“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                     Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... .....                     Araqçı və Mirzoyanın intensiv telefon danışığının .....                     “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü .....                     Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə .....                     Ermənistan labirintdədir: Əllər yuxarı... .....                     "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir ölkə elan etdi: .....                     Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb .....                     “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir .....                     “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” .....                     Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır .....                     Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi .....                     Ermənistan: ümüdsiz olsa da, silahlanır... .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı .....                     “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? .....                     "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb .....                     “Ferrum Kapital”ın problemləri .....                     Paşinyanın rədd edilən istəyi: .....                     NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək .....                     Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... .....                     Güneyli fəal həbs edildi .....                 

Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında - Yollar ayırdı bizi?...
Tarix: Bu gün, 07:32 | Çap et
 Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında
Azərbaycanın ən böyük və ən yaxın strateji müttəfiqi ilə münasibətlərində gərginlik yaranıb. Rəsmi Bakı ilə Ankaranın münasibətlərindəki bu soyuqluq İsrail Prezidenti İsaak Hersoqun Azərbaycana səfəri zamanı Türkiyə hava məkanından keçid verilməməsi ilə kulminasiyaya çatdı. Bu barədə məlumat əvvəl hər iki ölkənin mediasında anonim rəsmi mənbələrə istinadla yayılsa da, iki gün əvvəl Türtkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğan şəxsən açıqlama verərək, Hersoqun təyyarəsinin Bakıya səfər üçün ölkənin hava məkanından istifadə etməsinə icazə verilmədiyini təsdiqləyib.

Qeyd edək ki, son dönəmlərdə Azərbaycan və Türkiyə arasında münasibətlərin əvvəlki kimi "səmimi" olmaması ilə bağlı məlumatlar yayılırdı. Səbəb kimi Azərbaycanın Türkiyə və Ermənistan arasındakı "gizli" danışıqlardan narazı olması, Türkiyənin isə Bakının Tel-Əvivlə münasibətlərinin getdikcə istiləşməsindən xoşhal olmaması göstərilirdi.

Maraqlıdır, Türkiyənin Azərbaycanla münasibətləri hansı həddə qədər gərginləşə bilər? Təbii müttəfiq olan bu iki ölkənin arasında həlli mümkün olmayan hansı problemlər ola bilər?

Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən REAL partiyasının sədri Natiq Cəfərli Türkiyə ilə Azərbaycan arasında həlli mümkün olmayan məsələlərin olduğuna inanmır: “Müəyyən fikir ayrılıqları, təbii ki, var. Məsələn, Yaxın Şərq məsələsində. Amma bu fikir ayrılıqları dostluq-qardaşlıq strateji əlaqələrinə kölgə salacaq səviyyədə deyil. Hətta burada başqa məqamlar da ola bilər”.

N.Cəfərlinin fikrincə, Türkiyə ilə Azərbaycan bəzi məsələlərə müxtəlif münasibətlər göstərməklə, fərqli tərəflərlə eyni məsafənin saxlanmasında da maraqlı ola bilərlər. Məsələn, Yaxın Şərqdə İsrail ilə Azərbaycanın yaxın münasibətdə olduğunu hamı bilir. Amma Türkiyə daha çox Qəzzada Fələstin dövlətini dəstəkləyir: “Burada bir problem görmürəm, əksinə, düşünürəm ki, strateji müttəfiqlik varsa, bu cür ikili yanaşma problemlərin içində olmağa və problemlərə müxtəlif istiqamətdə müdaxilə edilməsinə yardımçı ola bilər. Ona görə də, Türkiyə ilə Azərbaycan arasındakı fikir ayrılıqlarının çox dərində olduğunu düşünmürəm”.

Müsahibimizin sözlərinə görə, zamanla hansısa məsələyə müxtəlif yanaşmalar ola bilər, amma Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığı bu günün məsələsi deyil. Bu proses çoxdan başlayıb, hətta orduların inteqrasiya məsələsi gedir, ortada Şuşa Bəyannaməsi var, liderlər arasında normal görüşlər də olur. Son həftələrə nəzər salsaq, həm Kazanda, həm də Bakıda belə görüşlər olub: “Hansısa köklü və ciddi dəyişikliklərin olması fikri ilə razı deyiləm. Azərbaycan Ermənistanla Türkiyə arasında gedən danışıqlardan da xəbərdardır. Ermənistan-Türkiyə sərhədlərinin açılmasında Azərbaycanın hansısa maneə yaradacağını da düşünmürəm. Çünki bu, Qarabağ müharibəsi ilə bağlı idi. Bu məsələ də tam həll olundu. Türkiyə-Ermənistan sərhədlərinin açılmasından Azərbaycan zərər yox, əksinə, xeyir görər. Çünki Türkiyənin Ermənistana təsirinin artması bizim də xeyrimizə olacaq”.

Politoloq Xaqani Cəfərli isə hesab edir ki, İsrail prezidenti İsaak Hersoqun Bakıya uçmaq üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə verilməməsi ciddi diplomatik qalmaqaldır: “Rəsmi Ankaranın bu addımı İsraillə yanaşı, Azərbaycana da qarşı yönəlib. Çünki Hersoq məhz Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammitində iştirak etmək üçün Türkiyənin hava məkanından istifadə etmək istəyib. Türkiyə ilə Azərbaycan arasında müəyyən fikir ayrılıqlarının olduğu bir müddətdir hiss olunurdu. İndi isə bunu gizlətmək mümkün deyil. Fikrimcə, bu, Azərbaycan rəhbərliyinin Türkiyənin Ermənistanla hansısa təmaslardan narazı və narahat olması ilə bağlı deyil”.

Politoloqun sözlərinə görə, bu narazılıq Türkiyə hakimiyyətinin İsrailə qarşı siyasətindən qaynaqlanır. Ərdoğan İsrailə qarşı ittifaq yaratmağa çalışır və belə təşəbbüslə çıxış edib. İsraillə strateji tərəfdaş olan Azərbaycan isə belə ittifaqlarda yer ala bilməz: “İsraillə yaxşı münasibətləri Azərbaycanın maraqları tələb edir. Bu maraqları isə təhlükəyə atmaq olmaz. Ona görə də Azərbaycan rəhbərliyi çox doğru davranaraq, Türkiyənin İsrailə qarşı siyasətinə qoşulmur. Rəsmi Ankaranın Azərbaycanın Türkiyədən fərqli maraqlarının ola biləcəyini anlamaması yanlışdır. Azərbaycan Ukrayna ilə münasibətlərini Rusiyadan asılı olmadan müəyyən etdiyi kimi, İsraillə münasibətlərini də Türkiyədən asılı olmadan, müstəqil müəyyən edir. Dövlət siyasətində doğru olan da budur”.

“Türkiyə ilə Azərbaycan arasında hər məsələdə eyni fikir yoxdur. Bəzi məqamlarda eyni problemə fərqli baxırıq”.

Bu sözləri isə saytımıza açıqlamasında siyasi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın beynəlxalq siyasətə baxışındakı böyük fərq İsraillə bağlıdır. Azərbaycan İsraillə münasibətini saxlayır, paralel olaraq da Fələstini dövlət kimi tanımağa hazırdır. İsrail-Fələstin münaqişəsində ikitərəfli bərabərlik və sülh məsələlərini təsdiqləyir: “İsrail Prezidentinin Azərbaycana səfəri üçün alternativ yollar, əlbəttə, tapılardı. Amma bunu Azərbaycana qarşı hansısa addım kimi qiymətləndirmirəm”.

A.İsazdə deyir ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədlərlə bağlı danışıqlar 10 ildən çoxdur, gedir. Ümumiyyətlə, Türkiyə bu məsələni həmişə nəzarət altında saxlayıb: “Bununla bağlı müzakirələr daim gedib, amma Türkiyə həmişə bəyan edirdi ki, Qarabağ məsələsi həll olunmayana qədər biz sərhədləri açmayacağıq. Bu gün isə Azərbaycan öz ərazisini işğaldan azad edib, sülh sazişi imzalamağa hazırlaşır, sadəcə, hansısa texniki məsələlər qalıb. Bu proses gedə-gedə Türkiyə sərhədləri açma məsələsini hansısa formada intensivləşdirə bilər”.

İsazadə deyir ki, Azərbaycan ilə Türkiyə arasında hansısa problemlər yarana bilər, vaxtaşırı olaraq yaranır da. Bəzi məsələlər müzakirə olunur. Amma yaxın gələcəkdə Azərbaycan-Türkiyə arasında bu problemlərin şiddətli olacağı və Türkiyə-Azərbaycan ittifaqının problemlə üzləşəcəyi gözlənilmir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Bu gün, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 17:50
Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Bu gün, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Bu gün, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Bu gün, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Bu gün, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Bu gün, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Bu gün, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Bu gün, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Bu gün, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Bu gün, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu gün, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Bu gün, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Bu gün, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Bu gün, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Bu gün, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Bu gün, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Bu gün, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Bu gün, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Bu gün, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54
Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51
“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36
“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28
Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24
NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20
Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
Güneyli fəal həbs edildi
Bu gün, 12:09
"Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01
Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58
Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55
Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52
"İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45
Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34
Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru