Misir Mərdanovun qoruya bilmədiyi rektor üçün növbəti təhlükə anonsu - Elşad Abdullayevin ən yaxın "silahdaşı" olub...
Tarix: 19-12-2014, 12:31 | Çap et
Məlum olduğu kimi, Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə bu ilin iyul ayının 7-də qərar qəbul edib. Təhsil Nazirliyindən verilən məlumata görə, özəl ali təhsil müəssisəsi olan Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) fəaliyyətinə verilmiş 5 illik lisenziyanın müddəti 2013-cü ilin sonunda başa çatıb.
Lisenziyanın müddətinin uzadılması ilə bağlı universitet tərəfindən təqdim edilmiş sənədlər diqqətlə araşdırılıb, habelə Təhsil Nazirliyinin əmri ilə yaradılmış ekspert qrupu ali məktəbin fəaliyyəti ilə yerində tanış olub. Aparılmış araşdırma nəticəsində AİSU-da tədris prosesinin formal xarakter daşıdığı, elmi-pedaqoji heyətin pozuntularla komplektləşdirildiyi və kafedraların mövcud qaydalara zidd təşkil olunduğu müəyyən edilib. Universitetin maddi-texniki bazasının yerində yoxlanılması göstərib ki, ayrı-ayrı şəxslərdən icarəyə götürülmüş mənzillərdə yerləşən bu ali təhsil müəssisəsində yaradılmış şərait Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin minimal tələblərinə uyğun gəlmir. Qeyd olunan nöqsan və çatışmazlıqların bu ali təhsil müəssisəsində tədris prosesinin davam etdirilməsinin qeyri-mümkün etdiyini nəzərə alaraq, Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın qüvvədə olma müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edib. Universitetdə təhsil alan tələbələr isə digər ali məktəblərə yerləşdiriliblər. Deyilənə görə, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev təhsil ocağının lisenziyasının uzaldılması üçün nə qədər cəhd göstərsə də, heç bir nəticə verməyib. Çünki həqiqətən də, sözügedən universitetdə təhsil formal xarakter daşıyırdı. Dəfələrlə bu universitetdən reportaj hazırlamış bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan İctimai-Siyasi Universitetində təhsil sistemi heç kollec səviyyəsində belə təşkil olunmamışdı. Bir neçə mənzildə yerləşən universitetə universitet demək də düzgün deyildi. Sadəcə, keçmiş rektorun sabiq nazir Misir Mərdanovla yaxın münasibətlərə malik olması AİSU-nun fəaliyyət göstərməsinə zəmin yaradırdı. Rasim Nəbiyev, o cümlədən onun təhsil ocağında müxtəlif vəzifələri tutan yaxın qohumları açıq-aşkar qanunsuz işlərlə məşğul idilər. Təhsil naziri Mikayıl Cabbarov mövcud nöqsanları nəzərə alaraq universitetin lisenziyasını uzatmadı, düz də etdi. Nazirin bu qərarını alqışlayırıq. Amma bu gün Rasim Nəbiyevin cəzasız qalması, daha dəqiq desək, onun universitetə rəhbərlik etdiyi illərdəki fəaliyyətinin araşdırılmaması bizdə təəssüf hissi yaradır. Açığı çoxları onun həbs ediləcəyini gözləyirdi, lakin hələlik bu baş verməyib. Biz tam əminliklə deyə bilərik ki, Azərbaycan İctimai-Siyasi Universiteti fəaliyyət göstərdiyi illərdə təhsil müəssisəsinə testdənkənar yollarla tələbə qəbulu aparılıb. Həmçinin bəzi tələbələr adıçəkilən universitetdən digər ali məktəblərə keçmək üçün "tramplin" kimi istifadə ediblər. Bu faktlar araşdırılsa, bütün həqiqətlər üzə çıxar. Hələ biz tələbələrdən illik təhsil haqqının hansı formada yığılmasından və imtahanların nəyin qarşılığında verilməsindən danışmırıq. Bu başqa yazının mövzusudur. Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları Rasim Nəbiyevin vaxtilə həyata keçirdiyi özbaşına əməlləri araşdırmalıdır. Yadımdadır bir vaxtlar, Azərbaycan Beynəlxalq Universitetində də bu cür qanunsuzluq yaşanmış, təhsilin formal xarakter daşıdığı, o cümlədən qanunsuz tələbə qəbulu aparılması barədə faktlar üzə çıxmışdı. Həmin ssenari Azərbaycan İctimai-Siyasi Universitetinin simasında yenidən təkrarlandı. Fikrimizcə, Təhsil Nazirliyinin yetkili əməkdaşları universitetdə aşkar etdikləri neqativ halları toplayıb istintaq orqanlarına təqdim etməlidir. Ona görə ki, Rasim Nəbiyevin adı vaxtilə çox dəhşətli məsələlərdə hallandırılıb. Və ən əsası o ABU-nun sabiq rektoru Elşad Abdullayevin əməllərini təkrarlayıb. Hansı ki, həmin məsələlər araşdırılsa, sabiq rektor ağır həbs cəzasına məhkum edilməlidir. Keçmiş rektor uzun müddət ölkəmizin ali təhsil sistemini bərbad hala salıb, savadlı kadrların yetişməsinə imkan verməyib. Məhz buna görə onun keçmişdəki fəaliyyəti dərindən araşdırılmalı və Rasim Nəbiyevin barəsində konkret cəza tədbirləri görülməlidir. Həmçinin onu da qeyd edək ki, törətdiyi bir sıra qanundankənar işlərin qarşılığında cəzasız qalan Rasim Nəbiyev biznesini genişləndirməklə məşğuldur. Bizə çatan məlumatlara görə, sabiq nazir Misir Mərdanovla dost olan Rasim Nəbiyev "Bakıxanov" çörək zavodunun, "Səhram" marketlər şəbəkəsinin və paytaxt ərazisindəki bir neçə ticarət obyektinin sahibidir. Onun Sabunçu rayonu Anaşkin küçəsində iki böyük imarətinin olması da yayılan məlumatlar arasındadır. Növbəti saylarımızda Rasim Nəbiyevin kimin vasitəsilə müxalifətə yardımlar etməsi barədə şok faktları açıqlayacağıq. Bizi izləyin. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|