DİA.AZ: - Göyçay rayonu Şəhadət kənd sakinləri tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Müraciətdə deyilir:
"Bildirmək istəyirik ki, Göyçay rayonu Şəhadət kənd sakinləri olaraq işıq, yol, su kimi qlobal problemlərlə üz-üzəyik. Yollarımız olduqca bərbad vəziyyətdədir. Bununla bağlı dəfələrlə kənd Bələdiyyəsinə etdiyimiz müraciət cavabsız qalıb. Həmçinin, yaxınlığımızda transformator olmadığına görə işığımız çox zəifdir. Bu problemlə də əlaqədar "Azərişıq" ASC-nin Göyçay Elektrik Şəbəkəsinə fərdi və kollektiv şəkildə şikayətlərimizi bildirmişik.
Kəndimizdə olan ən acınacaqlı məsələ isə içməli su problemidir. Halbuki evimizin yaxınlığından su boru xətti keçir. Buna baxmayaraq bizlər maşınla su gətizdiririk. Kənd ərazisindən axan çirkablı arx sularından istifadə edirik. Göyçayda fəaliyyət göstərən aidiyyəti qurumlar kəndimizi Kərbəla çölünə döndəriblər.
Bir müddət öncə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev kəndimizdə səyyar qəbul keçirərkən bizə söz verdi ki, ən uzağı 3 aya kimi bütün problemləriniz aradan qaldırılacaqdır. Üzərindən 6 aydan daha artıq müddət keçsə də, səs-soraq yoxdur.
Biz mətbuat vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevdən və aidiyyəti qurumlardan xahiş edirik, videomüraciətimdə qeyd etdiyimiz problemlərimizin həll olunması üçün köməklik göstərəsiniz."
Məsələ ilə bağlı dia-az.life olaraq bütün aidiyyatı olan qurum və şəxsləri dinləməyə hazırıq...