Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
ABŞ-də keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Hələ rəsmi elan olunmasa da, ilkin nəticələrə əsasən Donald Tramp prezident seçilib. Donald Tramp prezident seçkilərində siyasi qələbəsini elan edərək, özünü ABŞ-nin 47-ci prezidenti adlandırıb.
Donald Tramp “Amerikanın qızıl dövrünü” açacağına və seçkilərdə bütün ABŞ xalqının mənafeyinə xidmət edəcək “heyrətamiz bir qələbə” qazandığına inandığını bildirib.
“Amerikanın həqiqi qızıl dövrü başlayacaq”, – deyə Tramp qeyd edib. Onun sözlərinə görə, prezident seçkilərində ABŞ xalqının xeyrinə “heyrətamiz bir qələbə” əldə edib ki, bu da “Amerikanı yenidən böyük etmək” imkanı yaradacaq.
Aydındır ki, Trampın tək məqsədi “ABŞ-ni yenidən böyük etmək” olamaycaq. Onun qolları istəsə də, istəməsə də hdünyanın hər yerinə çatacaq - Yaxın Şərqə, Cənubi Qafqaza, Çinə, Okeaniyaya, Afrikaya, Rusiyaya, Ukraynaya... Çünki Trampın hər kəs önündə verdiyi vədlər də o qədər kiçik deyil…
Belə olduğu təqdirdə, Trampın qələbəsi dünyada və bizim regionda gedən proseslərə öz təsirini necə göstərəcək?
Mövzu ilə bağlı Pressklub.az-a açıqlama verən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Donald Trampın prezident seçkisindəki qələbəsinin bütün dünyada, o cümlədən bizim regionda ciddi təsirləri olacağı ehtimalı böyükdür: “Çünki Trampın Çinə qarşı müəyyən edəcəyi siyasətin ən çox təsir göstərəcəyi bölgələrdən biri də bizim bölgədir. Tramp vəd etdiyi kimi Çinə qarşı ticarət müharibəsinə başlasa, bu, son illər ərzində yaranmış münasibətlər sistemini ciddi şəkildə sınağa çəkəcək. Çinə qarşı ticarət müharibəsinin başlanması ehtimalı son günlər daha da artıb. Məlum olduğu kimi, İlon Maskın “Tesla” elektromobil layihəsinin əsas rəqibi Çin şirkətləridir. İlon Maskın Trampın seçki kampaniyasında oynadığı rolu nəzərə alanda, Çinə qarşı ticarət müharibəsi qaçılmaz görünür”.
Politoloq deyir ki, Trampın dövründə ABŞ-nin Rusiya ilə münasibəti də Moskvanın Çinlə münasibətlərindən asılı olacaq. Rusiya Çinə qarşı Trampın siyasətini dəstəkləməsə, Rusiyaya qarşı daha sərt siyasət tətbiq oluna bilər. Digər tərəfdən, Respublikaçılar Partiyasının Konqresdəki əsas simaları Ukraynanı birmənalı dəstəkləyirlər. Tramp isə onların münasibətini nəzərə almaya bilməz. Rusiyaya qarşı münasibəti müəyyən edən məqamlardan biri də Moskvanın Tehranla münasibətləri olacaq. İsrailin İrana qarşı siyasətinin sərtləşəcəyi ehtimalı artdığı üçün, Rusiyanın daha bir sınaq qarşısında qalacağını da gözləmək olar.
Ekspert hesab edir ki, Azərbaycana yönəlik siyasət də daha çox Trampın Çin, Rusiya, İranla bağlı siyasətindən asılı olacaq: “Trampın prezident seçilməsi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının da yolu açılmış hesab oluna bilər. Hətta Trampın ilk diplomatik uğurlarından birincisi məhz Vaşinqtonda imzalanacaq sülh müqaviləsi ola bilər. Bütün bunlarla yanaşı, Trampın Çin, İran və Rusiyaya münasibətdə yürüdəcəyi siyasətin təsirləri ən çox ölkəmizin yerləşdiyi Cənubi Qafqaz olacaq.
Trampın prezidentliyi beynəlxalq münasibətləri ciddi şəkildə sirkələyəcək və son illər formalaşmış münasibətlər sistemini sınağa çəkəcək. Bu, bütün ölkələr üçün risklər doğurduğu kimi, imkanlar da yaradacaq. Yeni dövrdən yararlanmaq isə əsasən dövlətlərin özündən asılıdır”.
Digər müsahibimiz – hərbi-siyasi ekspert Azad İsazadə isə deyir ki, Kamala Harris prezident seçilsəydi, hər şey aydın idi. O, Baydenin faktiki siyasətini davam etdirəcəkdi və heç bir konfliktin həlli tapılmayacaqdı. Məsələn, ABŞ Ukraynaya silah verməyə davam edəcəkdi, amma silah sayı məsələni həll edəcək qədər olmayacaqdı. Yaxın Şərqdə isə demokratlar İsrailə təsir edə bilmir. Cənubi Qafqazda da heç bir problem həll olunmayacaqdı: “Çünki Cənubi Qafqazdakı tək problem Azərbaycan-Ermənistan məsələsi deyil. Gürcüstanda da vəziyyət qeyri-sabitdir. İnsan haqları və söz azadlığı ilə bağlı Azərbaycana təzyiqlər olacaqdı, demokratlar isə Ermənistana “altdan-altdan” yardım göstərəcəkdilər. Amma bütün alovlanan konfliktlər hansısa formada güclənəcəkdi. Demokratların strategiyası Rusiyanı tədricən zəiflətmək idi. Tramp isə bəyan etmişdi ki, prezident seçilsəm, bütün konfliktlər həllini tapacaq. İlk növbədə də Rusiya və Ukrayna müharibəsi...”
Ekspert qeyd edir ki, bunu kimin xeyrinə və necə həll edəcəyini hələ heç kim bilmir. Aydındır ki, ABŞ Yaxın Şərqdə İsrailin tərəfini saxlayacaq, İrana qarşı daha ciddi təzyiqlər edəcək. Belə olduqda isə Cənubi Qafqaza çox da fikir verməyəcəklər, maksimum Gürcüstanın indiki seçki nəticələri yoxlanılacaq ki, hansısa formada Rusiyanın təsir dairəsinə düşməsin. Azərbaycan-Ermənistan məsələsinə gəldikdə isə ABŞ iki ölkəni də sülh müqaviləsinə imza atmağa məcbur edəcək: “Azərbaycan öz torpaqlarını işğaldan azad edib. ABŞ reallıqla razılaşsa, bu, Azərbaycanın xeyrinə olacaq. Ona görə də Ermənistan çalışırdı ki, demokratlar hakimiyyətdə olana qədər sülh müqaviləsi imzalansın. Sual altında isə Zəngəzur dəhlizi məsələsi qalır. Bu dəhliz ABŞ-nin iqtisadi maraqlarına cavab versə, o zaman dəhliz açılacaq. Yox, hesab eləsə ki, Çinin marağındadır, o zaman Tramp buna qarşı çıxa bilər. Çünki o, ilk iqtisadi zərbəni Çinə qarşı hazırlayacaq”, - deyə A.İsazadə bildirib.
“Tramp beynəlxalq siyasətdə addımları çətin hesablanacaq şəxsiyyətdir”.
Bu sözləri saytımıza açıqlamasında hüquqşünas Fuad Ağayev deyib.
Onun fikrincə, Tramp bu mənsəbə peşəkar siyasətçi olaraq yüksəlməyib. O, bir sahibkar kimi, tanınmış media xadimi və ulduzu kimi işə başlayıb, sonra isə prezident seçkilərində iştirak edib: “O ki qaldı Rusiyaya münasibətinə, düşünürəm ki, Trampın Putinin buyruqlarına əməl edəcəyini deyənlər yanılırlar. Seçki kampaniyası dövründəki ritorikasından da aydın olurdu ki, o, Ukraynadakı müharibəni dayandırmağa çalışacaq. Həm də mümkün qədər qısa müddətdə”.
Ağayev xatırladır ki, Tramp Putin ilə olan söhbətini jurnalistlərlə bölüşmüşdü. Həmin söhbətdən məlum olmuşdu ki, o, Putini konkret olaraq təhdid edib. Belə bir halın təkrarlanacağı mümkündür. Hər halda, demokratların dövründəki mənzərədən daha fərqli mənzərə ilə qarşılaşacağıq. Baydenin dövründə ABŞ Ukraynaya hərbi-texniki yardım etsə də, bunu məhdudiyyətlə edib, o səbəbdən Ukrayna ordusunun vəziyyəti indi çox böhranlıdır və xoşagələn deyil.
“Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, Tramp bu proseslərə elə də ciddi müdaxilə etməyəcək. Necə ki, 2020-ci ildə Azərbaycan öz ərazisini silah gücünə azad edəndə bu məsələyə müdaxilə olmamışdı, indi də o münasibət davam edəcək. İstənilən halda, Trampın çıxışları sülhə doğru istiqamətlənib. Hətta Yaxın Şərqdəki məsələ bağlı sülh çağırışları edir” – Ağayev deyir.
Hüquqşünasın sözlərinə görə, Trampın İsrailə münasibətləri ilə bağlı müəyyən narahatlıqlar var. Onun İsrailə İranla münaqişədə daha ciddi yardım etməsi ehtimalı var: “Ümid edək ki, bu məsələdə də Tramp ciddi düşünəcək və İsraillə birgə ABŞ-nin İranla müharibəyə səbəb olacaq addımlar atmayacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Bu gün, 12:00 |
|
|
|
• "Çox böyük zəhmətlərdən keçdik" - deputat
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Bu gün, 11:43 |
|
|
|
• Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:38 |
|
|
|
• Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Bu gün, 11:35 |
|
|
|
• Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:24 |
|
|
|
• "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Bu gün, 11:12 |
|
|
|
• `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Bu gün, 11:08 |
|
|
|
• Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Bu gün, 10:58 |
|
|
|
• “Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 10:34 |
|
|
|
• DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Bu gün, 10:28 |
|
|
|
• Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? - Aqşin Yenisey
Bu gün, 10:21 |
|
|
|
• Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Bu gün, 10:17 |
|
|
|
• “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09 |
|
|
|
• “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02 |
|
|
|
• "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57 |
|
|
|
• Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49 |
|
|
|
• İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48 |
|
|
|
• Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44 |
|
|
|
• Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37 |
|
|
|
• Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34 |
|
|
|
• Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31 |
|
|
|
• "Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25 |
|
|
|
• Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22 |
|
|
|
• Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21 |
|
|
|
• İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19 |
|
|
|
• Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01 |
|
|
|
• Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54 |
|
|
|
• 8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46 |
|
|
|
• «BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43 |
|
|
|
• Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39 |
|
|
|
• Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... - AXI NİYƏ?..
Bu gün, 08:30 |
|
|
|
• “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:25 |
|
|
|
• Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... - İTTİHAM VAR...
Bu gün, 08:20 |
|
|
|
• “Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" - 4.2 milyonluq vergi borcu da varmış
Bu gün, 08:14 |
|
|
|
• “Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq - FOTO
Bu gün, 08:10 |
|
|
|
• Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTO
Bu gün, 08:05 |
|
|
|
• Bayden Çinin şirkətlərinə ABŞ-yə sərmayə yatırmaq qadağasını bir il uzadıb
Bu gün, 07:59 |
|
|
|
• “Puta-Nəqliyyat-2” ASC ləğv olunur
Bu gün, 00:02 |
|
|
|
• Tarixi Zəfər: - Təkcə bayram yox, həm də milli hesabat
Bu gün, 00:00 |
|
|
|
• Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI
Dünən, 19:00 |
|
|
|
• Rayon rəhbəri Azad Qaraqoyunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 18:58 |
|
|
|
• ABŞ siyasətində YENİ DÖNƏM – Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...
Dünən, 18:17 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin Müşahidə Şurası təsdiqlənib - SƏRƏNCAM
Dünən, 18:15 |
|
|
|
• Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb - FƏRMAN
Dünən, 18:13 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO
Dünən, 18:10 |
|
|
|
• Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurlar – Azərbaycana gələn fransızların sayı artır
Dünən, 18:04 |
|
|
|
• Sabahdan məktəblilərin 17 günlük tətili başlayır - DİQQƏT
Dünən, 18:02 |
|
|
|
|