KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Tarix: 1-10-2024, 10:39 |
Çap et
"Mənim şikayətim "Kapital Bank"dandır..." dia-az.life xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Toğrul Rayev adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: "Kimsə mənim vəsiqəmə hansısa yolla götürüb lalafo, tap.az kimi saytlarda mənim adımdan elan verir. "Xəzri" pul köçürmə ilə pul alır ki, telefonu göndərəcəm sonra göndərmir.
Bu artıq ikinci dəfədir baş verir. "Kapital bank"a, "Xəzri"yə müraciətlər etsəm də baxmır.
Mənim tələbim dərhal mənim adıma olan "Xəzri" pul köçürmələrə blok qoymaqdır.
Qeyd edim ki, şikayətimi 24 saylı polis bölməsində etmişəm. Amma kapital bank nə zənglərə baxır, nə də mesajlara..."