KÜRD DEPUTAT HƏDDİNİ AŞDI
Tarix: 30-10-2011, 12:44 |
Çap et
HALİS QAPLAN KİPRİ «ƏLDƏQAYIRMA DÖVLƏT» ADLANDIRDI
DİA.AZ: - Qardaş Türkiyədə bölücü kürdlərə verilən hədsiz azadlıq artıq rəsmi ankara üçün əməlli-başlı problemə çevrilib. Elə bunun nəticəsidir ki, bu gün terrorçusu ilə mədənisi arsında heç bir fərq olmayan bölücü kürdlər hətta Türkiyə Böyük Millət Məclisinin tribunalarından belə Türkiə dövlətçiliyinin əleyhinə fikirlər söyləyə bilirlər.
Bu günlərdə baş verən bir olaya bölücü kürdlərin TBMM-dəki nümayəndələrindən biri - Barış və Demokratiya Partiyasının Şırnakdan seçilən deputatı Hasip Kaplan tərəfindən verilən reaksiya artıq, rəsmi Ankaranın bu mövzuda daha ciddi düşünməsini labüdləşdirir.
Belə ki, bu günlərdə Türkiyənin Çukurca ərazisində 24 əsgərin şəhid verilməsilə bağlı Şimali Kipr Türk Respublikasındakı Yaxın Şərq Universitetində xatirə törəni düzənlənilib. Bu törəni isə bir qrup PKK yanlısı tələbə pozmağa çalışıb və törən zamanı quldur, qaniçən Abdullah Öcalanın lehinə şüarlar səsləndiriblər.
Bundan sonra universitet rəhbərliyi bu işdə iştirakı olan 18 PKK tərəfdarı olan tələbəni ali məktəbdən qovmaqla yanaşı, Kiprdən də deportasiya ediblər.
Bölücü kürdlərin isə bu məsələyə sərt reaksiya veriyi bildirilir. DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdə qeyd olunur ki, Şırnakdan olan millət vəkili Halis Qaplan bu addımı atdığına görə Şimali Kipr Türk Dövlətini «əldəqayırma dövlət» adlandırıb.
Təbii ki, bu özbaşınalığına və həyasızlığına görə, kimsənin Halis Qaplandan hesab sormayacağı aydındır. Çünki Türkiyənin çağdaş qanunları buna rəvac verir…