ZİYA MƏMMƏDOVUN “AVTOBUS İSLAHATI”
Tarix: 29-10-2011, 16:00 |
Çap et
AVTOBUSLARIN HƏRƏKƏT XƏTLƏRİ QISALDILACAQ
Bakının Nəqliyyatın İntellektual İdarəetmə Sistemi çərçivəsində paytaxt ərazisində hərəkət edən avtobusların qət etdiyi xətt qısaldılacaq.
«Bakısərnişinnəqliyyat» MMC-dən verilən məlumata görə, bunun üçün paytaxtın sərnişin daşıyan avtobuslarının hərəkət xətləri dəyişdiriləcək: “İndi şəhərin bir istiqamətindən digərinə getmək üçün sərnişinlər avtobusları dəyişdirməli olurlar. Bu sahədə aparılan islahatlardan sonra buna ehtiyac qalmayacaq. Hazırda yeniliklər həyata keçiriləcək avtobus və dayanacaqlar müəyyənləşdirilir”.