ZİYA MƏMMƏDOVDAN ŞOK ADDIM
Tarix: 17-09-2012, 12:35 |
Çap et
NAZİR İNDİ DƏ «YEGANƏ» ŞADLIQ SARAYINI SÖKDÜRÜR?
GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, Bakının 4-cü mikrarayon dairəsindən 6-cı mikrarayon dairəsi istiqamətinə gedən küçə genişləndirilir. İkizolaqlı və eni 24 metrə yaxın olacaq yolun sağ kənarındakı bütün tikililərin sökülməsi planlaşdırılır.
Məlumatlara görə, 3 kilometrə yaxın olan bu küçənin genişləndirilməsi ilə bağlı olaraq küçənin sağında yerləşən yaşayış evlərinin və obyektlərin sahibləri ilə anlaşma əldə edilsə də, «Yeganə» Şadlıq Sarayının sökülməsi ilə bağlı olaraq hər hansı razılaşma əldə edilməyib. Bildirilir ki, Nəqliyyat Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bir neçə dəfə «Yeganə»yə getsələr də, onların sökülmə ilə bağlı konpensasiya sövdələşməsi cəhdləri boşa çıxıb.
Saytımıza bilgi verən mənbə deyir ki, şadlıq evinin sahibi olduğu bildirilən və prezidentin əmisi oğlu olan İlqar Əliyevin yaxın adamları dövlət məmurlarını ərazidən qovublar. Məlumatlara görə, sövdələşmənin baş tutmamasına səbəb kimi şadlıq sarayına təklif edilən konpensasiyanın kifayət qədər az olması göstərilir.
Bununla belə yolun genişləndirilməsiylə bağlı olaraq cari il üçün Nəqliyyat Nazirliyinin iş planında müvafiq maddələrin təsdiq edildiyi və büdcənin ayrıldığı söylənilir.