Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                 

Eldar Mahmudovun şərti var: - istintaqa gizli gələcək
Tarix: 22-11-2017, 08:55 | Çap et
Eldar Mahmudovun şərti var:
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq iki dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Yayılan məlumatlarda qeyd olunur ki, idarədə E. Mahmudov əmisi oğlu, köməkçisi, MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudova açılan cinayət işi üzrə ifadə verib.

Yada salaq ki, V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub.

“Yeni Müsavat”a daxil olan məlumata görə, Eldar Mahmudov istintaqa çağırılsa da, onun hələ Vüqar Mahmudovla üzləşməsi baş tutmayıb. Eyni zamanda əldə etdiyimiz məlumata görə, istintaq prosesində Eldar Mahmudovun hələ ki statusu da müəyyən edilməyib. Maraqlıdır ki, Eldar Mahmudovun istintaq idarəsinə nümayəndəsiz gəldiyi bildirilir. Onun istintaq idarəsindən çıxdığı zaman görüntülənən fotolarında da bu, açıq şəkildə görünür. Elə fotolardan söz düşmüşkən, onu da qeyd edək ki, məlumata görə, Eldar Mahmudovu yayılan görüntülər çox narahat edib. Bu səbəbdən o bildirib ki, bundan sonra ifadə vermək üçün idarəyə yalnız gizliliyi təmin olunduqdan sonra gələcək.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Eldar Mahmudova ittiham verilmədiyi üçün onun vəkilinin olmaması mümkündür: “Əgər ona ittiham elan olunmayıbsa, görünür, vəkilə də bir o qədər ehtiyacı yoxdur. Mətbuatda yazılan məlumatlara görə, Mahmudov istintaqda şahid qismində dindirilib. Belə olan halda isə vəkil yox, nümayəndə ola bilər. İstənilən adam nümayəndə kimi dindirilən şəxsin yanında gedə bilər. Ancaq bu da şəxsin öz istəyindən asılıdır. Əgər şəxs şahid kimi dindirilirsə və ehtiyac hiss edirsə, nümayəndə gətirə bilər. Eldar Mahmudov hüquq-mühafizə orqanlarında işləyib. Güman ki, hansısa nümayəndənin yanında olmasına ehtiyac duymayıb. Hələ ki məlum deyil ki, Eldar Mahmudova qarşı ittiham elan edilib, yoxsa yox. Sadəcə olaraq, söylədiklərim məntiqə əsaslanır ki, yəqin o, şahid qismində dindirilir. Əgər ona ağır cinayət elan olunsa və hesab edilsə ki, Mahmudov hansısa səbəbdən öz hüquqlarını müdafiə etmək qabiliyyətində deyil, o zaman ona dövlət hesabına vəkil təyin oluna bilər. Lakin bir çox hallarda şəxsə hətta ittiham elan olunduğu zaman belə o, düşünür ki, özü hüquqlarını daha yaxşı müdafiə edər. Ona görə də məcburi deyil ki, kiməsə mütləq vəkil təyin olunsun. Qeyd etdiyim kimi, bu, təqsirləndirilən şəxsin öz istəyindən asılıdır. Şəxsə məcburi vəkilin təyin olunması halları da var. Bu məqam isə qanunda birbaşa olaraq göstərilib. Lakin burada da Eldar Mahmudova xas bir amil yoxdur. Qanunda qeyd olunur ki, şəxsin əgər fəaliyyət qabiliyyəti məhduddursa, özünü hansısa digər səbəblərdən müdafiə etmək qabiliyyətində deyilsə, o zaman məcburi nümayəndə təyin edilir. Şəxs bundan imtina etsə də nümayəndə təyin olunur. Eldar Mahmudov isə bu kateqoriyaya aid deyil”.

Hüquqşünas düşünmür ki, Eldar Mahmudov həbs olunacaq: “Düşünürəm ki, əgər onu həbs etmək fikirləri vardısa, bunu prosesin başlanğıcında edərdilər. Çünki onun tutduğu vəzifə, əlində olan vasitələrin istintaqa təsir etmək imkanları var. Hələ kənardan müşahidə etdikdə bu, açıq formada görünür. Anlaşılmazdır ki, onun rəhbərlik etdiyi şəxslər həbsdə olduğu halda, özü azadlıqda gəzir. Bu vaxta qədər həbs olunmadığı üçün bundan sonra da onu nəyin gözlədiyini söyləmək çox çətindir. Mənim şəxsi fikrimə görə, bu proseslərin də sonunda həbs olunmayacaq”.

Təhlükəsizlik üzrə ekspertlər də bildirirlər ki, Eldar Mahmudovun məhz indiki məqamda istintaqa çağırılması bir çox suallar yaradır. Xüsusilə də onun statusunun müəyyən olmaması, proseslərin hansı zəmində inkişaf edəcəyini bəlirləməyi çətinləşdirir. Ekspertlərə görə, Eldar Mahmudovu qoruyan “əl” yenə də fəaliyyətdədir və onun həbs edilməsi bir o qədər real deyil. Görünən budur ki, “MTN işi” üzrə həbs edilənlərin ardınca Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması və mətbuatda yazılanlara görə, 5 saat dindirilməsi prosesdə yeni mərhələnin başlanğıcıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru