"Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                 

““Cəllad Məmməd” hər ay rüvşət və korrupsiya yolu ilə 6 milyon manat toplayır” - RƏİS HAQDA ŞOK İDDİALAR
Tarix: 17-05-2023, 01:17 | Çap et
““Cəllad Məmməd” hər ay rüvşət və korrupsiya yolu ilə 6 milyon manat toplayır”
“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin təsisçiləri, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov, Böyükağa Abdullayev və Əliabbas Rüstəmov tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

İlk öncə, 08.05.2023-cü il tarixdə vermiş olduğunuz əfv sərəncamına görə, “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin, eləcə də məhkumların və məhkum ailələrinin adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Eyni zamanda, bizim üçün sevindirici haldır ki, Siz 30 il işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etdiniz, parlaq qələbənizlə işğala son qoydunuz. Ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət etdiniz və Sizə etdiyi vəsiyyətinə, verdiyiniz sözə əməl etdiyinizi, Şuşanı azad etdiyinizi dünya ictimaiyyətinə çatdırdınız.

Siz, Azadlıq Meydanında Qələbə Paradı keçirdiniz.

Siz Ermənistanı məğlub etdiniz.

Siz Qarabağın xilaskarı kimi tarixə düşdünüz.

Siz 2023-cü ili “Heydar Əliyev İli” elan etdiniz, hansı ki, bu tarix əbədi yaşayacaqdır.

Bundan başqa, bütün hakimiyyət nümayəndələri, bütün məmurlar Sizin qələbələrinizə, uğurlarınıza sevinən, Sizinlə qürür duyan 8 milyonluq Azərbaycan xalqına “Heydar Əliyevin 100 illiyi ilə bağlı möhtəşəm əfv sərəncamı veriləcəkdir”, - deyərək, ali kürsülərdən çıxışlar etdilər və insanları sevindirdilər.

Hörmətli Prezident!

Təəssüf ki, çox keçmədi, bu pafoslu çıxışlar edən məmurlar əfv sərəncamı ilə bağlı yenə də Sizi aldatdılar və Sizi sevən, Sizə güvənən insanları məyus etdilər. Çünki, bu sərəncamın bundan öncə verilmiş əfv sərəncamlarından heç bir fərqi olmamışdır. Hesab edirik ki, “möhtəşəm əfv sərəncamı” veriləcəkdir deyənlərdən, ağız dolusu, pafosla danışanlardan bir gün soruşacaqsınız ki, deyin görək, bu sərəncamın öncəkilərdən möhtəşəm olmasının fərqi nədədir? Əlbəttə, cavab verə bilməyəcəklər.

“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyi olaraq daima düşünürük ki, bu əfv sərəncamı nəyə görə Ulu öndərin adına layiq, möhtəşəm olmadı? Bu möhtəşəmliyin qarşısını kimlər aldı? Heydar Əliyevin adı ilə, 100 illiyi ilə bağlı olan layihələrə əngəl törədənlər, dedi-qodu yayanlar, boğazdan yuxarı danışanlar, bununla Sizin siyasi kursunuza qarşı çıxanlar kimlərdir?

Unutmasınlar ki, tarix ətrafınızdakı məmurların bu xəyanətini də əbədi yaşadacaqdır!

Cənab Prezident!

İctimai Birlik olaraq araşdırmışıq və bildiririk ki, məmurların əfv sərəncamı ilə bağlı Sizi aldatmasının da kökündə korrupsiya, rüşvət durur. Belə ki, Ədliyyə Nazirliyi rəhbərliyinin iradəsinə uyğun olaraq, bütün ədliyyə əməkdaşları məhkumların və məhkum valideynlərinin beyninə həkk etmişlər ki, “məhkumun pulsuz əfv olunması mümkünsüzdür, qəti ola bilməz. Çünki məhkumun əfv olunması üçün Əfv Komissiyası tərəfindən xasiyyətnamə tələb edilir, bunu da Ədliyyə Nazirliyinin əməkdaşı verir. O da, məhkum ölsə də, pulsuz xasiyyətnamə vermir”. Bax, məmurlar beləcə xayanət edirlər.

Belə olan halda sual yaranır: Cəzaçəkmə Müəssisələrində məhkumlardan alınan pullardan, baş verən korrupsiyadan, rüşvətdən Ədliyyə naziri cənab Fikrət Məmmədovun və Baş Prokurorluğun xəbəri yoxdurmu? Əlbəttə, var!

Cənab Prezident!

Biz, İctimai Birlik olaraq araşdırmışıq və bütün bunlarla bağlı Sizə məlumat veririk. Məsələn:

- Ədliyyə Nazirliyinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov kimdir?

- Sözügedən Cəzaçəkmə Müəssisəsində nələr baş verir?

Bildirirk ki, 6 saylı Cəzaçəmə Müəssisəsində 1800 nəfərdən artıq məhkum var. Cəzaçəmə Müəssisəsinin rəisi Məmməd Mahmudov əslən şəkilidir, Baş nazirin sabiq müavini Abid Şərifovun qızının əridir. Üstəlik, Ədliyə naziri Fikrət Məmmədovun özünün yaxın qohumudur. İxtisasca, ali təhsilli həkim-cərrahdır. Ədliyyə Nazirliyi sistemində “Dollar Məmməd” və yaxud da “Cərrah-cəllad Məmməd” kimi tanınır. O, 8 ilə yaxın müddətdir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində rəis vəzifəsində çalışır. Hansı ki, Ədliyyə Nazirliyi tarixində heç bir rəis bir müəssisədə 5 ildən artıq rəhbər vəzifədə işləməmişdir.

8 ildə istər cəzasını tam çəkdikdən sonra azadlığa buraxılmış, istər əfv olunmuş, istər cəzasının 2/3 hissəsini çəkdikdən sonra rejimini dəyişmiş və istər də hal-hazırda cəza çəkən elə bir məhkum tapmaq olmaz ki, Məmməd Mahmudov ondan rüşvət almamış, yaxud da o məhkumu pul üstündə işgəncəyə məruz qoymamış olsun.

Həmçinin, 8 ildə elə bir məhkum ailəsi ola bilməz ki, məhkumla uzunmüddətli görüşdə olması ilə bağlı Məmməd Mahmudova pul ödəməmiş olsun.

8 ildə elə bir məkum tapmaq olmaz ki, qohumları, dostları, valideynləri onunla görüşə gəldikdə Məmməd Mahmudovun təyin etdiyi adamlar onlardan pul almamış olsun.

Məmməd Mahmudov yeganə rəisdir ki, məhkumlardan məcburi qaydada su, işıq, qaz pulu yığdırır.

O, yeganə rəisdir ki, onun rəhbərlik etdiyi Cəzaçəkmə Müəssisəsində tualet, hamam, telefon pulludur.

O, yeganə rəisdir ki, məhkumlardan yemək, yatmaq pulu yığdırır.

O, yeganə rəisdir ki, Cəzaçəkmə Müəssisəsində qumar oynatdırır.

O, Yeganə rəisdir ki, rəhbərlik etdiyi Cəzaçəkmə Müəssisəsində narkotik satdırır.

O, yeganə rəisdir ki, ona yaxın olan sahibkarlara vergidən yayınmaq və gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cəzaçəkmə Müəssisəsində şərait yaratmışdır.

O, yeganə rəisdir ki, məhkumları gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara pula satmaqla məşğuldur. Hansı ki, həmin sahibkarlar məhkumların əməyinin haqqını birbaşa Məmməd Mahmudova çatdırırlar.

Məmməd Mahmudov yeganə rəisdir ki, məhkumlara ayrılan ərzağı və dərman peraparatlarını onların özlərinə pulla satdırır.

Məmməd Mahmudov yeganə rəisdir ki, rejimini dəyişmək istəyən məhkumlardan bir ilinə 5-6 min manat tələb etdiyi halda, bu günkü əfv sərəncamından sonra, bir ilinə 7-8 min manat tələb edir və hal-hazırda yığımı davam etdirir.

Məmməd Mahmudov yeganə rəisdir ki, 2015-ci ildə rəhbərlik etdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsində “kars”ın rəisi Fariz Əliyev məhkumu amansızcasına döyərək qətlə yetirmişdir. M.Mahmudov isə Fariz Əliyevi özünə müavin götürmüşdür. Çünki, Məmməd Mahmudov yaxşı bilirdi ki, Fariz Əliyev gözükölgəlidir, məhkum qətlə yetirmişdir, onun bütün qanunsuz əmrlərini ancaq o, yerinə yetirə bilər.

Məmməd Mahmudov yeganə rəisdir ki, korrupsiya və rüşvət hesabına 6 saylı Cəzaçəkmə Müəssisəsində bir ayda 6 (altı) milyon manat vəsait yığdırır.

Belə olan halda, ədalətli ƏFV-dən söhbət gedə bilərmi?

Cənab Prezident!

6 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlardan, məhkum ailələrindən yığılan rüşvətdən, Cəzaçəkmə Müəssisəsində baş verən olaylardan, Məmməd Mahmudovun bu kimi qanunsuz hərəkətlərindən Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və aidiyyəti orqanların məlumatı olmaya bilərmi? Ola bilərmi ki, bu günə kimi 6 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd Mahmudovun məhkəmənin və prokurorluğun adı ilə məhkumlardan yığdırdığı rüşvətdən məhkəmələrin, prokurorluğun və Ədliyyə Nazirliyinin xəbəri (məlumatı) olmasın?

Cənab Prezident!

İxtisası cərrah olan, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi “cəllad Məmməd” Mahmudovun törətdiyi olaylar barədə Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova məlumat vermişik! “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyi olaraq, digər cəzaçəkmə müəssisəsi rəislərinin də qanunsuz hərəkətləri barədə Sizə ətraflı məlumat verəcəyimizlə bağlı məsuliyyəti üzərimizə götürürük.

Hörmətli Prezident!

Yuxarıda sadaladığımız faktlarla bağlı 6 saylı Cəzaçəkmə Müəssisəsində bir ayda nazirliyin, məhkəmələrin və prokurorluğun adı ilə yığılan 6 milyon manatlıq rüşvət və korrupsiyanın qrşısının alınması yönümündə göstəriş verəcəyinizə inanırıq”.

“Hürriyyət”

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru