Məcnun müəllim, bizdən daha MƏHSUL GÖZLƏMƏYİN... - fermerlər DAD DEYİR...
Tarix: 26-08-2023, 08:59 | Çap et
“Yaz fəslindən su qıtlığı hiss olunurdu. Elə ki, yay fəsli başladı, vəziyyət daha da çətinləşdi. Kəndlərin içərisindəki arxlarda iyul – avqust aylarında nadir vaxt su tapmaq olur. Bir gün su gəlir az da olsa, 2-3 həftəni gözləməli oluruq. Susuzluq bu yay çox özünü göstərdi”.
“Su tapmıram ki, istixanaları suvarım”
Göyçaylı kəndlilər su üzünə həsrətdir. Söhbət suvarma suyundan gedir. Bir hektar bağı, əkini susuz qalan Gündüz İsayevi də narahat edən budur.
Deyir ki, rayonun 55 kəndinin əksəriyyəti yayda suvarma suyu axtarışında olur ki, bu da çox vaxt kəndlilərin əziyyətinin hədər getməsi ilə nəticələnir. Daha çox rayondan 25-30 kilometr uzaq məsafədə yerləşən kəndlərin sakinləri problemi ciddi şəkildə yaşayır. Nə həyətyanı əkin, nə pay torpaqlarını suvarmağa su tapan kəndlilər bu il çəkdikləri əziyyətin hədər getdiyini deyirlər.
Ən çox əziyyəti istixanaları olan kəndlilər çəkir. 100 hektar pay torpaq sahəsi və mindən çox istixanası olan Mırtı -Alıkənd sakinləri suyun ərşə çəkildiyini deyir. Onlar nəinki əkinə, heyvana belə içməli su tapmırlar.
“60 sot həyətyanı sahəm var. Dörd istixanada payızlıq xiyar və pomidor əkdim. İki aydır becərilən şitillər, gah ölür, gah dirilir. Su tapmıram ki, istixanaları suvarım. Mindən çox şitilim qızmar günəşdən yandı, xəstəlik tapdı. Payızda məhsul çox az olacaq. Məcbur olub uzaq məsafədə olan, Qobu deyilən axar lilli sudan su çəkdirmişəm, onun da suyu azalıb. Arxın içində dərin hovuz qazmışam, günlərlə oraya damla – damla tökülən su yığılır, təhnələrdən, bərələrdən yığılıb qalan suyu heyvana içirirəm”,– deyə kənd sakini Mobil Musayev bildirir.
“Biçimlik ot da yoxdur”
Aylarla pay torpaqlarını suvara bilməyən kəndlilər yay fəslinin qızmar istisindən torpaqların çox əziyyət çəkdiyini bildirirlər. Nəticədə suvarılmayan sahələrdə salınan meyvə bağları solub, ot sahələrindən isə 3-4 dəfə az ot bağı götürüblər. Bu isə payızda ot və məhsul qıtlığına səbəb olacaq.
Elcan Əliyev də üç aydır sahəsini suvarmağa su tapmayanlardandır:
“Hər il pay torpağından 80-100 bağlama ot götürürdüm. İndi ilk biçimdə 20 bağlama götürdüm. Sonrakı biçimlərdə də daha az. Payıza qədər biçim olurdu, su yoxdursa, biçimlik ot da yoxdur. Əkdiyim meyvə ağaclarından bəziləri qurudu. Nə həvəslə, əziyyətlə əkmişdim. Məhsulu da yoxdur. Gəlirəm hər həftə ki, suyu çəkib bağa salım, ya suvarma arxı quruyur, ya da daha əvvəldən sakinlər suyu bənd qoyub öz sahəsinə çəkir deyə su zəif gəlir. O su ilə ancaq həyətdə iş görmək olur, bağı, sahəni suvarmaq olmur”.
“1700 hektar sahə suvarmadan əziyyət çəkir”
Göyçay kəndlərinin su mənbələri Göyçay çayı, Yuxarı Şirvan kanalı və Yekəxana su anbarıdır. Çaydan yararlananların sayı çox olduğundan suvarma işi daha qəliz olur. Çünki çay yatağı ildən-ilə daralır, quruyur, su ehtiyatı azalır. Yağıntının az olması da çaydan su ehtiyatını götürən yaxın kəndlərin işini çətinləşdirir.
Potu və Ulaşlı-Şıxlı kənd sakinləri də susuzluqdan beş ildir əziyyət çəkənlərdəndir.
Bələdiyyə sədri Zamiq İbrahimov deyir ki, son iki həftədə kəndlərdə vəziyyət daha da kritikləşib. İllərdir çaydan həmin kəndlərə əsaslı su çəkilişi isə qadağadır.
“Yağıntı olmadı deyə Göyçay çayında su azaldı, bizim dörd kəndə də oradan su gəlirdi. Əsas iki kənddə vəziyyət kritikdir. 1700 hektar sahə suvarmadan əziyyət çəkir. Üç min təsərrüfat sahəsi olan bu kəndlər beş ildir sudan əziyyət çəkir. Çünki əvvəl Göyçay çayının körpüsünün altında bənd qurulmuşdu, 2018-ci ilin selində körpü uçdu deyə su bəndini də apardı. Sonradan bənd qurmağa icazə vermədilər ki, şəhər sıxlaşıb, özünün suya ehtiyacı var. Beş ildir problem yaşayırıq. Müraciət etmişik, deyirlər, 700 min manatlıq layihə var körpünün altından su verilməsi üçün, ancaq iş görülmür hələ”.
“İki min şitil pomidor yandı”
Alpoud, Bəydövül və Ləkçıplaq kimi iri kəndlərdə isə minlərlə istilikxana, hektarla bağ əkini olan əhalinin müəyyən hissəsi su tapdığını, digər hissəsi isə ancaq yeraltı su ehtiyatı ümüdünə əkin əkdiyini deyir.
Ləkçıplaq kənd sakini Elnur Kərimov deyir ki, məhz susuzluqdan iki minlik pomidor əkini məhv olub.
“Güclü istilər birillik əkini məhv elədi. Sellofanın altında əkilən bütün şitilə yandı kökündən, çünki 45-50 dərəcə istidir, bu da sellofanla olur 100 dərəcə. Bitki o istidə necə qalsın? İki min şitil pomidor yandı, çıxarıb xiyar əkdik. Xiyara da su lazımdır, suyu tapmaq olmur. Zülmlə, “kaçalka” üsulu ilə su çıxarırıq yerin altından. Çaya, kanala yaxın kəndlər, evlər suyu götürür, bu istidə digər kəndlərə su çatmır. 25-30 manata aldığımız içməli suyu məişətdə, əkində istifadə edirik. Payızda məhsul qıtlığı özünü göstərəcək. Artıq qiymətlərdə artım var”.
“Nə əkirəm, yayda batır”
Çaxırlı kənd sakini Bəkir Qasımov da iki hektar pay torpağını suvara bilmədiyindən işi məhkəməyə qədər gedib çıxıb. Çünki bir çox pay torpaqlarının birbaşa su ehtiyatına çıxışı yoxdur.
“İki hektar pay torpağım var, taxıl əkmişəm. Üç ildir qonşum su vermir ki, mən onu suvarım. Nə əkirəm, yayda batır, qışda yenə yağış az-çox suvarır. Məhkəmələrdə belə oldum, lehimə üç dəfə qərar verildi, xeyri yoxdur, suyu vermirlər ki, suvarım. Bəzi torpaqlara su çatmır, illərdir susuz qalır. Bələdiyyə də kömək edə bilmir. Sadəcə bəziləri olan – qalan suyu zəbt edir, çəkib gətirə bilmirsən. Onunku əkindir, bizimki nədir?”
“Ağaclar susuzluqdan saralıb solur”
Alpoud kənd sakini Əliheydər Rzayev isə deyir ki, qızmar yayı nəzərə alıb kənd sakinləri payızlıq əkin əkməyiblər. Çünki kəndin su ehtiyatı əkinə görə əlçatmazdır.
“Alpoud ən səhra, ən isti kənddir. Bizim kəndə Qobu deyilən su axarından gəlir. Bəydövül kəndinin də müəyyən hissəsi bizdən suvarır deyə problem çətinləşir. İnsanlar qorxdu, bu il payızlıq əkin əkmədi. Kütləvi əkin olsa, qıtlıq çox göstərərdi. Çünki tək Qobunun suyu ilə çatdırmaq olmazdı. Su gəlir, ancaq lilli. İki min əhalisi var. İstilər bağlara mənfi təsir göstərib, ağaclar susuzluqdan saralıb solur”.
“Su qıtlığına doğru gedirik”
Göyçay Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov Meydan TV-yə rayonda su ehtiyatının normal olduğunu, ancaq artan tərəvəzçilik və bağçılıqdan dolayı suvarmada növbəlilik prosesinin pozulduğunu deyib. Əlavə edib ki, rayon üzrə 30 min əkin sahəsindən 26 mini suvarılan sahələrdir:
“Əslində üç mənbəyimizdə su ehtiyatı azalmayıb. Çaydan demək olar bütün kəndlər yararlanır. Körpü uçandan sonra Potu – Ulaşlı kəndlərinə çaydan suyun verilişi bərpa olunmayıb. Heç yer də qalmayıb indi. Nazirlər Kabineti, Su Meliorasiya İdarəsi əraziyə baxış keçirdi, bərpası üçün söz verdilər. Ancaq biz də bilmirik bu vəd nə vaxt reallaşacaq”.
“Su kəndlərə çatır, ancaq bölgüsünü, bərabər çatımını düzgün icra etmirlər. Su Meliorasiya İdarəsinin və bizim qurumun işi suyu kəndə çatdırmaqdır. Qalan iş kənddəki qurum və vətəndaşların üzərinə düşür. Su birlikləri, bələdiyyələr, icra nümayəndəlikləri, kəndlilər bölgü və növbəlilik sistemi ilə suvarmanın təminatını həyata keçirməlidirlər. Kimsə qarşısını alır, günlərlə bənd qoyur suvarma arxına, suyu mənimsəyir. Nəticədə digərlərinin əkini, bağı, heyvanı susuz qalır. Meliorasiya İdarəsinin işçiləri də səhlənkarlıq edir, suvarma kanalları, arxları qazılmalıdır ki, hansısa kəndin sakinləri sonra su problemi yaşamasın. Nəzarət olmalıdır”, – Elçin İsmayılov deyib.
Onun sözlərinə görə, pay torpaqlarında suyun çatışmazlığı zamanında torpaqların düzgün bölünməməsi, su hövzələrinə çıxışın olmaması ilə bağlıdır:
“İslahat dövründə su axarını da nəzərə almalı idilər”.
Mərkəz rəhbəri kəndlilərə dəyən ziyanı isə istidən mühafizə tədbirlərinin görülməməsi ilə əlaqələndirib:
“Düzdür, bir müddət sel, daşqınlar zamanı drenajları məcbur olub kəsdik, bir həftə, on gün sular o vaxt kəsildi. Sonradan suyun azalması istilərlə bağlıdır. Onsuz da su qıtlığına doğru gedirik. Çalışırıq ki, intensiv suvarma metoduna keçirilsin. Son ay həm də güclü istilər oldu, belə istilərlə mübarizə təcrübəmiz də yoxdur. Kəndlərdə əkinlə bağlı ziyan oldusa istilərdən dolayı, bunun da səbəbkarı özləridir. Çünki istidən mühafizə tədbirləri görülməyib. İstixanalar palçıq örtüklə, yaşıl bitki kütləsi ilə günəş şüasından mühafizə olunmalı idi. Dərmanla, gübrələrlə bu iş olmaz”.
Göyçay Suvarma Sistemləri İdarəsinin rəhbəri Orxan Mahmudovdan isə kəndlilərin yaşadığı su problemi ilə bağlı münasibət öyrənmək mümkün olmadı. Edilən zənglər və göndərilən sorğu cavabsız qaldı.
“Müasir suvarma sistemlərinin qurulması üçün dövlət proqramına ehtiyac var”
İqtisadçı Natiq Cəfərli deyir ki, ölkədə içməli su ilə yanaşı, suvarma suyu ciddi problemdir. Onun sözlərinə görə, yaxın 20-30 ildə su ölkədə ciddi problem kimi ilk üçlikdə olacaq. O, problemin həllini daxili su ehtiyatı itkisinin qarşısının alınması məqsədilə dövlətin həyata keçirəcəyi uğurlu təşviq siyasətində görür. Hansı ki, illərdir bu siyasət öz həllini tapmır, laqeyd münasibət bəslənilir:
“Cənubi Qafqazda ən az su mənbələri olan ölkəyik. Əhali çox, su ehtiyatı azdır. Həm də mövcud su mənbələrinin sonuncu istifadəçisiyik. Kür və Araz çayları digər ölkələrdən keçərkən kifayət qədər istifadə olunur. Bizə daha az istifadə imkanı yaranır. Buna görə də su ehtiyatı ciddi problemdir. Ancaq daxili problemlər də var. Hələ də suvarma kanallarının çoxu torpaqdır. Bu da nəql olunarkən suyun 40-45 faizinin itkisinə səbəb olur. Ölkədaxili suvarma kanalları beton və dəmir borulardan təşkil olunmalıdır ki, su itkisi olmasın”.
“İkinci ciddi problem odur ki, fermerlər, kəndlilər müasir suvarma sistemlərinə malik deyillər. Təəssüf ki, su resurslarından da effektiv istifadə etmək mümkün olmur. Bu da, ciddi itkilərə səbəb olur. İri holdinqlər, sahibkarlar istifadə edir. Səbəbi o deyil ki, kəndlilər bacarmır, səbəbi o suvarma sistemlərinin baha olmasıdır, əlçatan deyil. Bu istiqamətdə dövlətin təşviq siyasəti yürütməsi yaxşı olar”, – Natiq Cəfərli deyib.
Onun fikrincə, fermerlərə uzunmüddətli faizsiz kreditlər şəklində müasir suvarma sistemlərinin qurulması üçün dövlət proqramına ehtiyac var:
“Damcılı, yaxud qənaətli suvarma sistemi qurularsa, kəndlilər üçün həm məhsuldarlığa, həm su itkisinin qarşısının alınmasına effektiv təsir göstərər”.
“Daxili bazarda qiymətlər artacaq”
Natiq Cəfərli düşünür ki, isti hava şəraiti ilə əlaqədar kəndlilərin qarşılaşdığı ziyanının bazara da ciddi təsiri olacaq:
“İsti hava şəraiti məhsulu məhv edibsə, əkilən məhsul azdırsa, qiymət də artacaq. Son bir aydakı isti hava şəraiti kənd təsərrüfatına təsiri göstərdiyi kimi bazara da təsir göstərir. Nəzərə alsaq ki, ölkə kənd təsərrüfatı məhsullarının ixracına da maraqlıdır, onda birbaşa daxili bazarda qiymətlər artacaq”. //meydanTV//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|