Elxan Usubovun "armatur əməliyyatı" sahibkarları çıxılmaz vəziyyətdə qoyub - Şəkidə məmur özbaşınalığının son həddi
Tarix: 31-01-2015, 11:53 | Çap et
İrihəcmli istehsal gücünə malik sənaye müəssisələrinin yaradılması, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsi kiçik və orta sahibkarlığın güclənməsi üçün başlıca amildir. Son illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 1 milyard 200 milyon manat güzəştli kredit verilib. ÜDM-də 83 faiz payı olan sahibkarlığın inkişafı, bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycan üçün bu göstərici düşünülmüş siyasətin uğurlu, məntiqi nəticəsidir. Ötən il 2419 sahibkarlıq subyektinə biznes fəaliyyətini yaxşılaşdırmaq üçün 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun 128 manatı iş adamları tərəfindən qaytarılmış vəsait hesabına olub. Bir sözlə, dövlət tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə yüksək diqqət və qayğı göstərilir. Buna baxmayaraq, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri sahibkarların fəaliyyətinə müdaxilə etməkdən çəkinmirlər. Xatırladaq ki, ölkə prezidenti 2013-cü ilin fevral müşavirəsində bu məsələyə toxunaraq bildirmişdi ki, sahibkarlığın inkişafı dövlət siyasətidir: "İcra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir. O, dövlət siyasətindən kənarda heç bir iş apara bilməz. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq. Onlardan qanunsuzluq tələb edən şəxslər öz cəzasını alacaq. Onlara yalnız kömək etmək lazımdır ki, öz işlərini səmərəli şəkildə qura bilsinlər.
Bilirəm ki, onlar bəzən yerlərdə öz təşəbbüsləri ilə məktəblər, bağçalar tikirlər. Amma bütün bu işlər könüllü şəkildə öz həllini tapmalıdır. İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da var. Onlara abadlıq işləri gördürüb, sonra pullarını vermirlər. Hər bir rayonun öz büdcəsi var, həm də mütəmadi qaydada Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Həmin vəsaitlərlə iş görmək lazımdır. Sahibkarlar bu işlərə könüllü dəstək verə bilərlər, amma bəzi hallarda onları məcbur edirlər, böyük xərclər çəkirlər, sonra pullarını vermirlər, belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edirlər. Mənə bütün məlumatlar çatır". Prezidentin bu xəbərdarlığından sonra icra başçılarının bir çoxu fəaliyyətlərindəki nöqsanları aradan qaldırdılar. Ancaq bəzi məmurlar hələ də sahibkarların fəaliyyətinə müxtəlif formada əngəl yaradırlar. Redaksiyamıza daxil olan məlumatlara görə, Şəki şəhərində də sahibkarlığın inkişafı istənilən səviyyədə deyil. Buna səbəb icra başçısı Elxan Usubovun yerli iş adamlarından yerli-yersiz tələbləridir: "Hazırda rayonda uşaq bağçası tikilir. Bağçanın tikintisi üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılıb. Başçı isə uşaq bağçasını sahibkarların hesabına tikib başa çatdırmağı planlaşdırır. Bu məqsədlə rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə tikintiyə 20 ton Ukrayna istehsalı olan armaturla kömək etmələri tapşırılıb. Rayon rəhbərinin tapşırığını iş adamlarına Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı çatdırıb. Sahibkarlar başçının bu tələbini etirazla qarşılayıb. Həmin sahibkarlardan biri də Abdullayeva Rəna Qədir qızıdır. Baş memar xanım sahibkardan uşaq bağçasının tikintisi məqsədilə armatur tələb edib. Əks halda onun nə qədər obyekti varsa, hamısının söküləcəyini bildirib. Rəna Abdullayeva Şəkinin Sarabski küçəsində, qəbristanlığın şərq hissəsində obyekt tikdirirdi. Plana əsasən bura dükan olmalı idi. Lakin bir həftə əvvəl icra başçısı Elxan Usubovun göstərişi ilə həmin obyekt yerlə-yeksan edildi. Halbuki, tikinti tam qanuni şəkildə aparılırdı və torpağın bütün sənədləri qaydasında idi. Obyektin əsl sahibi isə İsmayılov Nadir Cumay oğludur". Etibarlı mənbənin bildirdiyinə görə, tikilinin sökülməsi barədə məhkəmə qərar çıxarıb: "Çox maraqlıdır ki, məhkəmə Nadir İsmayılovun iştirakı olmadan keçirilib. Obyektin sahəsi 51.6 kvadratmetr olub. Məhkəmə icraçıları isə 76 kvadratmetr sahəni söküblər. Bu hadisədən bir gün əvvəl Elxan Usubov Ədliyyə Nazirliyinin Şəki icra şöbəsinin işçilərini öz otağına yığaraq onlara bildirib ki, hansı sahibkar bağça tikintisinə 20 ton armatur almaq istəmirsə, onun obyektini sökün başqalarına da görk olsun. Başçı icra şöbəsinin rəisi Məzahir müəllimə deyib ki, əgər tapşırığı yerinə yetirməsə, ona ciddi problem yaradacaq. Bu söhbətin ertəsi günü Məzahir müəllim, o cümlədən 30-a yaxın işçisi Rəna Abdullayevanın obyektinə buldozer yeridərək darmadağın ediblər. Məhkəmənin qərarında 51.6 kvadratmetr sahənin sökülməli olduğu qeyd edilib. Amma Məzahir müəllim "Elxan müəllimin tapşırığı var, 76 kvadratmetr ərazini sökməliyəm" deyərək qanunsuzluğa imza atıb. Onu da deyim ki, Məzahir müəllim rus dilini bilməyə-bilməyə Dərbənddə universitet bitirib. O rus dili ilə yanaşı, müvafiq qanunları da yaxşı bilmir. İcra şöbəsinin icraatında 68 sökülməyi gözləyən obyekt var. Buna baxmayaraq, icra şöbəsinin rəisi yalnız Rəna xanımın obyektini uçurtdu. Səbəbi məlumdur. Çünki mağazanın sahibləri ona rüşvət verməyəcəklərini bildiriblər. Şəkidə son vaxtlar qeyri-qanuni tikinti işləri, "yaşıl soyqırım" geniş vüsət alıb. Bildiyiniz kimi, Şəkinin xan çinarları "Qırmızı kitab"a düşüb. Bu ağacları kəsmək qəti surətdə qadağan edilib. Lakin 20 ton armatur verən sahibkarlar xan çinarlarını, eləcə də digər yaşıllıqları məhv edib yerində obyekt tikə bilər. Bu tikililər şəhərin müxtəlif yerlərində aparılır. Şəkillərdən göründüyü kimi, ağac tikilməkdə olan obyektin içərisində qalıb. Obyekt tikilib başa çatan kimi yəqin ki, ağacı kəsib ordan çıxaracaqlar. Şəkidə "Pişkambinat" deyilən ərazidə 350-nin 50-yə tikinti aparılır. Həmin işləri aparan şəxsə artıq-əskik bir kəlmə də olsun deyən yoxdur. Ona görə ki, tikinti işlərini aparan şəxs Şəki İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Nizami İsmayılovun yaxın adamıdır. Nizami İsmayılov Elxan Usubovdan sonra rayonun ikinci icra başçısı hesab edilir. O əvvəllər dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub. Onun yaxın adamı heç bir maneə ilə üzləşmədən tikinti işləri aparır. Görünür, həmin iş adamı armaturları başçının dediyi yerə çatdırıb. Görəsən, Elxan Usubov və Nizami İsmayılov Şəki İcra Hakimiyyətinin yaxınlığındakı məscidin qabağında çayın ortasında tikilən ərzaq dükanını görmür? Hazırda Bəxtiyar Vahabzadənin adını daşıyan parkda qeyri-qanuni tikinti işləri həyata keçirilir. Bəs "Çələbi xan" restoranı niyə sökülmür? Çünki restoranın sahiblərinin arxasında Nizami İsmayılov dayanıb. Elxan Usubov "Koroğlu" şadlıq sarayının rəhbərliyini də bağça tikintisinə cəlb etmək istəyirdi. Amma iş adamı buna etiraz etdi. Bundan dərhal sonra onun şadlıq sarayının fəaliyyətinə son qoyuldu. Artıq 4 aydır ki, şadlıq sarayı işləmir. Başçının sözündən çıxan, daha doğrusu, onun qanunsuz tələblərini yerinə yetirməkdən imtina edən sahibkarlar bu formada incidilir. Qeyri-qanuni şəkildə bağlanan obyektlərin sırasına Hacının "drabilkası"nı da daxil etmək olar. Bu obyektlərin əvəzində isə icra başçısının "Sünbül" çörəkbişirmə sexi, "drabilka"sı fəaliyyətə başlayıb. Yerli iş adamları Elxan Usubovun, eləcə də onun sağ əli kimi tanınan Nizami İsmayılovun və digər məmurların özbaşına əməllərindən boğaza yığılıblar. Bir məsələni də xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm. Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Əhmədiyə Bəşirov tarix fakültəsini bitirib. Görəsən, on minlərlə əhalisi olan rayonda hüquq təhsili olan bir nəfər tapılmadı ki, hüquq şöbəsinə müdir təyin edilsin? Əhmədiyə Bəşirov şöbə müdiri keçəndən sonra maliyyə imkanlarını xeyli genişləndirib. Məsələn, o həyat yoldaşının adına Şəkidə 18 sot torpağın içərisində dəbdəbəli villa alıb. Şöbə müdiri aylıq maaşla heç vaxt bu şəraiti qura bilməzdi. Deməli, onun fəaliyyətində hansısa qaranlıq məqamlar var". Qeyd olunan fikirlərlə bağlı adıçəkilən şəxslərin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. \\ GünBakı \\
(Ardı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|