Çovdarovun tikinti maqnatı hələ də güc nümayiş etdirir - Həbsdə olsa belə...
Tarix: 4-10-2016, 08:52 | Çap et
...Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən olan yüzlərlə ailə “iş adamı” pərdəsi altında dələduzluq edən İlham Qasımovun başçılıq etdiyi “Sahil – D” Compani MMC və “Real MTK”-nın günahsız qurbanına çevriliblər. Qalmaqallı şirkətin rəhbəri İlham Qasımov artıq həbs olunub və Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmədə prosesinin hazırlıq mərhələsi keçirilib. Lakin onun ailə üzvlərindən ibarət olan əlaltıları- yəni xalaqızı olan həyat yoldaşları Arifə Qasımova və Kəmalə Qasımova , qızı Asiman Abdiyeva, anası Gözəl Cəfərova minlərlə insanın göz yaşı üzərində qurulan firavan həyatlarını yaşayırlar. İlham Qasımovun daima yanında olan yaxın köməkçisi, canını, pulunu etibar etdiyi, getmə gözümdən gedərəm özümdən dediyi xanım isə deyilənə görə onun iş ortağına qoşularaq Türkiyəyə gedib. Bizdə olan məlumata görə İlham Qasımov Minskə, Tiflisə gedəndə qumar pullarını belə ona etibar edirmiş. Amma həbsdə olan iş adamının ailəsindən də çox güvəndiyi bu xanım ona naxələf çıxaraq hazırda Türkiyənin İlham Qasımovun iş ortağı ilə Tarabiya otelində istirahət edir. İlham Qasımovun vəkili isə hələ də onun günahsız olduğunu iddia edir, tanınmış iş adamlarının, hüquq – mühafizə orqanı işçilərinin adlarını bu çirkabın içində hallandırır, şər – böhtan xarakterli şayələr yayır. İlham Qasımovun vəkili çox gözəl bilir ki, həm Real MTK, həm də “Sahil – D” Kompani MMC İlham Qasımova məxsusdur. Dələduz iş adamını müdafiə edən vəkil hətta saytlarda belə bir məlumat yayıb ki, guya İlham Qasımova qarşı irəli sürülmüş ittihamla razı deyil. İlham Qasımov heç bir mənzili təkrarən satmayıb. Ataların gözəl bir deyimi var: “Axsaq atın kor nalbəndi olar”. Daha sonra vəkil məhkəmənin mülki qaydada getdiyini söyləyir. Yəqin hörmətli vəkil unudur ki, mülki iş Ağır Cinayətlər üzrə İşlər Məhkəməsində baxılmır, mülkü qaydada baxılır. Biz də öz növbəmizdə İlham Qasımovun vəkilinə bəzi vacib məqamları çatdırmağı özümüzə borc bilirik. Eldar Mahmudov və Akif Çovdarovun tikinti dələduzu olan İlham Səfəralı oğlu Qasımov Azərbaycan Respublikası CM- nin 178. 3.2, 308.2 və 313 –cü maddəsilə təqsirlənib. Cinayət işi üzrə ittiham aktının 3-cü cildində göstərilir: “Müəyyən olunmuşdur ki, İlham Qasımov 03 mart 2005 – ci il tarixində dövlət qeydiyyatına alınmış “RRR” mənzil tikinti kooperativinin təsisçilərindən biri olmaqla 30 noyabr 2008 – ci il tarixindən həmin MTK-nın sədri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını aldatma və etibardan sui – istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, qeyd olunan MTK tərəfindən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında tikinti aparılan bir girişli, 16 mərtəbəli, çoxmənzilli yaşayış binasının 5 – ci mərtəbəsində yerləşən iki otaqlı ümumi sahəsi 96,5 kv metr olan 22No-li mənzili 02 may 2008-ci il tarixində Rzayeva Rəna Turxan qızına məxsus olmasına baxmayaraq, 06 iyun 2008 – ci il tarixində göstərilən mənzili yenidən 72.375 manata Hüseynova Kəmalə Həsən qızına qanunsuz olaraq satmışdır. 2008 – ci ilin iyun ayından 2012 – ci ilin aprel ayınadək olan müddət ərzində hissə - hissə olmaqla, sonuncudan 53.566 manat məbləğində pul vəsaitini özünün faktiki rəhbərlik etdiyi “MTK – Real”ın Bakı şəhəri, Nərimanov rayonu X,Şuşinski küçəsi 21 ünvanında yerləşən ofisində alaraq, tamah niyyətilə rəsmi sənədlərə bilə - bilə yalan məlumatlar daxil etməklə mənzilin Kəmalə Hüseynovaya satılması barədə saxta “rəsmi sənəd”ləri “RRR” MTK-da faktiki olaraq sədr vəzifəsində işləmədiyi halda həmin tikinti kooperativinə heç bir aidiyyatı olmayan qohumu Məmmədov Nizami Cahangir oğlunun adından 06 iyun 2008-ci il və sonradan öz adından 06 iyun 2009-cu il tarixli alqı – satqı müqaviləsi tərtib edib özünün adından olan müqavilələri kooperativin sədri kimi imzalamaqla, hər iki müqaviləni MTK – nın möhrü ilə təsdiq edib Kəmalə Hüseynovaya məxsus 53.566 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, 07 yanvar 2005 – ci il tarixində dövlət qeydiyyatına alınmış “MTK” – Real mənzil – tikinti kooperativinin təsisçisi olmaqla kooperativin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən şəxs kimi qeyd olunan MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X, Şuşinski küçəsi 955 saylı məhəllədə inşa olunan iki girişli 20 mərtəbəli yaşayış binasının birinci blok, 19-cu mərtəbəsində olan iki otaqlı 79-2 No-li mənzili 14 aprel 2011- ci il tarixli 204 No-li müqavilə ilə Muradov Ziya Sahib oğluna satmış, onun atası Muradov Sahib Ağaisa oğlundan 76.800 manata almasına baxmayaraq, həmin mənzili 27 aprel 2012-ci il tarixində yenidən 117.900 manata Məmmədov Kamal Yüzbaşı oğluna qanunsuz olaraq satılmışdır. Tamah məqsədilə İlham rəsmi sənədlərə bilə - bilə yalan məlumatlar daxil etməklə mənzilin Kamal Məmmədova satılması barədə saxta rəsmi sənədləri eyni tarixli 205 No-li müqavilə və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını tərtib edib, həmin sənədləri kooperativin sədri vəzifəsini formal olaraq icra edən Davudova Günay Səfər qızına imza etdirmişdir". Qeyd edək ki, iş üzrə şahid qismində dindirilmiş Davudova Günay Cəfər qızı ifadəsində göstərmişdir ki, 2009-cu ildə İlham Qasımov onu MTK-ya icraçı direktor təyin etmişdir. O, 2012-ci ilin oktyabr ayınadək həmin vəzifədə işləmişdir. O, formal olaraq kooperativin icraçı direktoru olmuş, İlham Qasımov tərəfindən ona təqdim olunan müqavilə və sənədləri imzalamışdır. Günay Davudova bildirmişdir ki, İlham Qasımovun icazəsi olmadan o, heç bir qərar qəbul etməmişdir. Çünki İlham Qasımov möhürü həmişə özündə saxlayırmış. Ən acınacaqlı vəziyyət budur ki, Tiflis və Minsk kazinolarına üz tutaraq pullarını qumarda uduzan, narkotika alveri ilə ad çıxaran İlham Qasımov öz dələduz əməllərini edərkən xalaqızları olan həyat yoldaşları Arifə Qasımova və Kəmalə Qasımova, həmçinin qızı Asiman Abdiyevanın adları altında pərdələnmişdir. İki həyat yoldaşının və qızının adına şirkət açıb, onu dələduzluq məqsədləri ilə istifadə etmək ən azı... Bizlər İlham Qasımov dələduzluğunun mində biri haqqında söz açdıq. Təsəvvür edin ki, təkcə dörd binada 460 mənzil var və bu da 2000 sakin deməkdir. Amma nədənsə hələ də İlham Qasımovun vəkili müdafiə etdiyi dələduz iş adamının günahsız olduğunu iddia edir. Əslində bu gün İlham Qasımovun vəkili də məsuliyyətə cəlb edilməlidir. Çünki iş adamlarını, hüquq – mühafizə orqanı işçilərini hədələyən İlham Qasımovun vəkili bütün maxinasiyaların qurulmasında, qeyri – qanuni “hüquqi” sənədlərin tərtibində ona köməklik göstərmişdir. İlham Qasımov tərəfindən aldanılan, daha doğrusu, onun qurbanına çevrilənlər arasında Yasamal rayon polis idarəsinin, DYP bölməsinin sabiq rəisi palkovnik Rövşən Məhərrəmov, Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları, Nəsimi rayon məhkəməsinin hakimi, Fövqəladə Hallar Nazirliyinin üç əməkdaşı, prokurorluq orqanının üç əməkdaşı, xarici ölkələrin iş adamları, bir neçə türkiyəli investor, rusiyalı tanınmış işadamı, həmçinin Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisi Ceyhun Həsənov da var. İlham Qasımov Kürdəxanı həbsxanasında məskunlaşdıqdan sonra, Ceyhun Həsənovun 500.000 manatını qaytarmışdır. İlham Qasımov iki həyat yoldaşını, uşaqlarını, anasını dələduzluq yolu ilə əldə etdiyi pulların hesabına yağ – bal içində saxlayıb. Övladlarını evsiz – eşiksiz qoyduğu adamlardan mənimsədiyi pullarla ailələrini əməlli – başlı dolandırıb. Yıxdığı evlərin hesabına arvadlarına, övladlarına, anasına ev qurub. Elə götürək İlham Qasımovun anası Cəfərova Gözəl Məhəmməd qızını. Bakı şəhəri, Nərimanov rayonu, Əbdülvahhab Salamzadə küçəsi 62 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Gözəl Cəfərova “Mil Düzü” MMC-də 100%, “Almaz-94” müstəqil kiçik müəssisəsində 55% payın sahibidir. İlham Qasımovun həyat yoldaşlarından biri olan Kəmalə Qasımova (Abbasova) da böyük varidatın sahibidir. Mərdəkan Qəsəbəsi Ə.Rəhimov küçəsi, döngə 1, 9 saylı yaşayış evi, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 1405 saylı bağ evi, Səbail rayonu Salyan şosesi, 32 saylı torpaq sahəsi, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 12 ünvanında yerləşən qeyri – yaşayış binası, 90 UB 110 dövlət nömrə nişanlı “VAZ – 2124” markalı avtomobil, 10 MB – 499 dövlət nömrə nişanlı M – 21 Volqa markalı avtomobil, 90 FS – 894 dövlət nömrə nişanlı “Catby Cabrio” markalı avtomobil, 90 KS 896 dövlət nömrə nişanlı “Panter Kalista” markalı avtomobil İlham Qasımovun həyat yoldaşlarından biri olan Qasımova Kəmaləyə məxsusdur. İlham Qasımovun qızı Asiman Abdiyeva isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 774 v saylı bağ evinin, 10 GB 010 dövlət nömrə nişanlı, “İnfiniti QX 56” markalı avtomobilin, 90 SP 094 dövlət nömrə nişanlı “Hyundai Sonata” avtomobilinin, 90 KS 895 dövlət nömrə nişanlı “Opel Speedster” avtomobilinin sahibidir. Məhkəmənin qərarı ilə bütün bu əmlaklara artıq həbs qoyulub. İlham Qasımovun oğlu Lətif Qasımov ifadəsində bildirib ki, atası İlham Qasımov bütün sadalanan əmlakların tək sahibidir, lakin o, bütün əmlakları yaxın qohumların adına saldırıb. Eldar Mahmudov və Akif Çovdarovun tikinti dələduzu olan İlham Qasımov təkcə dələduzluqları ilə tanınmır. “Xalaqızlar” macərası ilə ətraf aləmdə tanınan iş adamının şəxsi həyatı haqqında əldə etdiyimiz maraqlı məqamları hələlik ki, açıqlamırıq. Elə Türkiyənin Taraviya otelində İlham Qasımovun iş ortağı ilə kef çəkən həmin xanım haqqında da bəzi məqamları hələlik ki, bağlı saxlayırıq. Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmədə isə İlham Qasımovun dələduzluğu ilə bağlı məhkəmə prosesi davam edir. Yəqin ki, İlham Qasımovun dələduzluqları ilə özlərinə varidat toplayan xalaqızı həyat yoldaşları Arifə Qasımova, Kəmalə Qasımova, qızı Asiman Abiyeva da öz layiqli cəzalarını alacaqlar. Cavidan Azəri (AZpress.AZ)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
|