Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                     "İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." .....                     "Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" .....                     "Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." .....                 

Fətullah Gülənin azərbaycanlı məddahları - Arasında şair də var, professor da…
Tarix: 21-02-2017, 08:34 | Çap et
Fətullah Gülənin azərbaycanlı məddahları
FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin Azərbaycandakı əsas dəstəkçiləri “səngər taktikası”na keçiblər.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə sürətlə yayılan Fətullah Gülən şəbəkəsinə bağlı strukturlar uzun müddət yüksək komfort şəraitində fəaliyyət göstərərək, çirkin məqsədlərinə doğru maneəsiz irəliləməyə nail olublar.

Bununla belə, bütün divarların sonu olduğu kimi, həm Türkiyədə, həm də Azərbaycanda dövlətin ən mühüm strukturlarına sızmağa nail olan gülənçilərin gerçək hədəflərini gizləyən pərdə nəhayət, qalxdı. Türkiyədə Gülən şəbəkəsinin zərərsizləşdirilməsinə istiqamətlənmiş tədbirlər dalğası Azərbaycana da çatdı və “xoca”nın yüksək dövlət postları tutan bəzi “imam”ları vəzifələrindən götürüldülər, onların nəzarətində olan media orqanları isə bir-bir sıradan çıxdı. Gülənin Azərbaycandakı şəbəkəsi strukturlaşma baxımından siyasətdən tutmuş təhsilə, ədəbiyyata, mədəniyyətə qədər bütün mühüm sahələri əhatə edirdi. Eyni zamanda, gülənçilər ölkə biznesində də əhəmiyyətli pay sahibinə çevrilmişdilər və əldə etdikləri kapitalın müəyyən hissəsi Azərbaycandakı fəaliyyətin həyata keçirilməsinə, şəbəkənin genişləndirilməsinə yönəldilirdi. Gülənin Azərbaycandakı əsas adamı Elnur Aslanovun 2014-cü ilin martında dövlət başçısının sərəncamı ilə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən azad edilməsi ilə “gəmi” kapitansız qaldı və şəbəkənin “siyasi qanadı” iflic vəziyyətinə düşdü. Bunun ardınca Aslanovun sayəsində müxtəlif vəzifələrə yerləşdirilən gülənçi məmurlar demək olar ki, tam neytrallaşdırıldılar.

Lakin Azərbaycandakı gülənçi şəbəkənin “siyasi qanadı” aradan qaldırılsa da digər sferalarda, ilk növbədə təhsil və ədəbiyyatda kök atmış fətullahçılar öz mövqelərini böyük mənada qorumağa nail olublar. Qeyd etmək yerinə düşər ki, son 3 ildə, o cümlədən Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Azərbaycandakı Gülən məktəblərinin ard-arda bağlanması prosesinin şahidi olduq. Ancaq mövcud reallıq onu göstərir ki, bağlanan Gülən məktəbləri Azərbaycandakı “gizli əllər”in dəstəyi ilə başqa adlar altında fəaliyyətini bərpa edərək, azərbaycanlı uşaqların beyinlərini hələ də zəhərləməkdədirlər. Bu məsələdə konkret ad çəkmək lazım gəlirsə, “İstək” liseyini nümunə göstərmək olar.

Ədəbiyyat sferasında da özlərinə geniş mövqe tutan gülənçilər Yazıçılar Birliyinin sədri Anarın sayəsində “xocanın şərəfinə” üçüncü onillikdir ki, şövqlə yazıb-yaratmaqdadırlar. Anarın timsalında Gülənlə bağlılığını obrazlı şəkildə inkar etməyə çalışan Yazıçılar Birliyi hazırda Azərbaycandakı fətullahçıların “əsas qalası” sayıla bilər. O baxımdan, 10 il əvvəl Fətullah Gülənin 32 dildə (!?) yayımlanan rəsmi saytında azərbaycanlı şair, Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylının “xoca”ya həsr olunmuş “Əfəndim” şeirinin yerləşdirilməsi diqqəti cəlb etməyə bilməz (http://fgulen.com/az/metbuat/kose-yazilari/22039-efendim). Maraqlıdır ki, Gülənin saytında 2007-ci il iyunun 25-də dərc olunan həmin şeir hələ də orada saxlanılır. Şeirin son bəndi isə müəllifin Gülənə münasibətini tam ifadə edir:

Əl ver, haqqın elçisi,

Yol ver, haqqın yolçusu,

Fəthullah Gülən Xoca!

Fəthullah Gülən Xoca!

Yazılma tarixinə aşağıda aydınlıq gətirəcəyimiz bu şeir 2007-ci ildə, yəni bütün dünyada “Gülən fenomeni”nin yüksəlişdə olduğu dövrdə yayımlanıb. Aradan keçən 10 ildə isə çox “sular axıb”, Gülənin gerçək üzü və hədəfləri üzə çıxarılıb. Türkiyədə 15 iyul çevriliş cəhdinin iflasından sonra isə onun qurduğu “hörümçək toru”na bənzər şəbəkəsi darmadağın edilib. Maraqlıdır, bu baş verənlər azərbaycanlı şairin “haqqın elçisi”, – deyə xitab etdiyi Gülənə münasibətini dəyişdiribmi?

Bu barədə Yeniçağ.Az-a danışan “Əfəndim” şeirinin müəllifi Ramiz Qusarçaylı həmin əsəri 1992-ci ildə, müstəqilliyin bərpasından sonra Azərbaycan-Türkiyə münasibətlərinin yenidən vüsət aldığı dönəmdə yazdığını deyib:

“1991-ci ildən sonra Azərbaycanda Türk liseyləri yaradılırdı və o məktəblərdən biri də Qubada açılmışdı. Mən orada dərs deyirdim və işlədiyim müddətdə türkiyəli dostlarla münasibətlərimiz yaranmışdı. Bir dəfə həmin dostlarımızdan biri 1990-cı il 20 Yanvar qırğınından sonra Fətullah Gülənin İzmir məscidindəki çıxışının videosunu mənə göstərdi. Mən də bu videodan təsirlənərək “Əfəndim” şeirini yazdım”.

Qusarçaylı Gülən ideyaları ilə bağlılığını inkar etməyə və “siyasi çəkişmələr”ə qarışmadığını desə də, onun bu şəbəkə ilə əlaqəsini təsdiqləyən faktlar məsələnin tam əksini göstərir. Aşağıda təqdim olunan fotoşəkil isə Qusarçaylının “İstək” liseyinin tədbirindəki iştirakını əks etdirir. Fotodan da aydın görünür ki, Qusarçaylı o tədbirə heç də sıravi statusda qatılmayıb.

Fətullah Gülənin azərbaycanlı məddahları

Gülənə müxtəlif səpkilərdə çox sayda mədhiyyə həsr etmiş azərbaycanlı müəlliflərdən biri də Məhəmməd Nəsiblidir. Hər yazısında “Xoca əfəndi”ni ilahiləşdirməyə cəhd göstərən Nəsibli FETÖ liderinin saytında 20 may 2010-cu ildə dərc olunmuş “Fətullah Gülən 100 rasional sualda” məqaləsində (http://fgulen.com/az/metbuat/kose-yazilari/22989-fethullah-gulen-yuz-rasional-sualda ) bir sıra müəlliflərin əsərlərinə istinadla “ustad”ını müxtəlif aspektlərdən ilahiləşdirməyə cəhd göstərib.

Güləni öz “mürşid”i kimi görən Azərbaycan alimləri arasında Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin də olmasına təəccüblənməyin. Ölkənin ən strateji sahələrindən biri olan təhsildə mühüm mövqe tutan Ağayevin də özünü “Gülən ideyası”na təslim etməsinin formalaşan gənc nəslin təfəkkürünə vurduğu zərəri təsəvvür etmək çətin deyil. Sözügedən professor Gülənin saytında 6 sentyabr 2012-ci ildə yerləşdirdiyi “Elmi və mənəvi kamilliyin zirvəsinə aparan yol” məqaləsində (http://fgulen.com/az/metbuat/kose-yazilari/22914-agil-ve-zekanin-sehrinde ) FETÖ liderinin “Yeni insan layihəsi”nə və “ürfan aşiqliyi”nə heyranlığını gizlətmir:

Fətullah Gülənin azərbaycanlı məddahları

“Beləliklə, hər zaman görülən işlərin əsla və əsla şəxsinə aid edilməməsini, əksinə, ilahi bir lütfün nəticəsi olduğunu təkrar etməkdən yorulmayan dövrümüzün böyük humanisti, filosofu, ensiklopedik biliyə malik alimi, elm və ürfan aşiqi möhtərəm Fəthullah Gülən Xoca əfəndinin irəli sürdüyü yeni insan layihəsinin təcəssümünə canlı şahid olduq. Görülən işləri səbəblər baxımından ancaq və ancaq Anadolu insanının maddi və mənəvi fədakarlığının, sevgi məktəblərinə qucaq açmış digər xalqların bəslədiyi etimadın məntiqi nəticəsi olduğunu vurğulayan Xoca əfəndi qəbul etməsə də, o məfkurə insanının rolunu etiraf etmək bizim borcumuzdur. Əgər bu müdrik şəxsiyyətin dediklərinə diqqət yetirsək, onun necə qlobal düşündüyünü asanlıqla sezmək mümkündür”.

Görünən budur ki, Gülənin Azərbaycandakı şəbəkəsi müəyyən dövrü əhatə etmiş qabarmadan sonra indi “çəkilmə” taktikasına keçib. Yəni öz imkanlarını qorumaq və şərait yetişəcəyi təqdirdə yenidən baş qaldırmaq düşüncəsi ilə “səngər”ə qayıdıb. Onlara “səngər”dən çıxmağa imkan veriləcəkmi?

Mövzuya qayıdacağıq…

Yeniçağ.Az Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru