Mahir Quliyevin 6 ilində Biləsuvar: - beləsi yox…
Tarix: 24-04-2017, 08:24 | Çap et
Ölkəmizin zəngin tarixi keçmişi olan ərazilərdən sayılan Biləsuvar rayonunda çox ciddi problemlər hökm sürməkdədir. Qeyd edək ki, rayonda cərəyan edən neqativ hadisələr, icra hakimiyyətinin başçısı Mahir Quliyevin və digər yerli məmurların törətdikləri özbaşınalıqlar haqqında məsələlər tez-tez mətbuatın gündəminə gəlir. Amma bütün tənqidlərə rəğmən, nə rayon rəhbəri, nə də digər yerli idarələrin rəsmi şəxsləri işlərindəki nöqsanlara son qoyurlar. Məlumatınız olsun ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. O 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. Başqa sözlə desək, Mahir müəllim 42 yaşında universitet məzunu olub. Onun bu ali təhsil ocağına hansı yolla qəbul edilməsi və universiteti necə bitirməsi tamamilə başqa yazının mövzusudur, ki, bu barədə gələn saylarımızda sensasion faktları diqqətinizə çatdıracağıq. Amma iki gün sonra Mahir Quliyevin Biləsuvar rayon icra başçısı təyin olunmasınından 6 il keçir. Ötən altı ildə Biləsuvar rayonunun sosial-iqtisadi durumu ilə bağlı mediada yazılanları, rayon sakinlərinin şikayətlərini cumhuriyyet.az olaraq ümumiləşdirərək diqqətinizə çatdırırıq. İlk öncə onu bildirək ki, əksər yazılarda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin fəaliyyətindən doğan ciddi narazılıqlar öz əksini tapmaqdadır. Əksər mənbələrin iddiasına görə, bu gün icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib. Mediada əks olunan yazılara əsasən cumhuriyyet.az olaraq bildirək ki bu gün Biləsuvarda müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda Mahir Quliyevin təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Bu xüsusda redaksiyamıza təqdim olunan bəzi məlumatlarda, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda açıq-aşkar dövlət siyasətinə qarşı addımlar atmaqda ittiham olunur. Hətta bəzi mənbələrin iddialarına görə, icra başçısı ölkə prezidentinin müvafiq göstərişlərinə zidd hərəkət edərək, rayonda sosial gərginliyin əmələ gəlməsinə şərait yaradır. Daxil olan məlumatlarda vurğulanır ki, bu gün Biləsuvarın iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, həmin sahə Mahir Quliyevin “maraq dairəsinə” daxil olmasın. İcra başçısı rəhbərlik etdiyi rayonda bütün sahələrdə biznes şəbəkəsi formalaşdırmışdır. Digər tərəfdən isə bəzi mənbələr Biləsuvar rayonunda dövlət tərəfindən ayrılan sosial yardımların da yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılıb onlarla yarı bölündüyünü vurğulayırlar. Həmçinin rayon camaatının torpaq problemi də var. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkirlər. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə, yaxına belə buraxmırlar. Daxil olan məlumatlarda bildirilir ki, Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir. Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur. Mənbənin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur. Daxil olan məlumatlarda müxtəlif səpgili şikayətlər əks olunsa da, ümumi bir fikir bundan ibarətdir ki, rayon rəhbərliyinin yarıtmaz fəaliyyəti bu gün Biləsuvarı Azərbaycanın az qala ən geridə qalmış bölgəsinə çevirib. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, əgər Mahir Quliyev bir-iki il də vəzifədə qalarsa, o zaman Biləsuvarda ümumiyyətlə yaşayış mümkünsüz bir həddə çata bilər. Elə biləsuvarlılar da bunu bildiklərindən indidən həyəcan təbili çalaraq, dövlət başçısı İlham Əliyevdən yardım istəyirlər. Rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, İranla sərhəddə yerləşən Biləsuvarda icra başçısının fəaliyyətsizliyi yerli camaatı cana doydurub: “Son 6 il ərzində yaxşı güzəranın nə olduğunu bilmirik. İcra başçısı müxtəlif bəhanələrlə sakinləri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanları incidir. Bu gün Biləsuvar Azərbaycanın ən geridə qalmış rayonlarından biri hesab edilə bilər. Bunun səbəbkarı Mahir Quliyev və onun ətrafında cəmləşən bəzi yerli məmurlardır. İcra başçısı vaxtının çox hissəsini paytaxtda keçirir. Bunun səbəbini ondan soruşmaq lazımdır. Onu rayonda tapmaq, qəbuluna düşmək çox müşkül məsələdir. Əhali sosial problemlərin içində itib-batır, amma başçı öz hayındadır. Ötən 6 il ərzində cənab prezident Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bir neçə sərəncam imzalayıb və dövlət büdcəsindən milyonlar ayrılıb. Təəssüf ki, həmin vəsaitlərin istifadə olunması zamanı şəffaflığa riayət olunmayıb. Bu səbəbdən də rayonun mərkəzindən keçən və Bakı-Astara şosesinin əsas qollarından biri sayılan Heydər Əliyev küçəsi bərbad haldadır. Bazarın qarşısından uzanan yoldan maşınla keçmək mümkün deyil. Sürücülərin şikayətini isə dinləyən tapılmır. Biləsuvar-Bəhramtəpə yolu da istifadəyə yararsız vəziyyətdədir. Buna səbəb kanalizasiya çəkilişi üçün bir müddət əvvəl başlanan, amma tamamlanmayan işlərdir. Kanalizasiya üçün qazılan quyular elə o vəziyyətdə də qalıb. Kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də saxlanılıb. Ayrılan vəsaiti göyə sovurublar, indi də belə durum meydana çıxıb. Əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını demişdilər. Lakin buna məhəl qoyulmadı. İşlərə eyni metodlarla davam etdilər. Yayda toz-torpaq, qışda da palçıq əlindən bezmişik. Yolların dağınıq vəziyyətdə olması avtomobilləri də sıradan çıxarır”. Narazı sakinlər bildirir ki, icra başçısının qanunsuz əməlləri torpaqla bağlı da bir sıra problemlərin əmələ gəlməsinə zəmin yaradıb: “Belə ki, əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkir. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə yaxına belə buraxmırlar. Bu adam başçı təyin olunandan sonra rayonda özü üçün hektarla torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı, müavinləri və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. Əhali dolanışıq üçün ticarətə baş vurub. Elə bu səbəbdən rayondakı mədəniyyət obyektlərinin yerində ticarət mərkəzləri tikilib. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər. Bundan böyük qanunsuzluq ola bilər?”. Mahir Quliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri incitdiyini deyən mənbə vurğuladı ki, rayon rəhbəri həmin insanları başqa-başqa işlərə cəlb edir: “Rayonun bəzi hissələrinin abadlaşması işində yerli iş adamlarının köməyindən istifadə olunur. Sahibkarlar bu işi könüllü şəkildə yox, məcburiyyət qarşısında həyata keçirirlər. Rayon rəhbərliyi hər bir sahibkara müəyyyən işlər tapşırır. Kim bu tapşırıqları yerinə yetirməkdən imtina edirsə, ona qarşı təzyiq üsullarından istifadə olunur. İcra hakiminin özbaşına əməllərinə etiraz edən bəzi şəxslər obyektlərini bağlayıb rayonu tərk ediblər. Başçı rayonda sahibkarlığın inkişafına ciddi əngəl yaradır. Cənab prezident dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə sahibkarların fəaliyyətinə kənar müdaxilə etməmələrini tapşırsa da, Biləsuvarın icra başçısına sanki aidiyyəti yoxdur. O öz bildiyini edir. Hazırda rayonun təhsili və səhiyyəsi də məhv olmuş vəziyyətdədir. Təhsil sahəsi başçı üçün ən gəlirli sahə hesab olunur. Belə ki, rayon rəhbəri təhsil şöbəsinin müdiri ilə birlikdə dövlət vəsaitlərini küləyə sovurmaqla məşğuldur. Məktəblərdə şagirdlərə əlavə məşğələlər keçirilməsi adı altında büdcədən vəsait ayrılır. Halbuki nə belə bir məşğələ var, nə də ki, o məşğələyə gələn.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|