Nazirin sinif yoldaşı da meydan sulayır... - Belə deyirlər...
Tarix: 12-11-2016, 09:31 | Çap et
“Gündəm Xəbər”in ötən sayında özünü təhsil naziri Mikayıl Cabbarovun sinif yoldaşı kimi təqdim edən və Gəncədə fəaliyyət göstərən 8 saylı regional hesablaşma mərkəzinin rəis müavini vəzifəsini daşıyan Vüsal Məmmədovun "işgüzarlığından" bəhs edən açıqlamamızı, geniş ictimaiyyətin diqqətinə də çatdırmışdıq. O, “Təhsil Naziri uşaqlıq dostumdur" deyərək, hal-hazırda 8 saylı Maliyyə Hesablaşma Mərkəzində vəzifəsindən asılı olmayaraq, hər kəsi ilə hesablaşmağa məcbur edib. Necə deyərlər, “kəndxudanı gör, kəndi çap”. Daha öncədən də məlumat verdiyimiz kimi, o, təhsilə satıcılıqdan gəlsə də, təhsil sahəsində öz qayda-qanunları ilə özünün marağına cavab verən iş də qura bilib. Belə ki, onun bildirdiyinə görə, “ixtisasca hüquqşünas olmağıma baxmayaraq Mikayıl Cabbarov nazir təyin olunduqdan az sonra, məni satıcılıqdan təhsilə gətirdi və Gəncədəki 1saylı Peşə Liseyinin direktor da təyin etdi”. Bəli, bu gün Vüsal Nüsrəddin oğlu Məmmədov hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində rəis müavini işləsə də, liseyİ də əldən buraxmır. O, özünə münasib olan və əvvəllər də dəmir yolunda mexanik işləyən, eyni zamanda işdə törətdiyi xətalar ucbatından daşıdığı vəzifəsindən uzaqlaşdırılan Hüseyn Hüseynovu, ustalıqdan direktorluğa qədər yüksəltməklə, təsir dairəsində saxladığı "obyekti"ni ona havalə edib. Hal-hazırda adı çəkilən liseydə əsaslı təmirin gecikdirilməsinə səbəb də, Vüsal Məmmədova məxsus sexlərin fəaliyyət göstərməsidir. Belə ki, 1 saylı Peşə Liseyinin həyətindəki emalatxanda mebel, metal və xalça sexləri fəaliyyət göstərir. Sexlərdə mətbəx, ofis və məktəblər üçün mebellər və s. istehsal olunur. İstehsaldan əldə olunan gəlirlər də, birbaşa Vüsal Məmmədova çatdırılır. Görəsən necə olub ki, bu cür fəaliyyət növü ilə məşğul olan sexlər Vergilər Nazirliyi ilə bərabər, Təhsil Nazirliyinin də nəzərindən yayınır? Liseyin həyətində fəaliyyət göstərən sexlərdən əldə olunan gəlirlərdən başqa, adı dərs jurnallarında gedən, amma özü dərs üzü tanımayan tələbələrin təqaüd kartlarından görəsən xəbəri olan varmı? Məsələ ilə bağlı Hüseyn Hüseynovla görüşsək də, onun məsələyə münasibətindən belə aydın oldu ki, onu liseyə formal olaraq direktor əvəzi təyin ediblər. Əslində adı hallanan sexlərin və təqaüd kartlarının ona heç bir aidiyyatı yoxdur. Yəni, bütün bunların bir ucu Vüsal Məmmədova, bir ucu isə, onu əvvəlcə liseyə direktor, sonra isə hesablaşma mərkəzinə "Ağa" təyin edən nazirliyə gedib çıxır. Bundan başqa, əldə etdiyimiz daha bir ilginc məlumat da var ki, Vüsal Məmmədov bacısını liseyə təsərrüfat işləri üzrə direktor müavini, Nəcəf adlı dostunu isə, tədris işləri üzrə direktor müavini təyin edib. Müəllim və tələbələrin (əgər onların əksəriyyəti də yerindədirsə) tanımadıqları daha kimlər.... Liseydən əldə olunan gəlirlər yəqin ki, ancaq Vüsalın bildiyi istiqamətdə xərclənilir. Bütün bunlara görə Vüsal Məmmədov özünü bazar iqtisadiyyatına uyğun kökləyir və "biz pul qazanmağı bacaran oğlanlarıq" da deyir. Ticarət aləmində yaxşı təcrübə toplayan rəis müavini, bu gün ticarətdə öyrəndiyini təhsildə də tətbiq edir. Hətta, iş o yerə çatıb ki, Vüsal Məmmədovun etibar etdərək liseyə direktor müavini təyin etdiyi Hüseyn Hüseynov da, onun tövsiyyələrinə rəğmən KİV haqqında qanunlara deyil, özünün dediyi kimi Mikayıl Cabbarov “bizə jurnalistlərin suallarına qətiyyən cavab verməyin, sualları varsa, göndərin nazirliyə” deyir. Hal-hazırda isə, liseydə dərsə davamiyyət olaraq tələbələr gözə dəyməsələr də, sexlər dayanmadan fəaliyyət göstərməkdədirlər. Bunların müqabilində Vüsal Məmmədovun dediyinə görə, Gəncə çayının kənarında tikilən və təmir olunan obyektə də pul xərcləyir. Görəsən bu obyektin təhsilə nə aidiyyəti var? Bəlkə həmin obyekt onun özünün və yaxud da.... Nə isə, bu barədə növbəti sayımızda. Həmin obyektin kimə məxsus olması ilə bağlı apardığımız araşdırmalardan sonra, ictimaiyyətə bu yöndə geniş açıqlamalar verəcəyik. Hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində əsaslı cari təmir işləri üçün 2016-cı il büdcə vəsaitindən 6 rayona və Gəncəyə ayrılan vəsaitin necə xərclənməsindən görəsən nazirin xəbəri varmı? Deyəsən Vüsal Məmmədovun sözündə böyük bir həqiqət var, o da onun əməlli-başlıca pul qazanmağı bacarmasıdır. Axı, Vüsal Məmmədov təhsil sahəsinə gəlməzdən öncə o, ticarətdə “saqqal ağardıb”. Belə çıxır ki, təhsil şöbələrinin regional mərkəzlərdə birləşməsi haqqında ölkə başçısının 2014-cü ildə imzaladığı və 2015-ci il yanvarın 1-dən qüvvəyə minən sərəncamının hələlik tam olaraq yerinə yetirilməməsi, sadəcə olaraq sərəncamın bir istiqamətdə aparılmasına, sadəcə olaraq maliyyəni ələ keçirməkdən başqa nəyəsə xidmət etməyib. Hələlik Gəncəbasarda aparılan "islahatlardan" görünür ki, ölkə başçısının verdiyi sərəncamın xeyrini, təhsil strategiyasına uyğun olmadan Mikayıl Cabbarovun adı ilə onun dostu, səlahiyyətlərini təhsilin həm təchizat, həm də kadr məsələrini icra edən Vüsal Məmmədov görür. Araşdırmamız davam edəcək
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|