Füzuli Ələkbərovun “vurulması” və AQTA-nın 2 gündə 2 dəyişən mövqeyi - “Malyutka” MÜƏMMASI
Tarix: 6-04-2019, 11:01 | Çap et
Ölkəmizdə qida təhlükəsizliyi son zamanlar vətəndaşların ciddi narahatlığa səbəb olan ən vacib məsələlərdən birinə çevirilib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı, ölkənin demək olar ki, əksər kütləvi informasiya vasitələri tərəfindən yayılan “Malyutka-2” uşaq qidaları ilə bağlı verilən açıqlama xüsusilə diqqətə səbəb olub. Baş Prokurorluq və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin də mövqe bildirməsi isə narahatlığı xüsusilə artırıb.
Məlum olduğu kimi, iki gün əvvəl AQTA “Malyutka-2” uşaq qidalarının tərkibində uşaqların sağlamlığına ziyan ola biləcək maddələrin aşkarlandığına dair məlumat yayıb. Agentliyin Baş Prokurorluqla birgə açıqlamasında bildirilib ki, Agentliyin 1003 "Çağrı Mərkəzi”nə "Malyutka – 2” əmtəə nişanlı uşaq qidası ilə bağlı daxil olan şikayət əsasında Agentliyin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib: "Araşdırmalar zamanı müxtəlif satış şəbəkələrində "Malyutka-2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və məhsulun içərisində istehlak üçün yararsız yad cismlər aşkar olunub. Müayinə aparılması üçün məhsullardan nümunələrin götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər "Malyutka–2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur".
Qeyd edək ki, satışda olan uşaq qidalarının tərkibi ilə bağlı məsələ həmişə ictimaiyyəti narahat edib. Pediatorlar daim bu cür qidalardan imtina olunmasını tövsiyə ediblər. Belə olan halda niyə yalnız “Malyutka”nın tərkibi ilə bağlı araşdırmalara başlanması sual doğurur. Ölkəmizin idxal sektorunda inhisarçılığın mövcud olması da sirr deyil. Rəsmi olaraq açıqlanmasa da, hansı məhsulun ölkəyə gətirilməsinin arxasında kimlərin dayandığı müzakirələri həmişə olub. Bu “mübarizə”nin tərkib hissəsi olaraq bəzən hansısa məhsulların gözdən salınması kampaniyası da aparılır. Ona görə də “Malyutka”nın idxalının arxasında kimin dayandığı maraqlı məqamlardan biridir. “Malyutka-2” ətrafında baş verənlərin uşaq qidasının tərkibində zərərli yad cismlərin olduğunun aşkarlanması, yoxsa hansısa sahibkarın “vurulma kampaniyası” olduğu əhəmiyyətli məqamdır.
Qeyd edək ki, “Malyutka-2”nin qutusu üzərində Niderland Krallığının “Nutricia B.V.” şirkətinə məxsus olduğu bildirilir, “Veysəloğlu” MMC isə distribüter kimi göstərilir. Amma “Veysəloğlu”-dan mətbuata verilən açıqlamaya görə, şirkət “Nutricia B.V.” ilə 2007-ci ilin iyunundan 2018-ci ilin aprelinədək əməkdaşlıq edib və qeyd edilən şirkətin məhsulları olan “Nutrilon” və “Malyutka” markalarının respublikamıza dağıtımını həyata keçirib. Qeyd olunan tarixdən “Nutricia” şirkətinin məhsullarının idxalını tam dayandırıb. Ötən ilin noyabr ayından istehsalçı şirkətlə əməkdaşlıq müqaviləsinə rəsmi formada xitam verilib: ““Nutricia” şirkətindən ən son idxal etdiyimiz məhsulların (“Malyutka 2”) son istifadə tarixi 06.03.2020-dir. Mətbuatda yayılan fotolarda isə qeyd edilən məhsulun son istifadə tarixi isə 19.03.2020-dir. Yəni mediada şəkilləri yayılan “Malyutka 2” uşaq qidası “Veysəloğlu” MMC-nin bu məhsulun idxalına dair müvafiq şirkətlə müqaviləsinə xitam verdikdən sonra bizə aidiyyatı olmayan digər bir şirkət tərəfindən ölkəyə gətirilib. “Veysəloğlu” MMC tərəfindən 1 aprel 2018-ci il tarixindən etibarən “Nutricia” şirkətinin məhsulu olan uşaq qidasının idxalı ilə bağlı “Nutricia” şirkətinə sifariş verilməyib. Xitam müqaviləsinin imzalanmasına qədər satılan bütün məhsullarla bağlı “Veysəloğlu” MMC məsuliyyət daşıyıb. Əməkdaşlıq müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq, qeyd edilən tarixdən etibarən respublikamıza idxal edilən “Nutricia” fabrikinin bütün məhsulları, həmçinin də mətbuatda adı hallanan “Malyutka 2” uşaq qidası ilə bağlı yaranan hər hansı bir problemə görə “Veysəloğlu” MMC məsuliyyət daşımır”. “Veysəloğlu”dan həmçinin bildirilib ki, xitam müqaviləsi imzalandığı tarixdə “Nutricia” şirkətinin müxtəlif ticarət nişanları altında istehsal olunan və anbarlarda saxlanılan bütün məhsulları “Nutricia” şirkətinin təyin etdiyi İDC 2000 şirkətinə təhvil verilib. Yararsız mallar isə İDC 2000 şirkətinin iştirakı ilə rəsmi qaydada məhv edilib. Əməkdaşlığın xitamından sonra istehsal edilən qablaşma üzərində idxala dair qeyd olunan “Veysəloğlu” MMC-nin adının çıxarılması xüsusi ilə tələb edilib”.
“İDC-2000” MMC də “Nutricia”-nın rəsmi distribüteri sayılsa da, məsuliyyəti öz üzərindən atır. Şirkətin direktor müavini Fuad Rzayev “Malyutka”-nın idxalının onlara aid olmadığını desə də, mətbuata verdiyi açıqlamasında bu məhsulu tərifləyib: “Bu gün “Malyutka” uşaq yeməkləri bu bazarın ən çox satılan məhsuludur. Ümumiyyətlə, bu məhsullar sovet dövründən satışda var və keyfiyyəti barədə bu günə qədər heç bir şikayət olmayıb”.
Şirkətin fəaliyyətindən danışan MMC rəsmisi 1998-ci ildən bu şirkətin “Aptamil” uşaq yeməklərinin Azərbaycan bazarında satışına başladıqlarını deyib: “Yaxşı nəticə göstərdiyimiz üçün daha sonra şirkətin digər uşaq qidalarının satışına da başlanıb. “Nutricia” şirkətinin uşaq yeməklərinin Azərbaycanda birinci rəsmi distribüteri “Veysəloğlu” şirkəti olub. Lakin sonradan şirkət rəsmi satış icazəsini onlardan alıb. 2018-ci ilin mart ayından etibarən “Nutricia” şirkəti tərəfindən istehsal edilən üç məhsulun satışı bizim şirkətə yəni, “İDC 2000 MMC"-yə verilib. Bu məhsullar “Nutrilon”, “Aptamil” və “Malyutka-1,2,3” əmtəə nişanlı uşaq qidalarıdır. 2018-ci ilin avqust ayından etibarən “Veysəloğlu” şirkəti “Malyutka-2” əmtəə nişanlı uşaq qidalarının satışını tamamilə dayandırıb. KİV-də yayılan “Malyutka-2” uşaq qidası “İDC 2000” MMC-yə məxsus deyil. Həmin qablaşdırmanın arxa hissəsində məhsulun “Veysəloğlu” şirkətinə aid olduğu qeyd edilib. Ona görə də bu məhsulla bağlı yaranmış problemə görə “İDC 2000 MMC" şirkəti heç bir məsuliyyət daşımır”.
Qeyd edək ki, “İDC 2000 MMC" sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun mülkiyyətində olan “İmprotex Group”a daxildir. “İmprotex” 1991-ci ildə yaradılıb, əvvəllər Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Füzuli Ələkbərov özü olub, nazir təyin olunandan sonra isə sədr vəzifəsinə həyat yoldaşı İradə Ələkbərovanı gətirib. Amma holdinq sabiq nazirin dostu olduğu bildirilən Həsən İsmayılovun adına rəsmiləşdirilib.
“İDC 2000 MMC”, “İmprotex Travel Tours and Conferences”, “İMEX MMC”, “İmprotex Marine and Sports Facilities”, “İmprotex Truceks and Buses”, “İmprotex Real Estate”, “İmprotex İndustries”, “İmprotex Aqrotexservis”, “İmprotex Commercial Vehicle” şirkətlərinin daxil olduğu, həta “BMW”, “Rollce-Royce”, “MİNİ” kimi avtomobil markalarının rəsmi dilleri kimi tanınan “İmrotex Group” Füzuli Ələkbərovun vəzifəsindən kənarlaşdırılmasından sonra tədricən müflis olmağa başlayıb, adıçəkilən əksər şirkətlər idxal prosesini dayandırıb. Oğlu Vüqar Ələkbərovun İsmayıllı rayonunda yerləşən “Çıraq” otelindəki qarşıdurmadan sonra vəzifəsindən uzaqlaşdırılan Füzuli Ələkbərovun bir sıra biznes qurumlarının da əlindən alındığı bildirilib.
Amma hələlik “Malyutka-2”ni ölkəyə hansı şirkətin gətirdiyi rəsmi olaraq açıqlanmır. Adıçəkilən şirkətlər məsuliyyəti öz üzərlərinə götürmür.
Bir məqam isə xüsusilə diqqəti cəlb edir. Uşaq orqanizminə zərərli maddələrin olduğu bildirilən “Malyutka-2”-nin qutusu üzərində distribüter haqqında məlumat bölməsində “Vesəloğlu” MMC-nin adı qeyd olunub və ünvanı yazılıb. Bu şirkət isə daha çox ölkəmizdə paylayıcı qurum kimi tanınır. Sabiq nazirin ajiotaja səbəb olan qalmaqaldan sonra vəzifədən uzaqlaşdırılması və biznes sturukturlarından bir hissəsinin əlindən alınmasından sonra şirkətinin adının qeyd olunmasından yayınması isə ağlabatandır. Belə olduğu təqdirdə isə məhsulun üzərində dəqiq məlumatların olmamasının başlıca məsuliyyəti müvafiq qurumların üzərinə düşmüş olur.
Hökumət qurumlarının idxalçının kim olması ilə bağlı açıqlaması isə özünü çox gözlətmədi. AQTA “İDC 2000 MMC” rəsmisinin yalanını üzə çıxardı və “Malyutka -2”nin idxalının məhz bu şirkətə aid olduğunu açıqladı. Amma qida təhlükəsizliyində məsuliyyət daşıyan rəsmi qurumun budəfəki açıqlaması iki gün əvvəlki açıqlamanın tam əksinə oldu. Bildirildi ki, aparılan araşdırmalar nəticəsində qablaşdırmanın tamlığının məqsədyönlü şəkildə pozulduğu, içərisinə yad cisimlərin doldurularaq kustar üsullarla yenidən qablaşdırıldığı aşkar olunub: “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasının qutusuna doldurulan yad cismin istehlak üçün yolverilməz olan torpaq süxurları, qum və daş hissəcikləri olduğu müəyyən edilib. Eyni zamanda yad cisim radioloji və toksikoloji müayinələrə cəlb olunub və tərkibində hər hansı təhlükə aşkarlanmayıb. Əlavə olaraq bildiririk ki, “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları ölkəyə “İDC 2000” MMC tərəfindən idxal edilir. Digər qida məhsulları kimi “Malyutka – 2” əmtəə nişanlı uşaq qidaları da risk əsaslı ekspertizaya cəlb olunur və təhlükəsizlik göstəriciləri yoxlanıldıqdan sonra idxalına icazə verilir. Adı çəkilən məhsul idxal olunarkən 11 nümunə üzrə ekspertizaya cəlb edilmiş və istehlak üçün hər hansı uyğunsuzluq aşkar olunmayıb. Qida məhsulunun qablaşdırmasına müdaxilə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır”.
Sual olunur: Nəyə görə ətraflı araşdırma aparılmadan belə bir ajiotaj yaradılıb? Verilən sonuncu açıqlama da dövlət qurumlarının bu məsələdə məsuliyyətini azaltmır. Sonda qeyd etmək yerinə düşərdi ki, dövlət qurumları tərəfindən bazarda tuğyan edən zərərli məhsullarla bağlı açıqlama verilməsi yaxşı olardı. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|