“TEXNİKABANK” ETİBAR ƏLİYEVİN MÜLKÜNDƏN ÇIXARILDI
Tarix: 30-08-2012, 15:42 |
Çap et
BANKIN BAŞ OFİSİ BOŞALDILDI
Avqustun 30-da “Texnikabank”ın Nərimanov rayonu, “Gənclik” metro stansiyası yaxınlığındakı, Atatürk prospekti 1107 ünvanında yerləşən baş ofisi boşaldılaraq bağlanılıb. Baş ofisdən çıxarılan avadanlıqlar maşınlara yüklənib. Aldığımız məlumata görə, baş ofis Keşlə qəsəbəsinə köçürülür. Artıq, orada bankın baş ofisi üçün bina ayrılıb.
Qeyd edək ki, bu ilin mart ayında “Texnikabank” Müşahidə Şurasının sədri Etibar Əliyevi Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. E.Əliyev çirkli pulların yuyulmasında təqsirli bilinib. Elə bu ilin may ayında onun azadlığa çıxması ilə bağlı xəbər isə bu günə qədər rəsmi təsdiqini tapmayıb. Əl dəyişən bankda həbs dalğası davam edir.
Nəzərinizə çatdıraq ki, Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılıb və hazırda universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir. Bankın “Texnikalizing” MMC, “Alfa” sığorta ASC, Kapital Menecment MMC və Texkart ASC olmaqla dörd törəmə müəssisi var. \ musavat \
DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bankın bu gün boğaldılan əvvəlki ofisi hazırda həbsxanada saxlanılan Etibar Əliyevin şəxsi mülkü olduğundan belə bir addım atılıb.