Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                 

Bu gömrük idarəsində özbaşınalıqdır... - Şəhid ailəsini incidirlər
Tarix: 31-08-2016, 08:27 | Çap et
Bu gömrük idarəsində özbaşınalıqdır...
Ölkə mətbuatının səhifələrində Qazax rayonu ərazisində yerləşən “Qırmızı körpü” gömrük keçid məntəqəsində, eləcə də bu məntəqənin tabeliyində fəaliyyət göstərdiyi Tovuz Gömrük İdarəsində yaşanan müxtəlif problemlərdən, yer almış rüşvət və korrupsiya hallarından bəhs edən bir neçə tənqidi materiallara kifayət qədər tez-tez rast gəlmək olur. Təqdim etdiyimiz yazılarda biz də dəfələrlə xüsusi olaraq belə bir məqamı vurğulamışıq ki, bəzi hallarda “Qırmızı körpü” gömrük keçid məntəqəsində cərəyan edən hadisələr, sanki kimlərinsə qəsdən Azərbaycan dövləti tərəfindən həyata keçirilən daxili siyasətə xələl gətirmək niyyətini büruzə verir. Məlum olduğu kimi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda bu idarənin də fəaliyyətində bəzi müvəqqəti dəyişikliklər həyata keçirildi. Təəssüflər olsun ki, bu dəyişikliklərin yeganə məqsədi rüşvətin tamamilə yığışdırıldığı barədə görüntü yaratmaq idi və buna qismən nail olundu. Lakin bu “mütərəqqi islahatlar” sadəcə az bir müddət davam etdi. Qısa bir vaxtdan sonra isə, gömrük işçilərinin ölkəyə mal gətirən sahibkarları, eləcə də sadə vətəndaşları soyub-talamaq əməliyyatları yenidən bərpa olundu. Bu gün də redaksiyamıza daxil olan məlumatlarda Tovuz Gömrük İdarəsinin tabeliyində olan gömrük keçid məntəqələrində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir. Həmçinin aldığımız açıqlamaların bir çoxunda vətəndaşlar hazırda Tovuz Gömrük İdarəsinin bərbad fəaliyyətini şərtləndirən əsas amillərdən ən başlıcası kimi, məhz Mehman Sadıqovun yarıtmaz idarəçilik üsullarını qeyd edirlər.

Həmçinin Ağstafa rayonu, Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış şikayət teleqramının dünən redaksiyamıza təqdim olunmuş mətn surətində də, yuxarıda göstərdiyimiz məqamlar bir daha öz təsdiqini tapır. Öz şikayətində Vahid Eyyubov bir daha “Qırmızı körpü” gömrük keçid məntəqəsinin fəaliyyətində qabarıq formada müşahidə olunan ciddi nöqsanlardan bəhs edir. Dövlət başçısına ünvanladığı teleqramda Vahid Eyyubov göstərir ki, o, öz ailəsinin dolanışığını özünə məxsus olan 05 BC 388 nömrə nişanlı QAZ 53 markalı avtomobilin istismarı ilə təmin edir. Daha sonra şikayətçi “Qırmızı körpü” gömrük keçid məntəqəsində rastlaşdığı özbaşınalığın təfərrüatlarını belə təsvir edir: “Mən 24 avqust 2016-cı il tarixdə təmənnasız olaraq, şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızının Gürcüstan Respublikasının Lilo bazarından qızı üçün aldığı cehizlik ev əşyalarını, həmçinin Məhərrəm və Nurlan adlı şəxslərin şəxsi istifadə üçün aldıqları məişət əşyalarını sənədləri ilə birlikdə öz maşınımla Qazax rayonunun ərazisində yerləşən “Sınıq körpü” (“Qırmızı körpü” – red.) kömrük məntəqəsinə gətirdim. Maşınımda hər bir vətəndaşın adına məxsusi sənədlərlə birlikdə bir ədəd televizor, bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd tozsoran vardı. Rəis Mehman Sadıqovun göstərişi əsasında mənə məxsus olan avtomobili “Sınıq körpü” məntəqəsində möhürləyib saxlayıblar. Halbuki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaşın xarici ölkədən şəxsi istifadə üçün 1500 (min beş yüz) dollar dəyərində əşya alıb gətirə bilər. Mehman Sadıqov özü bilərəkdən 305 saylı qərarın əksinə gedərək bizi incidir...” Göründüyü kimi, gömrük məmurlarının bu dəfəki özbaşınalıqlarından sadəcə bir nəfər deyil, eyni vaxtda bir neçə vətəndaşın hüquqları pozulmuşdur ki, bunların da arasında şəhid ailəsinin olması vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Bundan sonra, Vahid Eyyubov tamamilə haqlı olaraq, Mehman Sadıqovu ölkənin gömrük qanunlarını özünün və yaxınlarının maraqları tələb etdikdə, çox rahatlıqla pozduğu halları da diqqət mərkəzinə çəkir. Bu xüsusda teleqramda deyilir: “Rəis Mehman Sadıqov bir neçə ay bundan öncə kürəkəni, növbə rəisi Kamil müəllimə havadarlıq edərək, Gürcüstan Respublikası ilə sərhəddən bir avtobus pampersi sənədsiz olaraq Azərbaycana buraxdırmış və pulunu alıb cibinə qoymuşdur. Bəs Mehman Sadıqov niyə həmin avtobusu da möhürləyərək saxlamayıb? Onun kürəkəni Kamil müəllim işdən azad olunsa da, hələ də məsuliyyətə cəlb olunmayıb. Mehman Sadıqov şəhid ailəsi və digər vətəndaşları cehiz və şəxsi istifadə üçün gətirdikləri məişət əşyalarını sərhəddə saxlamaqla ağlatmağı, süründürməyi, incitməyi özünə hünər bilir...”

Eyni zamanda da redaksiyamıza Vahid Eyyubovun şikayət teleqramında adlarını çəkdiyi vətəndaşlar tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətlərin surətləri də təqdim olunmuşdur. Belə ki, Ağstafa rayonu, M.Allahverdiyev küçəsi, ev 64 ünvanında yaşayan şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızı, eləcə də Ağstafa rayonu, Vurğun qəsəbə sakinləri Rzayev Məhərrəm Abdulla oğlu və Əsgərli Nurlan Nəsimi oğlu tərəfindən imzalanmış şikayət ərizəsində də Vahid Eyyubovun təqdim etdiyi faktlar tamamilə təsdiq olunur. Şikayətdə deyilir: “Mən, şəhid ailəsi Qurbanova Ofelya və Ağstafa rayonu Vurğun qəsəbə sakinləri Rzayev Məhərrəm, Əsgərli Nurlan, yol xərcimiz az olsun deyə, birləşərək Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlundan xahiş etdik ki, ona məxsus olan 05 BC 388 nömrə nişanı olan QAZ-53 markalı maşınla bizə kömək etsin. O da sözümüzü eşitdi və təmənnasız olaraq 24.08.2016-cı il tarixdə bizi məişət əşyaları almaq üçün Gürcüstan Respublikasının LİLO bazarına apardı. Biz aldığımız əşyaların adlarını və qiymətlərini ərizəmizə əlavə edirik:

Qurbanova Ofelyanın aldığı əşyalar:

1.Soyuducu RT 32 FAJBDW/WW.SAMSUNQ (1 ədəd)-395 dollar,

2.Paltaryuyan LGF-10 BBQDT 25 (1 ədəd)-365 dollar,

3.Televizor LG 43 LH 604 V (1 ədəd)-550 dollar,

4.Tozsoran LGVK 70363 N (1 ədəd)-72 dollar,

Cəmisi: 1382 dollar.

Əsgərli Nurlanın aldığı əşyalar:

1. Soyuducu RT 32 FAJBDSA /WT.SAMSUNQ (1 ədəd)-415 dollar,

2.Paltaryuyan LGF-10 BBQDT 25 (1 ədəd)-365 dollar,

3.Televizor LG 43 LH 570 V (1 ədəd)-485 dollar,

4.Tozsoran LGVK 70363 N (1 ədəd)-72 dollar,

Cəmisi: 1337 dollar.

Rzayev Məhərrəmin aldığı əşyalar:

1. Soyuducu RT 46 H5340 Sİ /WT.SAMSUNQ (1 ədəd)-700 dollar,

2.Paltaryuyan SHARP (1 ədəd)-375 dollar,

4.Tozsoran VCC 4760 H 33/XEV (1 ədəd)-88 dollar,

Cəmisi: 1163 dollar.

Biz, 24.08.2016-cı il tarixdə Gürcüstandan qayıdan zaman Qazax Rayon “Sınıq Körpü” gömrük məntəqəsində növbə rəisi Səid müəllimə aldığımız malların sənədlərini təqdim etdik. O, bizim təqdim etdiyimiz sənədlərin saxta olduğunu bildirərək onları qəbul etmədi. O, bizdən soruşdu ki, nə üçün bütün əşyaları bir maşınla eyni vaxtda gətirirsiniz, bir-bir ayrı-ayrı maşınlarla gətirmirsiniz? Biz ona dedik ki, xərcimiz az olsun deyə birləşib bir maşın tutmuşuq. Doğrudanmı o, başa düşmür ki, bu yolla gətirilən əşyanın yol pulu onun özündən çox olar? Cavabında o, bizi incidərək 5-6 saat kömrük məntəqəsində saxladı, sənədlərimizi üstümüzə ataraq maşınımızı möhürlədi və bildirdi ki, kimə istəyirsiniz şikayət edin, mən bu maşını və malları buraxmayacağam. Biz də məcburiyyət qarşısında sizə müraciət etdik. Xahiş edirik ki, bizə kömək edəsiniz”.

Göründüyü kimi, Tovuz Gömrük İdarəsində baş verən çeşidli neqativ hallara dair bizimdovr.az-a daxil olan məlumatların ardı-arası kəsilmir. Mehman Sadıqov isə, rəhbərlik etdiyi idarədə həyata keçirilən müxtəlif “əməliyyatlardan” əldə etdiyi gəlirləri hesabına hələ də öz şəxsi sərvətini artırmaqda davam edir.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.

DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru