsl sensasiya oldu. Və deyəsən, bu sensasiyalar seriyası hələ çox davam edəcək. Sırada Milli Məclisin işçiləridir.

Sabiq deputat, hazırda Milli Məclisin Birləşmiş Həmkarlar İttifaqları Konfederasiyasının sədri işləyən Qafarov Rəfael İbrahim oğlunun keçmiş yeznəsi (bacısının keçmiş həyat yoldaşı) Quliyev Rafiq Qafar oğlu Azerinfo.az saytına müraciət edərək, Rəfael Qafarovun ona qarşı dələduzluq cinayəti törədərək külli miqdarda maddi ziyan vurmasından şikayətlənmiş, düçar olduğu problemin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.

Milli Məclisdə daha bir RƏFAEL QALMAQALI...

Rafiq Quliyev yazır: "Rəfael Qafarov mənim Rusiya Federasiyasında olmağımdan istifadə edərək onunla birgə şəriki olduğum yanacaqdoldurma məntəqəsinin büdcəsini, mayasını, qazancını, habelə, mənə məxsus "Kamaz" markalı benzindaşıyan yük maşınını sataraq pulunu mənimsəmişdir. Bundan başqa, əldə etdiyi gəlirləri vergidən gizlədərək, dövlətə də ziyan yetirmişdir. Bütün bunlar azmış kimi, Rəfael Qafarov Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti - 167 ünvandakı 18 nömrəli mənzilimi lombarda girov qoyaraq 56000 (əlli altı min) manat məbləğdə pul götürüb və həmin pulun 40000 (qırx min) manatını Səbail Rayon Polis İdarəsinin sabiq rəis müavini Füzuli Hümbətova oğlum Orxanın əli ilə verərək, ona olan borcunu qaytarıb. Oğluma bir həftə müddətində mənzili lombarddan çıxaracağına söz verib. Amma artıq 5 ildən çoxdur ki, ev lombarddadır..."

Şikayətçi bildirir ki, Vətənə qayıdandan sonra Rəfael Qafarovdan mənzili girovdan çıxarmasını və yanacaqdoldurma məntəqəsinin mühasibat sənədlərini tələb edib: "Ona xatırlatdım ki, müəssisənin həmtəsisçisi, şəriki, həm də mühasibiyəm. Lakin Rəfael Qafarov mənim tələbimi yerinə yetirmək əvəzinə məni döyməyi öz adamlarına sifariş etdi. Onlar - üç nəfər məni iş yerimdə ölümümə döydülər. Özümdən gedib asfaltın ortasında yıxılıb qaldım. Yoldan keçən şəxs oğlumun dostuna zəng edib və mənim nə vəziyyətdə olduğumu, təcili yanacaqdoldurma məntəqəsinə gəlməsinin vacibliyini deyib. Özümə gələndən sonra gördüm ki, dizimdən başıma qədər, qollarım da daxil olmaqla az ağır xəsarətlər almışam. Sağ qolum isə çiynimdən çıxıb. Rəfael Qafarov kimi əslən Qərbi Azərbaycandan olan, onunla uzun illər dostluq edən Sabirabad polisinin təhqiqatçısı Möhlət Bayramov döyülmə işini təhqiq edərkən, məni döymüş adamların sayını gizlətdi, üç nəfər əvəzinə bir nəfər qeyd etdi və həmin adam həbs olunmadı. Adı rüşvət qalmaqallarında hallanan Möhlət Bayramov cinayətləri ört-basdır etməklə əldə etdiyi fantastik gəlirlər hesabına rayon daxilində yeganə olan eksklüziv bahalı avtomobil sürür. Onun qol damarlarının kəsik-kəsik olması isə ya kriminal aləmin mənsubları ilə oturub-durması, ya da psixi durumunun yerində olmaması barədə düşünməyə əsas verir... Mənim çoxsaylı şikayətlərimdən sonra Baş prokurorun birinci müavini Bakı şəhər prokuroruna göstəriş verdi ki, R.Qafarovun dələduzluq əməlinə hüquqi qiymət verilsin. Buna baxmayaraq, onun barəsində cinayət işi açılmadı. Sanki bütün hüquq-mühafizə, cinayət təqibi orqanları, nazirliklər, komitələr R.Qafarovun qarşısında aciz qalıblar. Müraciət etdiyim qurumlar mənə yayındırıcı cavablar verirlər. Vergilər Nazirliyindən mənə cavab yazıblar ki, R.Qafarov guya əlavə dəyər vergisini və peniyaları ödəyib. Lakin yanacaqdoldurma məntəqəsinin 2013-2017-ci illərdəki fəaliyyətini əks etdirən mühasibat göstəricilərini, hansı məbləğdə vergi ödədiyini konfidensiallığı əsas göstərərək bildirmədilər. Halbuki, mənim rəsmi təsisçi kimi bu məlumatları bilməyə hüququm çatır. Daxili işlər orqanlarında çalışan oğlumu da məhz R.Qafarovun sifarişi ilə polisdəki işindən azad etmişlər..."

Rafiq Quliyev qeyd edir ki, Rəfael Qafarovu müdafiə edən yüksək vəzifəli məmurları və deputatları tanıyır və onlar Qafarova qahmar çıxmaqda davam etsələr, adlarını çəkəcək, korruptiv əlaqələrinin, işbirliklərinin ilginc məqamlarını rəsmi KİV-də, sosial mediada açıqlayacaq.

Yeri gəlmişkən, Rafiq Quliyev və onun Sabirabaddan olan zərərçəkmiş qohumlarından ibarət bir qrup şikayətçi 03 oktyabr 2019-cu il tarixdə günorta saatlarında parlament binasının qarşısında toplaşaraq, Milli Məclisin sədri Oqtay Əsədovla görüşmək istəmiş, Rəfael Qafarovdan şikayətlərini spikerə bildirməyə cəhd etmiş, lakin buna nail olmamışlar. Onlara şikayətnamələrini məktublar qutusuna salmaq tövsiyə olunmuş, spikerin qəbuluna düşmələri üçün müəyyən vaxt təyin olunacağını bildirmişlər.

Lakin, Rafiq Quliyev onun malına, mülkünə əl qoyması barədə şikayətini ən yüksək səviyyədə dinlənilməyincə, problem çözülməyincə cəhdlərini davam etdirməkdə israrlıdır.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru