19 saylı Uşaq Poliklinikası ÖZBAŞINA QALIB? - İTTİHAM VAR...
Tarix: 23-09-2024, 10:22 |
Çap et
"19 saylı Uşaq Poliklinikasında qanunsuzluqların sayı günü-gündən artır. Bu isə nəzarətsizliklə bağlıdır". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Poliklinikanın baş həkimi Aidə Bayramovanın sayəsində illərdir özbaşınalıq hökm sürür. Aidə Bayramova təxminən 2000-ci ildən baş həkim işləyir. O, dövlət tərəfindən ayrılan inventarları mənimsəyib, saxta əlilliklərin düzəldilməsini təşkil edib, xəstələrə ayrılan dərmanları mənimsəyir, əlavə iş saatı yazıb pulunu özü alır, poliklinikada xeyli sayda adamın adı işçi kimi qeyd olunub, lakin həmin işçilər işə çıxmayaraq maaş alırdılar. Ancaq müvafiq yoxlamalardan sonra bu işi “səliqə-səhmana” salıb”.
Görünəni odur ki, TƏBİB-in heç nədən xəbəri yoxdur. Bütün bunlara etiraz edən həkimləri işdən azad etməklə hədələyir. TƏBİB-ə müraciət etdikdə deyilir ki, bizə anonim müraciət etməyin, anonim məktubu onsuz da qeydə almırıq..."
Qeyd edək ki, müraciətdə əlavə ittihamlar da var ki, əslində bu da daha çox TƏBİB üçün araşdırma mövzusu ola bilər... Əgər istəsələr...