MƏHBUS BAŞ REDAKTOR İZOLƏ ŞƏRAİTİNDƏ
Tarix: 4-09-2012, 15:40 |
Çap et
“ÜMİD EDİRİK Kİ, ƏVƏZLƏ GÖRÜŞƏ İMKAN YARADILACAQ”
Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı sentyabrın 4-də “Media forum” saytına açıqlama verib. O bildirib ki, ailə üzvlərinin jurnalistlə görüş imkanı yaranır:
“Ötən həftə Bakı İstintaq Təcridxanasında bizə deyirdilər ki, Əvəzlə görüş üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevayanın icazəsi olmalıdır. Hakim isə məzuniyyətdə idi. Ramella Allahverdiyevaya məzuniyyətdən qayıdıb. Vəkil Elçin Sadıqov ona müraciət hazırlayıb. Ümid edirik ki, Əvəzlə görüşə imkan yaradılacaq”.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də tutulub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılır. Növbəti proses sentyabrın 12-nə təyin olunub.