Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                     Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                 

Naxçıvanda seçki qiyamının İLGİNC TƏFƏRRÜATLARI... - MSK sədri niyə istefa ərizəsi yazıb?
Tarix: 26-07-2024, 08:35 | Çap et
Naxçıvanda seçki qiyamının İLGİNC TƏFƏRRÜATLARI...
Dünən Naxçıvan MR MSK-nın sədri Əjdər Əliyevin istefa verdiyi bildirilir.

İddialara görə, MSK sədrinin bu istefa qərarından sonra gözlər onun müavini axtarıb. Müavin isə yağlı əppək olub ərşə çəkilib. Bütün axtarışlara baxmayaraq, onu gördüm deyən olmayıb.

Ovqat.com-un əldə etdiyi məlumarlara əsasən, Naxçıvan MSK sədrinin istefa verməsinin çox dərin səbəbləri var.

Bildirilir ki, o, Vasif Talıbov hakimiyyətinin son illərində - 2020-ci ildə bu vəzifəyə təyin olunub. MSK sədri olduğu 4 il ərzində Naxçıvan Ali Məclisinə seçkilər keçirilmədiyi üçün ümumiyyətlə bu insanın seçki prosesində iştirak etməyib. Məhz bu keyfiyyətinə görə dünya demokratiya tarixinə seçki keçirməyən ilk MSK sədri kimi düşüb.

Deyilənlərə inansaq, MSK sədrliyindən imtina etməsinin əsas səbəblərindən biri də budur. İşə girəndə “necə olsa, “xan” həzrətləri var və məni darda qoymaz” ümidləri ilə bu ağır missiyanı öz boynuna götürən Əjdər Əliyev az-çox seçki prosesindən başı çıxanları da ya işdən uzaqlaşdırıb, ya da aşağı vəzifəyə təyin edib.. “Xan” əyyamından sonra incik salınanların heç biri indi seçki prosesinə əl batırmaq istəmir. Bildirilir ki, Əjdər Əliyev dəfələrlə bu xahişlə köhnə işçilərindən birinin hüzurlarına gedib, o isə Naxçıvanın seçki “Allah”ına mədəni şəkildə qapının ardını göstərib. Əjdər Əliyev bu xoşməramlı manevrləri işə yaramayınca təhdid üsuluna keçib. Təhdidləri də yaralı barmağa məlhəm olmayıb.

Digər tərəfdən, Əjdər Əliyevin icra başçıları ilə əlaqələri o qədər yaxşı deyil. Vasif Talıbovun dövründə rayon icra başçılarının qohumları MSK-larda təmsil olunurdu. İcra başçıları da məhz bu səbəbdən seçki saxtakarlığında məmnuniyyətlə iştirak edirdilər. İndi onların demək olar ki, hamısı işdən çıxarılıb, yerlərinə yeniləri gətirilib. Əjdər Əliyev isə yenilərin saqqızını oğurlaya bilməyib.

Əslində Vasif Talıbovdan sonra MSK-nın dadı-duzu da qalmayıb. Həm “xan” həzrətlərinin köhnə komandasının, həm də “canişin” əfəndinin deputat yerlərinə öz namizədləri var. Əjdər müəllim də məcburən köhnə himayədarı ilə təzə hamisi arasında seçim etməlidir. “Xan” həzrətləri və onun oğlu Seymurla Əjdəri möhkəm tellər bağladığından digər “xan” məddahlarından fərqli olaraq, “qəhrəmanımız” öz aləmində simasını daha artıq itirmək istəmir.

Amma sanmayın ki, Əjdər müəllim mənəvi cəhətdən çox yüksək səviyyələrdə olduğundan bu xətir-hörməti qoruyur. Bundan əvvəlki iş fəaliyyəti göstərir ki, o, yeri gələndə əzazil olmağı da bacarır. İnanmırsınız? Onda gəlin, bu gün mənəvi damarı böyüyən Əjdər Əliyevin keçmişinə ötəri bir nəzər salaq.

O, 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında oxuyub. Həmin illərdə, xüsusilə 4-cu kursda dərslərə girməyib, ona-buna apellyasiya və kassasiya şikayətləri yazmaqla güzaranın keçirib. Hətta Bakıda AR Ali Məhkəməsində nümayəndə kimi (o vaxtlar nümayəndə olmaq uçün yaxın qohum olmaq və ya vəkil olmaq tələbi yox idi) sıravi vətəndaşları təmsil etməklə məşğul olub.

2012-2014-cü illərdə Naxçıvan MR Ali Məhkəməsində Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin məsləhətçisi, 2014-dən sonra həmin şöbənin müdiri olub. Bu müddət ərzində ümid yeri bilib məhkəmələrdən şikayətlərə gələn vətəndaşları sədrin qəbuluna salmayıb, rayon və şəhər məhkəmələrindən şikayət edən vətəndaşların dərdini gizlədib. Onun bu keyfiyyəti “xan” həzrətlərinin hüquq adamlarının elə çox xoşuna gəlib ki, qəhrəmanımızı Ali Məhkəmədə Aparatın rəhbəri vəzifəsinə yüksəldiblər.

Naxçıvan Ali Məhkəməsinin işçiləri məhz bu təyinatdan sonra indiki seçki “Allah”ının əsl simasını görüblər. İddialara görə, Aparat rəhbəri kimi onun ilk işi attestasiya imtahanı keçirmək olub. Keçirilən attestasiya imtahanlarından heç bir aparat işçisi keçə bilməyib. Bunu bəhanə edən Əjdər Əliyevin imtahanı Azərbaycansayağı kompensasiya etdirib.

Onun əzazillliyinə digər bir nümunə hakimləri “xan” dövrünün ən çətin işgəncələrindən sayılan iməcliklə imtahana çəkməsidir. İddialara görə, Əjdər Əliyev Naxçıvan Ali Məhkəməsinin köməkçisi Fərruxla əlbir olub işçilərini ən çətin iməcliklərdən sayılan su iməcliyinə çıxarırmış. Özü də digər sektorlardan fərqli olaraq, Məhkəmə işçiləri yalnız həftənin şənbə günü yox, hər gün səhərdən axşama iməcliyə çıxırmış.

Ali Məhkəmə işçilərinin canı o zaman bu işgəncələrdən qismən xilas olub ki, Əjdər müəllim daha yağlı yer olduğunu düşündüyündən MSK-nın sədri vəzifəsinə göz dikib və istədiyinə nail olub. Beləcə, o, MSK-ya sədr, Məhkəmə işçiləri isə çoxdan darıxdıqları kabinetlərinə gedə biliblər.

Vasif Talıbov işdən uzaqlaşdırıldıqdan sonra MSK-nın o qədər də keyfiyyətli yer olmadığını anlayıb. Çünki deputatlardan (Naxçıvan Ali Məclisinə deputat seçilməyin qiymətinin 25 min manat olduğu bildirilir) pul yığmaq artıq onun işi olmadığı diqqətinə çatdırılıb. O da yenidən Ali Məhkəməyə qayıtmaq fikrinə düşüb.

İddialara görə, bu yaxınlarda Naxçıvanda keçirilən məşhur toylardan birində dostlarının köməkliyi ilə Naxçıvan Ali Məhkəməsinin yetkilərindən biri ilə görüşmək şansı yaxalayıb. Amma ondan da qaneedici cavab ala bilməyib. Məcburən toyda aldığı nəfəsini Naxçıvan Ali Məclisində buraxıb. Ali Məclisdə “canişin”in məxfi işlərinə baxan kadrlarından biri ilə görüşüb. Məxfi kadr ona hələlik deputat olmağı məsləhət görüb və “sonrasına baxarıq”, - deyə yağlı vədlər verib.

Köhnə ilə yenilər arasında qalmaq məsuliyyətindən azad olmağı planlaşdıran Əjdər müəllim bu təklifi göydəndüşmə hesab edib və dərhal istefa ərizəsi yazıb.

Di gəl ki, onun bu arzusu da daşa dəymişə bənzəyir. Zira Naxçıvanda müftə saxtakarlıqla məşğul olmaq istəyən könüllü tapmaq müşkülə dönüb. Hətta Əjdər müəllimin müavini də telefonunu bağlayıb, sürpriz zənglərə cavab vermir. Belə görünür ki, Əjdər müəllimin bu “çoxbilmişliyi” Naxçıvanda seçkiləri boykot etmək iki qiymətləndirilə bilər. Bu isə Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə görə, ən ağır dövləti cinayət kimi tövsif oluna bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru