General Mehmandarovun nəticəsinə qarşı ŞOK FIRILDAQ: - “Bank maşınımı əlimdən aldı”
Tarix: 28-07-2017, 09:23 | Çap et
O, bankın əməkdaşları tərəfindən aldadılaraq bahalı avtomobilinin əlindən alındığını bildirir. A.Mehmandarlının sözlərinə görə, 1 il yarımdır ki, avtomobilin harada saxlanıldığına dair məlumatı yoxdur və bank da bu barədə ona hər hansı rəsmi açıqlama verməkdən imtina edir: “2014-cü ilin avqust ayında “Mersedes GL” markalı avtomobilimi BTB bankda girov qoyub, 50 min dollar kredit götürmüşəm. Aylıq ödəniş 1838 dollar idi. 9 ay kreditin ödənişini etdim. 2015-ci ildə devalvasiyadan sonra çoxsaylı müraciətlərimə baxmayaraq ödənişlə bağlı mənə heç bir güzəşt etmədilər. Devalvasiyadan əvvəl bu, 1400 manat idi, birinci devalvasiyadan sonra isə məbləğ 2000 manat edirdi. Bankın əməkdaşları mənə ədəbsiz təkliflər edirdilər. Mənə deyirdilər ki, subaydılar, mənimlə çay içmək istəyirlər və s. 50 min dollarlıq kreditə imza atsam da, mənə 40 min dollar verildi. 10 min dollarını bank özünə götürmüşdü. Bankdan mənə dedilər ki, guya ki mənə verilməyən 10 min dollar “şapka” puludur filan…”.
A.Mehmandarlı bildirib ki, bankın işçiləri ilə problem yaşadığıma görə ödənişi bir ay gecikdirdim:
“Daha sonra onlar Nizami Rayon Məhkəməsinə müraciət edərək avtomobil üzərində həbs tələb etdilər. Məhkəmə avtomobilim üzərində heç bir həbs qoymadı. Daha sonra bank Apellyasiya məhkəməsinə müraciət etdi. 2015-ci ilin 15 dekabrında Apellyasiya məhkəməsinin çıxardığı qərardadla avtomobili istifadə etməyimə qadağa qoyuldu. Avtomobildən istifadə etməyimə qadağa o demək deyil ki, avtomobil banka təhvil verilməli, yaxud da dövlətin dayanacağına qoyulsun”.
Həmsöhbətimizin sözlərinə görə, 2016-cı ilin fevral ayında övladlarının sağlamlığı ilə bağlı problemə görə avtomobili satmaq qərarına gəlib:
“Banka yaxınlaşdım. Samir Qəhrəmanov adlı şəxs məni BTB bankının problemli kreditlər şöbəsinin müdiri Cavid Zeynalovun yanına apardı. Cavid Zeynalov mənə acıqlandı ki, niyə ödənişi etmirəm, guya dövlətin pulunu yemişəm və s. O həm də ünvanıma ləyaqətsiz ifadələr səsləndirməklə məni təhqir etdi. Onlara izah etdim ki, avtomobilimi satıram. Borcum nədirsə, hamısını da ödəyəcəm. Həmin vaxt banka borcum 43 min dollar idi. Cavid Zeynalov mənə dedi ki, maşını ucuz qiymətə satmayım. Mənə yaxşılıq etmək istədiklərini bildirərək, maşınımı lizinqə salmağı təklif etdilər. Mənə bildirdilər ki, maşını 2 günlük onlara verim, daha sonra məsləhətləşək. Samirlə Cavid qeyrətlərinə and içərək bildirdilər ki, maşınıma heç nə ola bilməz. Heç bir sənəd imzalamadan mən avtomobilimi aparıb VİP Lizinq avtosalonunun qarşısına qoydum. Açar onlarda qaldı, nömrəni isə çıxarıb özümdə saxladım. Mənə dedilər ki, əgər lizinqlə razılaşmasam, avtomobili 2 gün sonra gəlib götürə bilərəm. Mən də bunlara inandım. Bir gün sonra məndən maşını lizinqə salmaq üçün 7800 manat pul istədilər. Razılaşmadım. Dedim, o zaman avtomobilimi verin gedim satım. Məni acılayaraq avtomobili verməyəcəklərini, niyə mənim bahalı maşın sürdüyümü dedilər. Cavid Zeynalov əsəbi formada bildirdi ki, maşınımı hərraca çıxarıb 20 min dollara satacaqlar. Yenə məni təhqir etdilər. Yaxınlaşdım banka ki, mənim maşınımı qaytarın. Sonradan məlum oldu ki, mənlə danışan Cavid Zeynalov BTB bankının Lizinq şöbəsinin müdiri imiş”.
Aygün Mehmandarlı bundan sonra sözügedən şəxslərlə bağlı Xətai Rayon Prokurorluğuna müraciət edir:
“Proqkurorluqdan mənə bildirdilər ki, bu, mülki məsələdir. Yəni məhkəməyə müraciət etməliyəm. Əlimdə zəruri sənədlər olmadığına görə məhkəməyə müraciət edə bilmədim. 4 ay sonra banka müraciət etdim ki, mənim maşınımın onlarda olmasına dair arayış versinlər. Mənə bildirdilər ki, mənim maşınım bankda deyil. İzah etdim ki, Cavid Zeynalov və Samir Qəhrəmanov adlı şəxs maşınımı əlimdən alıblar. Dedilər ki, onların banka heç bir aidiyyatı yoxdur, onlar lizinqdə olan avtomobillərə baxırlar. Mənə problemli şöbəyə müraciət etməyi məsləhət gördülər. Həmin şöbədən isə mənə avtomobillə bağlı heç nə deyə bilməyəcəklərini bildirdilər. Gəldim avtosalonun qarşısına. Samir Qəhrəmanov da orada idi. Ondan soruşdum ki, mənim maşınım haradadır. Mənə qarşı fiziki zorakılıq etməyə çalışdı. Dərhal “102” xidmətinə zəng etdim. 37-ci Polis Bölməsi işi araşdırmağa başladı. Lakin sonradan cinayət işinin başlanması rədd edildi”.
A.Mehmandarlı bildirdi ki, onun bankdan sənəd tələb etmək fikrindən dönəcəyi təqdirdə sözügedən şəxslər tərəfindən maşınının geri qaytarılacağı vədi verilib:
“Samir və Cavid daha sonra mənə dedilər ki, maşının 4 aydır bankda olmasına dair bankdan sənəd tələb etməyim. Qarşılığında isə maşını mənə qaytaracaqlarını bildirdilər. Razılaşmadım. Artıq 1 il 6 aydır, maşınım yoxdur. Bank da bir tərəfdən borcumu tələb edir. Bank Nizami Rayon İcra Şöbəsinə saxta sənəd təqdim edərək bildirib ki, guya mən avtomobilimi könüllü olaraq gətirib banka təhvil vermişəm. Mən də banka bildirdim ki, niyə mənim adımdan o cür saxta sənəd təqdim edilib. Əgər avtomobili banka təhvil vermişəmsə, ortada təhvil-təslim aktı olmalıdır. Bank bir tərəfdən Samir və Cavid adlı əməkdaşlarını tanımıdığını bildirir, digər tərtəfdən isə həmin şəxslərə bankın idarə heyəti sədrinin adından sənəd verilir ki, maşının saxlancı Samir Qəhrəmanova etibar edilsin”. Həmsöhbətimz bundan sonra Nəsimi Rayon Məhkəməsinə mülkü qaydada müraciət etdiyini, lakin məhkəmənin işin cinayət tərkibli olduğu qənəatinə gələrək işi geri qaytardığını bildirdi. Qeyd edək ki, Aygün Mehmandarlı məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib. “Bank BTB”-nin təqdim etdiyi sənədlərə əsasən Palatanın cavabında qeyd olunub ki, A.Muradxanlı məhkəmənin çıxardığı qərardaddan sonra avtomobil könüllü şəkildə banka təhvil verib. Onu da əlavə edək ki, Aygün Mehmandarlı Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, Azərbaycan SSR hərb xadimi, artilleriya generalı Səməd bəy Mehmandarovun nəticəsidir. Femida.az qarşı tərəfin fikrini öyrənməyə hazırdır. Sayt məsələni gündəmdə saxlayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|