RƏQSANƏ DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR
Tarix: 10-09-2012, 12:26 |
Çap et
ONA QARŞI CİNAYƏT İŞİ AÇILIB
Adı daim qalmaqallarda hallanan tanınmış müğənni Rəqsanə İsmayılova yenə işə düşüb.
Merkez.az-ın məlumatına görə, Suraxanı rayon prokurorluğunda müğənniyə qarşı Cinayət Məcəlləsinin 178.2.2(dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
Məlumatı bizə ötürən mənbə bildirib ki, Rəqsanəyə qarşı dörd fiziki şəxs iddia qaldırıb. Onların arasında müğənninin keçmiş sevgilisi Faiq Azayev və keçmiş prodüsseri Təranə Səmədova da var. İddiaçılar Rəqsanənin onlara külli miqdarda pul borcunun olduğunu bildiriblər.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacağıq.