İcra başçısının oğlu rayonu ələ keçirib - İTTİHAM VAR
Tarix: 25-11-2016, 08:41 | Çap et
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif Həsən oğlu İmanov sözügedən vəzifəyə təyin olunduqdan qısa müddət sonra onun adı bir sıra xoşagəlməz məqamlarda hallanmağa başladı. Belə ki, icra başçısının əlində olan imkanlardan yararlanaraq, o cümlədən əlaqələrini işə salaraq gəlirlərini nəzərəçarpacaq dərəcədə artırmağa müvəffəq olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyaya görə, əslən Zəngəzur mahalının Ərəfsə kəndindən olan Vasif İmanovun adı bir çox xoş olmayan olaylarda çəkilib. Beləliklə, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirdiyini, 1983-1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışdığını qeyd edən mənbənin sözlərinə görə, Vasif İmanov artıq 3 ildir ki, Pirallahı rayonuna rəhbərlik edir: «Deyilənlərə görə, Pirallahı rayonunun icra başçısı postu Vasif İmanova verildikdən sonra o, yol verdiyi nöqsanlarla əhalinin qınağına, ciddi etirazına səbəb olub. Belə ki, deyilənlərə görə, icra başçısının oğlu Zöhrab İmanov rayonda əməlli-başlı at oynadır. Bildirilir ki, atasına arxalanan Zöhrab İmanovun özbaşına hərəkətləri artıq rayon əhalisini boğaza yığıb. Bu şəxs rayon ərazisində sahibkarlara əməlli başlı qan uddurur. Deyilənlərə görə, Vasif İmanovun oğlu rayondakı sahibkarlardan qanunsuz pul yığımı ilə məşğuldur. İstədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür». Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, rayon ərazisində sahibkarlıqla məşğul olan bir nəfər bir müddət əvvəl icra başçısı Vasif İmanovun oğlunun qəzəbinə tuş gəlib: «Deyilənlərə görə, nəticədə Zöhrab İmanov «Əjdakan LTD» MMC-nin mülkini darmadağın edib. Şirkətin yerləşdiyi 33 hektar ərazi yerlə yeksan edilib, şirkətin inzibati binaları və həyətindəki bahalı ağaclar oğurlanıb. İddialara görə, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının oğlu həmin şirkətin binasının daşları və digər materialları ilə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib. Hələ bu, harasıdır. Deyilənlərə görə, bir müddət öncə Zöhrab İmanovun göstərişi ilə rayon ərazisində sahibkarlardan birinin obyekti sökülüb. Söküntü zamanı 20 yaşlı oğlan söküntülər altında qalaraq ölüb. Lakin həmin ölüm faktı icra başçısı Vasif İmanovun müdaxiləsilə ört-basdır edilib». Bu arada, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun oğlu Zöhrab İmanovun hazırda rayon ərazisində onlarla ticarət və xidmət obyektlərinin, beton və asfalt zavodunun olduğunu iddia edən məlumatlı şəxs bildirir ki, həmin obyektlərin əksəriyyəti əsl sahiblərinin əlindən zorla, müxtəlif formalı təsir və təzyiq göstərməklə alınaraq əldə olunub: «Deyilənlərə görə, məhz bu kimi səbəblər üzündən Pirallahı sakinləri Vasif İmanovun icra başçısı kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyini düşünür və onun tutduğu postdan uzaqlaşdırılmasını arzu edirlər. Lakin o, himayəsində olduğu şəxslərin yardımlarına baş vuraraq özünün və oğlunun törətdiyi əməlləri ört-basdır etməyə nail olur. Deyilənlər görə, bu gün icra başçısının başı yaman dərddədir. Görünən odur ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı bu dəfə himayədarlarının yardımlarına baş vursa belə, onu və oğlu Zöhrab İmanovu məsuliyyətdən kənarda saxlayan olmayacaq. Çünki uzaq ölkələrdən gələn məktublarda deyilir ki, təcavüzə məruz qalan insanları müdafiə etməliyik». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S. Növbəti sayımızda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun hansı ASC sədri ilə münasibətlərinin korlanmasına aydınlıq gətirəcəyik. Həmçinin, icra başçısının oğlu Zöhrab İmanovunun adının hallandığı sensasion xarakterli bilgiləri də sizlərlə bölüşəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|