ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                     Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... .....                     Araqçı və Mirzoyanın intensiv telefon danışığının .....                     “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü .....                     Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə .....                     Ermənistan labirintdədir: Əllər yuxarı... .....                     "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir ölkə elan etdi: .....                     Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb .....                     “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir .....                     “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” .....                     Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır .....                     Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi .....                     Ermənistan: ümüdsiz olsa da, silahlanır... .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı .....                     “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? .....                     "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb .....                     “Ferrum Kapital”ın problemləri .....                 

Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan... - QALMAQAL
Tarix: 13-11-2024, 07:05 | Çap et
Xaçmazlı məmurun QƏRİBƏ MƏNTİQİ: YAP-çısansa susmalısan...
“İcra nümayəndəsi Rəşad Hacıbalayev barəmdə işlətdiyi nalayiq ifadələrə görə qanun çərçivəsində cavab verəcək. Mənə nəsə olsa, bunun günahı icra nümayəndəsi Hacıbalayevdə olacaq. Məni özünəqəsd həddinə çatdırıb”.

Bunu “Facebook” hesabında Xaçmazın Fərzəlioba kənd sakini Ülkər Bayramova yazıb.

Ülkər Bayramova həm də həmin məktəbin müəllimidir.

Fərzəlioba kəndi İnzibati Ərazi Dairəsi üzrə Köhnə Xudat icra nümayəndəliyinin tərkibindədir. Bayramovanın şikayəti də Köhnə Xudat icra nümayəndəsi Rəşad Hacıbalayevdəndir. Xanımın iddiasına görə, icra nümayəndəsi 5 ildən çoxdur ki, ona qarşı qərəzlidir:

“Mən təkcə müəllimə deyiləm, həm də kəndimizin ziyalısı olaraq kənddəki problemləri dilə gətirirəm, aidiyyəti qurumlara yazıram, kömək istəyirəm, tələb edirəm. Kənddə yol, mavi yanacaq problemi var, ictimai nəqliyyatın fəaliyyəti bərbaddır, işıq dirəkləri 60-cı illərdən qalıb, külək əsəndə adamın üstünə aşır. Məktəbdəki qızdırıcı da elektriklə işləyir, işıq sönəndə müəllim, şagird – hamımız soyuqdan donuruq. Mən bunları niyə dilə gətirməməliyəm? Vətəndaş olaraq vergi ödəyicisi kimi normal şərait tələb etmək haqqım var. Bütün bunlara görə də icra hakimiyyətindən tutmuş bütün aidiyyəti qurumlara yazıb göndəririk və bütün bu yazışmaları mən təşkil edirəm. İcra nümayəndəsi də bundan qıcıq olur”.

Ülkər Bayramova deyir, hələ 5 il əvvəl icra nümayəndəsi ona dərs dediyi məktəbdə hücum edib:

“Dərsdən çıxanda şagirdlərin, müəllimlərin, valideynlərin gözü qarşısında mənə hücum etmişdi ki, sən müxalifətçisən, aranı qarışdırmaqla məşğulsan. Bunu yuxarı orqanlara da yazmışdı ki, müəllimə müxalifətçidir, kənddə təxribatla məşğul olur. Araşdırıb gördülər ki, YAP-çıyam. Çağırdılar, soruşdular, dedim, məgər yaşadığım yerin problemlərini dilə gətirmək üçün mütləq müxalifətçi olmaq lazımdır? Mən vergi ödəyən bir vətəndaş olaraq rahat şərait, yol, qaz, işıq, ictimai nəqliyyat tələb edirəm. Hər haqqını tələb edən müxalifətçi olur ki?”.

Ülkər Bayramova deyir, icra nümayəndəsi onu təkcə müxalifətçi adlandırmır, həm də bir qadın olaraq ünvanına nalayiq ifadələr işlədir:

“Mən kəndin problemlərinin aradan qaldırılmasını tələb edirəm, o isə orda-burda arxamca ünvanıma nalayiq, əxlaqsız ifadələr işlədir. Kiçik kənddir, ağızdan bir söz çıxanda beş dəqiqəyə yayılır. Mən tək anayam, üç övlad böyüdürəm, qızım ali məktəbdə təhsil alır, digər övladlarımı da oxudub bir tərəfə çıxarmağa çalışıram. Bu adamsa sağda-solda ünvanıma demədiyi söz buraxmır. Gəlib xəstə atamın qulağına çatır, vəziyyəti pisləşir. Oğlanlarım böyüyür, qız anasıyam, onun nə ixtiyarı var ki, mənim barəmdə olmazın əxlaqsız sözlər danışsın? Dəfələrlə polisə də müraciət etmişəm, bu aralar yenə təkrar müraciət etmişəm, prokurorluğa da yazmışam. İcra nümayəndəsi məni o həddə çatdırıb ki, az qalıram özümü öldürüm”.

Qadının sözlərinə görə, bu yaxınlarda o, yenə kəndin ictimai nəqliyyat problemini dilə gətirib. Növbəti dəfə icra nümayəndəsi tərəfindən təhqirə məruz qalıb:

“Kəndimizə avtobus işləmir. Oğlum Xudat şəhərindəki məktəbdə təhsil alır. Gedib-gəlmək çox çətindir. Buna görə də rayon icra nümayəndəsi Fuad Şahbazovdan xahiş etmişəm ki, kəndə marşrut xətti açılsın. Müəllimlərin və kənd camaatının adından müraciət etmişəm. Fuad müəllim də mənə normal şəkildə cavab verdi, bildirdi ki, sakinlərlə səyyar görüş keçiriləcək, orada bu təklif müzakirə olunacaq, rayon rəhbərliyi çalışacaq ki, kəndin ictimai nəqliyyat problemi həll etsin. Bu məsələ icra nümayəndəsini özündən çıxarıb”.

Bayramovanın sözlərinə görə, kənddə kiçik tutumlu avtobusu olan bir nəfər var, icra nümayəndəsinə yaxın adamdır. Bekar vaxtlarında – əlavə məşğuliyyət kimi kənd sakinlərinə avtobus xidməti göstərir. Bu isə kənd sakinlərini qane etmir:

“Bizə daimi və dəqiq rejimlə xidmət göstərən ictimai nəqliyyat lazımdır, kiminsə kefiylə avtobus sürən yox… Mənim məktəbli oğlum niyə kefinə düşəndə avtobusunu xəttə çıxaran, kefinə düşməyəndə evdə yatan birindən ötrü küçələrdə, yollarda qalmalıdır? Müraciətim həm o avtobus sahibinin, həm də icra nümayəndəsinin xoşuna gəlməyib. İcra nümayəndəsi minib avtobusa, orada da sərnişin kənd camaatı olub. Ünvanıma çox ağır söyüşlər söyüb, deyib ki, yenə ora-bura yazır, avtobus tələb edir, sürücü də qoşulub ona, ünvanıma, şəxsimə nalayiq ifadələr işlədib. Avtobusda şagirdlərim də olub. Onlar bunu evdə öz valideynlərinə, valideynləri isə mənə dedi. İcra nümayəndəsi bu hərəkətləriylə mənim şagirdlərimin yanında özgüvənimi sarsıtmağa, məni aşağılamağa çalışır. Bu isə artıq dediyim kimi, məni intihar həddinə çatdırıb”.

Ülkər Bayramova deyir ki, aidiyyəti qurumlar şikayətinə baxmazsa, kəndin icra nümayəndəsi tərəfindən şagirdləri və valideynlər yanında qəsdən aşağılanan, təhqir olunan bir müəllimə kimi Prezidentə müraciət edəcək.

Meydan TV Rəşad Hacıbalayevlə də əlaqə saxlayıb. İcra nümayəndəsi müəllimənin ona böhtan atdığını deyir:

“Bu yaxınlarda mənə “Whatsapp” üzərindən kənddə yol kənarında texnikaların dayanmasıyla bağlı mesaj göndərmişdi. Özü də elə tonla tələb edirdi ki, “sənə deməmişəm filankəs orda texnika saxlamasın?” O filankəs də bunun keçmiş ərinin əmisi oğludur. Deyirəm, ay xanım, bu, adamın kənd təsərrüfatı texnikasıdır, lapetdir, otbiçəndir, kotandır. Adam qapısında saxlayıb. Ona necə deyə bilərəm ki, apar texnikanı başqa yerdə saxla?”.

“Demişəm, get, o yolun xəritəsi bələdiyyədədir, xəritədəki piyada yolunu tutursa, o başqa məsələ. O iş qaldı yarımçıq… İkinci məsələ də kəndin avtobus məsələsidir. İdrisoba, Fərzəlioba kəndlərinə avtobus işləyir. Şıxzaman adlı kişinin avtobusudur, yaxşı işləyir, hamı da razılıq edir. Gündə iki reys məktəb uşaqlarını və müəllimləri daşıyır. 10-12 gün əvvəl yolda saxlamışam, minmişəm, kənd adamlarından soruşmuşam ki, bir narazılığınız var, yoxdu? Razılıq ediblər. Orada heç bunun adı çəkilməyib. Kimsə gedib yalandan deyib ki, guya sürücüylə mən ünvanına söyüş söymüşük”, – icra nümayəndəsi bildirib.

Rəşad Hacıbalayev deyir, Ülkər Bayramovanın polisə, prokurorluğa etdiyi şikayətlərlə əlaqədar dəvət olunub və izahat yazıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Bu gün, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Bu gün, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Bu gün, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 17:50
Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Bu gün, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Bu gün, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Bu gün, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Bu gün, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Bu gün, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Bu gün, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Bu gün, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Bu gün, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu gün, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Bu gün, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Bu gün, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Bu gün, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Bu gün, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Bu gün, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Bu gün, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Bu gün, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Bu gün, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54
Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51
“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36
“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28
Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24
NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20
Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
Güneyli fəal həbs edildi
Bu gün, 12:09
"Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01
Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58
Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55
Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52
"İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru