Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                 

Ağstafada təhsil adına BAZAR... - BU NƏDİ BELƏ?!
Tarix: 20-05-2024, 08:52 | Çap et
Ağstafada təhsil adına BAZAR...
“Dəryaz” qəzeti redaksiyasına Ağstafa rayon Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbində korrupsiya və direktor özbaşınalığının baş alıb getdiyi barədə məlumatlar daxil olub. Qəzetin elektron poçtuna göndərilən video-görüntülər və səs yazılarından bəlli olur ki, təhsil müəssisəsinin rəhbəri Tamella Bayramova kollektivə sözün həqiqi mənasında qan uddurur.

Müəllimlər gileylənirlər ki, T.Bayamova həm müəllimlərdən, həm də texniki işçilərdən hər vəchlə rüşvət qoparmaq üçün istədiyi yola əl atır. Direktor özbaşınalığı o həddə çatıb ki, müəllimləri ən adi qüsur üstündə, çox vaxt da əsası olmayan arqumentlərlə şagirdlərin gözü qarşısındaca təhqir edir, onlara ağzına gələni deyir. Onun kobud rəftarı bir çox müəllimi xəstə salıb. Məlumatda qeyd olunur ki, son vaxtlar direktorun əsəbləşdirdiyi 3 müəllimin üstünə təcili tibbi yardım maşını çağırılıb. Hətta direktor müavini, şəhid Milli Qəhrəman İlham Həsənovun bacısı Aygün Həsənovanın direktorun təhqirinə məruz qalandan sonra ürəyi sıxılıb, dili qatlanıb.

Aygün müəllimənin həyatının həmin həyəcanları dəqiqələrinin qeydə alındığı görüntülər də redaksiyaya təqdim olunub. İnsident ondan başlayıb ki, bir neçə şagird sinif otağının pəncərəsini açaraq dərsdən qaçıbmış. Direktor buna görə haqsız yerə acığını müavinin üstünə töküb. Eynən onun kimi Rəna adlı başqa bir müəllimə də direktorun yersiz hücumundan şok yaşayıb, təcili yardıma ehtiyaclı duruma düşüb.

T.Bayramovanın məktəbdə tətbiq etdiyi despotik idarə üsulunun çox əcaib cəhətləri vardır. Təqdim olunan görüntülərdən bəlli olur ki, səhər dərsə bir neçə dəqiqə gecikən şagirdlər məktəbə buraxılmır, soyuqda-sazaqda qapı ağzında qalıb titrəyirlər. Bununla belə, direktor şagirdlərin dərsə davamiyyətinin aşağılığına görə fənn müəllimlərini tənbeh edir, “sən dərs keçmirsən, ona görə dərsinə uşaq gəlmir” deyir.

Halbuki, bəzi dərslər, hətta riyaziyyat kimi vacib fənn belə onları tədris edən fənn müəllimlərinin direktorla anlaşıb məktəbə gəlmədiklərinə görə boş keçir, uşaqlar ya sinif otaqlarında başlı-başına qalır, ya da psixoloq və ya başqa qeyri-profilli müəllimlər ixtisası düz gəlməyən dərsləri “keçirlər”. Ən əsas narazılıq da elə dərs saatlarının, xüsusilə də əvəzçilik üzrə saatların ədalətsiz bölgüsündən, direktorun həmin saatların haqqının ödənişinə yarıbayarı şərik çıxmasındandır.



Dərs vəsaitləri və ləvazimatları ilə təchizat məsələsi də problemdir. Belə ki, dövlətin ayırdığı vəsaitdən müəllim və şagirdlər faydalana bilmirlər. Adicə A4 formatlı kağız, marker tapılmır. Summativ vərəqləri verilmədiyindən, müəllimlər bundan ötrü valideynlərdən kömək istəmək məcburiyyətində qalırlar. Təxmin edilir ki, direktor ayrılan vəsaitləri məktəbə çatmadan “xırıd eləyir”, mağazalara verib satdırır, pulunu mənimsəyir. Özünün sinif rəhbəri olduğu şagirdlərin hərəsindən 8 manat yığıb şəxsi printer alıb. 40 müəllimin hərəsindən 20 manat yığaraq məktəbə aldığı səsgücləndirici qurğu da məktəbin işinə yaramır. Kabinetindən idarə etdiyi həmin qurğudan indiyədək bircə nəfər şagirdin oxuduğu şeir, nəğmə eşidilməyib. Hərçənd, direktorun kefi duranda öz mobil telefonundan qurğuya qoşub əlaqələndirdiyi, şəxsi zövqünə uyğun əcaib musiqi səsi ətrafa yayılaraq hamıya başağrı verir.



Dinlədiyimiz səs yazılarında müəllimlər bir-birinə şikayətlənirlər ki, T.Bayramova xeyir-şər üçün icazəni də onlara pulla satır, hətta əzizi ölənə də güzəştə getmir. Pul tələbini ödəməyən xidmətçi personal üzvlərini bir yolla şərləyib işdən çıaxarır, sosial durumu ağır, ailə vəziyyəti acınacaqlı olanları, azyaşlı uşağı olan başsız qadınları belə qətiyyən nəzərə almır.

Məlumatlarda qeyd olunur ki, T.Bayramova rəhbərlik etdiyi 3 ildən artıq müddət ərzində kollektivin monolit birliyini pozub, hədələdiyi müəllimlərə deyir ki, “sizin aranızdan 7-8 nəfər mənə işləyən, xəbər daşıyan həmkarınız var, nə edirsiniz, nə danışırsınız, hamısını mənə çatdırılar”. Gərginlik, despotizm o həddə çatıb ki, müəllimlərdən kimsə T.Bayramovanın ərşə çıxmış zülmünə qarşı etiraz edəndə ertəsi gün məktəbə gəldiyində həmkarları həmin şəxsə salam verməyə, kəlmə kəsməyə çəkinirlər ki, xəbərçilər bunun üstünə beşini də qoyub direktora çatdırarlar.

Bildirildiyinə görə, T.Bayramova hamını vaxtilə ali təhsil müəssisələri sırasında aşağı reputasiyaya malik olmuş San-Marino Universitetinin nəzdindəki kolleci bitirmiş, hazırda Bakıda “hüquq xidməti” göstərən qardaşı Şamil Bayramovla hədələyir.

O da bildirilir ki, T.Bayramova 8 mart – Qadınlar Günündə 40 müəllimdən hərəyə 50 manat, 5 oktyabr – Müəllimlər Günündə isə hərədən 100 manat pul yığıb. Təkcə elə bu iki tədbirdən 6000 manat mənimsəyib. Ən rüsvayçı faktlar isə ötən ilin fevralında qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım adı ilə toplanan 500 manatdan çox pulu və natura halında ərzaq yardımını təyinatı üzrə vaxtında çatdırmayıb sonradan mənimsəməsidir. Bir şəhid ailəsinə kömək üçün yığılan 5 manatların da aqibəti bəlli omayıb. Çünki şəhid ailəsi həmin ianəni qəbul etməkdən imtina edib, lakin direktor yığdığı pulu geri qaytarmayıb.

Redaksiyaya daxil olan məlumatları dəqiqləşdirmək üçün Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevıə, müavini Nizaməddin Babanlıya, Ağstafa Təhsil sektorunun müdiri Mədəd Zeynalova etdiyimiz müraciətlər də cavabsız qaldı.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru