Təzə də bəhanə tapılıb: evlər qəzalıymış... - ÖZBAŞINALIQ!
Tarix: 20-02-2024, 08:25 | Çap et
Paytaxtın Yasamal rayonunun “Kubinka” kimi tanınan ərazisində bir ildən çoxdur ciddi söküntü işləri aparılır. Söküntü işləri başa çatandan sonra burada çox mərtəbəli yaşayış binaları tikiləcək. Bundan başqa, ərazidə məktəb, park və stadion salınması da planlaşdırılır. Prosesdə bir neçə şirkətin adı hallanır. İşlər heç də qaydasında getmir. Sakinlər çox pis şərtlərlə üz-üzə qaldıqlarını deyirlər. dia-az.life xəbər verir ki, Əlibaba Abdullayev küçəsində evləri hasara alıblar. Söküntünü “RR Construction” şirkəti həyata keçirir. Sökülən evlərin yerində “İmperial Rezidence” salınacaq. Sakinlər şərtlərlə razı deyil. Evlərini tərk etməyənlər söküntü işlərini aparanların yaşayış yerlərini bilərəkdən zədələdiyini dilə gətirir.
Sakinlərdən Sevinc Rəhimova deyir ki, işıq tez-tez kəsilir, qaz boruları sıradan çıxarılıb. Arif Əliyev söküntü həyata keçirən şirkətin ərazidə qəzalı evlərin çox olmasını bəhanə gətirdiyini bildirir: “Qəzalı ev varsa da, çox azdır. Həmin evlərin sakinləri hamıdan əvvəl gediblər. Amma qalan evləri belə zədələmək olmaz axı”.
Təzəgül Həsənovanın yaşadığı evi məhz söküntü aparanlar zədələyiblər. Damda yaranan boşluqdan səmanı görmək olur.
“RR Construction”un şərtləri belədir ki, sakinlər evlərini tərk etsin, kirayə mənzillərdə yerləşsinlər. Bina hazır olandan sonra yeni mənzillərə köçə bilərlər. Sakinlər şirkətin vədlərinə inanmır. Deyirlər ki, şirkətin əməkdaşlarından biri rəhbərliyin vədlərinə inanmamağı tövsiyə edib. Buna görə də ümumi etimadsızlıq yaranıb. Sakinlər hesab edir ki, evlərini tərk edib kirayəyə üz tutmaq böyük riskdir. Yəni sonradan yeni mənzillərə qovuşmaya bilərlər.
“RR Construction”un rəhbəri Rafael Abdullayev deyir ki, sakinlərə bazar qiymətinə uyğun təklif verilib. Söhbət hər kvadratmetrə 2 min manat təklif olunmasından gedir. Rafael Abdullayev iddia edir ki, heç kimin evi zədələnməyib.
Əlibəy Hüseynzadə küçəsində də bənzər situasiyadır. Söküntü işləri səliqəsiz aparılır. Evlərini tərk etməyənlər bundan zərər görür. Təklif olunan məbləğ çox aşağıdır. Söküntü işləri aparan şirkət evin hər kvadratmetrinə görə 1900 manat verə biləcəyini deyir.
“Kubinka” ərazisi şəhərin mərkəz yerlərindən sayılır. Şirkətlər sakinlərə qəpik-quruş təklif edir. “Kubinka”nın Qış parkına uzanan küçələrində yeni binalar salınıb, təmirsiz mənzillərin kvadratmetri 2700 manatdan aşağı satılmır. İnsanlar illərlə şəhərin mərkəzində yaşayıblar. İndi onları isti ocaqlarından çıxarıb qeyri-müəyyən vəziyyətə salırlar.
Kvadratmetrə görə ödənilən 1900-2000 manata harada mənzil almaq olar? Hansı bazar qiymətindən söhbət gedir? İnsanların mülkiyyət hüququna bu qədər hörmətsizlik etmək olmaz.
Təzə bəhanə də tapılıb: evlər qəzalıymış. Sakinlərin evlərini dəyərsiz etmək cəhdindən başqa bir şey deyil.
Birincisi, insanları narazı salmadan, evlərini zədələmədən köçürmək lazımdır. İkincisi, həm də ən vacibi onları maddi müstəvidə razı salmaqdır. Təkliflər çox aşağıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
• Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40 |
|
|
|
• Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33 |
|
|
|
• Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31 |
|
|
|
• “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29 |
|
|
|
• "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28 |
|
|
|
• Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20 |
|
|
|
• Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18 |
|
|
|
• MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16 |
|
|
|
• Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09 |
|
|
|
• "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55 |
|
|
|
• Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47 |
|
|
|
• Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40 |
|
|
|
• De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31 |
|
|
|
• Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16 |
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
|