Nazirə yaxın “Turqay” MMC-yə cinayət işi başlanıb? – Milyardlıq tenderlər…
Tarix: 28-02-2019, 10:06 | Çap et
Ölkənin səhiyyə sektorunda tender əməliyyatlarının baş inhisarçısı kimi “Turqay” MMC firmasının adı keçir. Bu şirkət Səhiyyə Nazirliyinin elan etdiyi tenderlərin əksəriyyətində müəmmalı şəkildə qalib olur. Amma “Turqay” MMC-nin üzünün güldüyü günlər çox çəkməyib. AzEuroNews.com-un əldə etdiyi məlumatda iddialara görə, tenderlər monopolisti adı qazanmış “Turqay” MMC barəsində cinayət işi başlanıb. Məlumatda cinayət işinin motivi, ittihamların nədən ibarət olması haqda səhih informasiya verilmir. Amma qaynağımız şirkətin başı üzərində “qara buludlar” dolaşdığını, istintaq aparıldığını iddia edir. “Turqay” MMC-nin təsisçisi Abbasov Tamerlan Yəhya oğludur. O, bir vaxtlar külli miqdarda vergidən yayınma ittihamı ilə saxlanıb. Sumqayıt şəhər məhkəməsinin hökmü ilə CM-nin 213.4 maddəsi ilə təqsirli bilinib və 1 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Amma həbs müddəti bitər-bitməz məhkumluq yaşamış T.Abbasov yenidən fəaliyyətini davam etdirib. Ona dəstək verən gizli əllər təzədən tender bazarına girməsinə təkan verib. Nəticədə nazirliyin elan etdiyi əksər tenderlərin qalibi onun rəhbərlik etdiyi “Turqay” MMC-dir. Cinayət işinin başlanmasını isə belə təxmin etmək olar ki, hansısa vergidən yayınma, mənimsəmə şübhələri var, istintaq təftiş etməkdədir. Bu halda T.Abbasov üçün həbsxana qapılarının üzü yenidən görünməyə başlayıb. Məlumatda bildirilir ki, “Turqay” MMC-nin bu günə qədər gördüyü işlərin ümumi dəyəri yüz milyon manatlarla ölçülür. Şirkətlə Səhiyyə Nazirliyi arasında sonuncu tender müqaviləsi 2018-ci ilin sonunda, Xırdalandakı Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün imzalanıb. Müqavilədə Səhiyyə Nazirliyi xəstəxananın tikintisi üçün “Turqay” MMC şirkətinə 11 milyon 933 min manatdan artıq vəsait ayırıb. Şirkət son bir neçə ildə nazirliyin 5 milyard manata yaxın tenderinin qalibi elan olunub. Maraqlıdır ki, dövlət satınalmalarının həvalə olunduğu bu şirkətin rəsmi internet ünvanı yoxdur. Qeydiyyatsız bir firmaya milyardların tapşırılması, hansısa layihələrin icrasının onun öhdəliyinə buraxılması kifayət qədər riskli addımlardır. Nəticə göz qabağındadır – cinayət işi başlanıb. Mediad yayılmış və tezadlar.az tərəfindən çap olunmuş məqalədə deyilir ki, “Turqay” MMC adlı tikinti firmasının səhiyyə naziri Oqtay Şirəliyevlə yaxşı münasibətləri var. Bu əlaqələrə görə, dövlət büdcəsindən nazirliyə ayrılan pullar havaya sovrulur. 2015-ci ildə Quba Mərkəzi Xəstəxananın təmiri üçün “Turqay” MMC-nin hesabına 11 milyon 120 min manat pul köçürülüb. 1 saylı Kliniki Tibbi Mərkəzin təmiri üçün isə 297 min 650 manat yenə də “Turqay” MMC-nin hesabına verilib, Suraxanıdakı 31 saylı adi poliklinikanın təmiri üçün yenə 5 milyon manat. Bundan əlavə, Respublika Talessimiyya Mərkəzinin təmiri üçün 294 min 245 manat, 2013-cü ildə Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatı üçün “Turqay” MMC-yə 10 milyon 960 manat hədiyyə edilib. Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmir işləri üçün isə 5,1 milyon manat, 2015-ci ildə Mingəçevir şəhər xəstəxanasının ərazisində olan Uşaq Reabilitasiya Mərkəzinin tikintisi üçün 775 min manat “Turqay” MMC-nin hesabına köçürülüb. Tenderlər isə formal olaraq keçirilib, o da kağızda. Deməli, saytlardan birinin 12.02.2016-cı il tarixli sayında Səhiyyə Nazirliyi ilə bağlı yazısında oxuyuruq: “Turqay” MMC şirkətinə havadarlığı səhiyyə naziri Oqtay Şirəliyevin yaxın qohumlarından biri edir. Şirkət rəhbərliyi məhz bu havadarın sayəsində milyonluq tenderlərin qalibi olub. Şirkətə köçürülən vəsaitin 30 faizi nağd şəkildə Səhiyyə Nazirliyinin rəhbərliyinə çatdırılıb. Bu iddialar və şirkətə cinayət işi başlanması xəbəri ilə bağlı hüquq-mühafizə orqanlarından rəsmi məlumar əldə etməyə çalışırıq.
Araşdırma davam edir, nazirliyin və şirkətin mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|