Apellyasiya Məhkəməsinin ziddiyyətli bəyanatlarının arxasında kim durur? - İLGİNC
Tarix: 6-03-2023, 13:14 | Çap et
Bakı Apellyasiya Məhkəməsi (BAM) FB-Company kommersiya şirkətinin sahibləri Anar Qəribov və Ağa Əliyevin Fuad Rzayev və Babək Babayevə məxsus “Azur” Ticarət Mərkəzinə qarşı iddiasının məhkəmə araşdırmasını başa çatdırıb. Martın 1-də dördüncü iclas keçirilib, Qəribov və Ağayev üçün gözlənilməz olaraq hakim Vüsalə Baxışova əvvəlki iclasda özünün qəbul etdiyi məhkəmə qərarını verməkdən imtina edib. Qəribov və Əliyev “Azur” şirkətinin anbarında xarab olmuş malların (brend geyimlərin) və əmlakın öyrənilməsi və qiymətləndirilməsi üçün məhkəmədən müstəqil ekspert şirkətinə yazılı göstərişi almayıblar.
Bu mallar FB-company şirkətinə və geyimləri “Azur”dan icarəyə götürülmüş ticarət yerində (1285 kv. m.) satan Ağa Əliyevə məxsusdur. 4 il öncə yeri icarəyə verən gözlənilmədən müqaviləni pozaraq icarə qiymətini kəskin şəkildə qaldırıb. O zaman icarəçilər bildiriblər ki, müqavilədə razılaşdırılmayan yüksək qiyməti ödəməyəcəklər və artıq icarəyə götürülmüş yerin əsaslı təmirinə pul xərcləyiblər. Buna cavab olaraq, mallar sahibinin icazəsi olmadan çıxarılıb və qapalı anbara yığılıb, orada da çürüyüb. Bu epizodda Qəribov və Əliyevə bir milyona yaxın ziyan dəyib. İddiaçılar öz mallarını korlanmış hesab edirlər. Hüquqşünasların fikrincə, “Azur” şirkətinin sahibləri və vəzifəli şəxsləri Cinayət Məcəlləsinin səkkiz maddəsini pozmaqda günahkardırlar və buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Qəribov və Əliyev onlardan tam kompensasiya tələb etmək üçün korlanmış malların yeni ekspertizasının keçirilməsini tələb edirlər.
Martın 1-də keçirilən iclasda hakim Vüsalə Baxışova əvvəlcə Turan-ın müxbirindən məhkəmə zalında olmasının səbəbini soruşub, sonra proses tərəflərindən soruşub ki, jurnalistlər mətbuat üçün açıq olan prosesi işıqlandırmalıdırmı? “Azur” firmasının vəkili mətbuatın iştirakının əleyhinə olub, iddiaçı tərəfin nümayəndələri prosesin işıqlandırılmasına etiraz etməyiblər. Məşvərətdən sonra hakimlər jurnalistin məhkəmə zalında iştirakına qərar veriblər və ona ticarət sirrinin açıqlanmasının qadağan olduğunu xatırladıblar. Ancaq həmin gün sirli heç bir şey danışılmayıb.
Məhkəmə günü ziyan dəymiş mallara baxış zamanı qiymət komissiyasının araşdıracağı məsələlərin, ekspertlərin dövlət lisenziyasına malik olması, 14 cildlik işdən (son iclasda söhbət 10 cilddən gedib) yüzlərlə videoqeyd və 700 fotonun (onlarda malların əvvəlki vəziyyəti və anbarda korlanmış geyimlərə baxış əks olunub) olduğu iki flash-kartın yoxa çıxması məsələlərinin ittiham tərəfindən aydınlaşdırılması çərçivəsində keçib. Məhkəmə cildlərindən video və fotofaktların yoxa çıxması prosesin sonuna qədər qaranlıq qalıb.
Qəribov hakimə bu faktlara FAMOUS BRANDS AZUR Youtube kanalında baxmağı təklif etməyə məcburdur. Belə ki, sübutları oraya yerləşdirib. Hakim YouTube kanalını izləməyə razı olub, bundan ötrü onun cəmi iki gün vaxtı var, çünki martın 3-də hökm çıxarılacaq. Anar Qəribov hakimə bildirib ki, 14 cildlik iş materiallarında göstərilən nəhəng sübut kütləsini 2 gün ərzində təhlil etmək mümkün deyil və bu, ədalətsiz hökmün çıxarılması deməkdir. Lakin hakim Baxışova Qəribovun şübhələrini qəbul etməyərək bildirib ki, təqdim olunan bütün faktlarla tanış olmaq onun vəzifəsinə daxildir. Apellyasiya prosesinin üç aydan çox və 4 iclasdan çox müddətə uzadılmasına dair prosedur qadağasına görə daha bir iclas keçirmək üçün hökmü təxirə sala bilməz.
Anar Qəribov işə obyektiv baxılacağını şübhə altına alıb. O həmçinin işə baxılmasını 4 iclasda başa çatdırmalı olduğunu əsaslandıran məhkəmənin fəaliyyət reqlamentini göstərməyi xahiş edib, hakim bundan imtina edib. Hüquqşünasların fikrincə, hakim ekspert qiymətləndirməsinin nəticəsi alınana qədər işin dayandırılmasına qərar verə bilərdi. Zərərçəkən tərəfin vəkili son ekspertiza başa çatana qədər əlavə 15 gün istəyib, lakin məhkəmə imtina edib.
Vəkil məhkəməyə “AzEkspert” MMC – sertifikatlı qiymətləndirmə müəssisəsi, AR Ticarət Sənaye Palatasının üzvü ilə müqaviləni məhkəməyə təqdim edib. Hakim bu şirkətə dövlət lisenziyasının verilməsini tələb edib, lakin Qəribov etiraz edərək deyib ki, 2012-ci ildən bu fəaliyyət növünə lisenziya şamil edilmir. Lakin hakim bununla bağlı açıqlama verib ki, ölkə prezidentinin qərarına əsasən ekspertiza ilə ixtisaslaşdırılmış qurumlar məşğul olmalıdırlar. Ekspert qiymətləndirməsinin məhkəmənin adlandırdığı ixtisaslaşmış qurumlara verilməsilə bağlı Qəribovun təklifinə hakim cavab verib ki, bu cür müəssisələr hələ formalaşmayıb və onların formalaşmasına qədər bununla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məşğul olur. İşin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə verilməsilə bağlı Qəribovun təklifinə hakim cavab verib ki, artıq bu Mərkəzin rəyi var və ziyan dəymiş malların dəqiq məbləğini verə bilməyib.
Mübahisə davam edir, nəticədə Qəribov və Əliyevin şirkəti malların ekspertizasının aparılması üçün lazım olan qərarı hakimdən almayıb. Fevralın 12-də və 23-də vəkillər məhkəmənin elektron portalı vasitəsilə məhkəməyə yazılı müraciət edərək əvvəlki iclasda vəd edilmiş qərarı almağı xahiş ediblər. Lakin hakim Baxışova bu dəlilləri rədd edib və təkrar edib ki, qərarı öz kabinetində, yəni məhkəmə iclasından kənarda verə bilməz, prosessual məhdudiyyətlər səbəbindən isə beşinci məhkəmə iclasının keçirilməsi mümkün deyil. Hakim israr edib ki, zərərçəkənlər ötən iclasda söylənilən şifahi məhkəmə qərarının əsasında malların ekspert qiymətləndirməsini apara bilər. Lakin vəkillər və ekspert əmindirlər ki, şifahi qərar kifayət deyil, “Azur” şirkəti ekspertləri öz anbarına buraxmaz, üstəlik ekspertlər deyiblər ki, yazılı məhkəmə qərarı olmadan başqasının kommersiya ərazisinə daxil olmayacaqlar. Proses zamanı vəkilin və Qəribovun versiyasını “Azur” şirkətinin vəkili təsdiqləyib və deyib ki, onun firması təkrar ekspertizanın əleyhinədir.
“Azur” nümayəndəsinin iddiaları maraqlıdır, o, Qəribovdan soruşub: Niyə öz mallarını onların anbarından götürməyiblər və bununla da onun korlanmasına yol veriblər. Qəribov cavab verib ki, qurd basmış, kiflənmiş mallar onlara lazım deyil, bundan əlavə, mal sahibinə içəri girib hətta tək-tək mal çıxarmaq qadağan edilib. İcarədarlar hər malın qiyməti göstərilməklə öz əmlaklarının adbaad siyahısını tutublar. Bütün müvafiq sənədlər işə əlavə edilib və malların bazar qiymətinin onları korlayanlardan tutulması üçün ekspert qiymətləndirməsini tələb edir. Qəribov həmçinin xatırladıb ki, mallar oğurlandıqdan iki ay sonra onun yerini polisin səyləri nəticəsində tapıblar. Bir il sonra isə qarşı tərəfin iştirakı ilə 17 günlük ekspertiza zamanı orada təkrar istifadə oluna və ya satıla bilən heç bir geyim və ticarət avadanlığının böyük hissəsini tapa bilməyiblər.
Proses başa çatmaq üzrəydi. Hakim iddiaçıları əmin edib ki, prosesin davam etdirilməsinə və ekspertiza haqqında qərarın qəbuluna yol verməyəcək. O zaman məhkəmə qovluğunda yalnız əvvəlki iki ekspertizanın nəticəsi olacaq. Onlar tamamlanmış deyil, çünki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssisləri bir gün ərzində bütün paltarlara seçici şəkildə baxıblar, sonra orada əleyhqaz olmadan işləmək istəməyiblər, çünki 20295 ədəd paltar kiflənib və çürüyüb. Eyni zamanda, icarədarlar ziyana dair hərtərəfli sənədi məhkəməyə təqdim ediblər. Sənəd 17 gün ərzində hər iki tərəfin iştirakı ilə hazırlanıb və buraya korlanmış, oğurlanmış malların və əmlakın siyahısı daxildir.
Məhkəmə Ekspertizası Mərkəzi detallaşdırma və korlanmış avadanlığın adbaad siyahısı olmadan malın tamamən korlanması barədə rəy verib. Auditor rəyinin, bütün tərəflərin iştirakı ilə ziyanın 17 günlük detallı siyahıya alınmasının və Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin qərarının əsasında əmlakın xarab olmuş hissəsi 503 662 manat məbləğində qiymətləndirilir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş mədaxil-məxaric mühasibat sənədləri əsasında 410 994 manat məbləğində malın itdiyi bildirilir, əlavə edilmiş iki auditor rəyinə əsasən hüquqazidd əməllərdən icarədarlara dəyən maddi ziyan 213 328 manat, əldə edilməmiş mənfəət isə 348 318 manat təşkil edir.
Qəribov geri çəkilmək niyyətində deyil, öz hüquqlarının təmin olunmasını tələb edib, izah edib ki, mövcud qanunvericilik normalarına görə, 2012-ci ildən əmtəə ekspertizası dövlət lisenziyasından azad edilib, heç bir dövlət orqanı dövlət lisenziyası verə bilməz, çünki belə lisenziya, sadəcə, verilmir. Odur ki, hakimin ekspert firmasına lisenziya verilməsi tələbi qanunsuzdur. Mübahisə hakim Baxışovanın xəbərdarlığı ilə başa çatıb. O, Qəribova bildirib ki, əgər danışmağa davam edərsə, hakimin oturmaq və susmaqla bağlı göstərişlərini yerinə yetirməsə, proses onun iştirakı olmadan davam edəcək. Məhkəmə praktikasında qəbul edilmiş son iclasda son söz verilməsinə zidd olaraq, son söz verilməyib.
“Azur” şirkətinin sahibləri və rəhbərliyi məhkəməyə gəlmirlər, bu şirkətin vəkili isə Turan-ın suallarını cavablandırmaqdan imtina edib. Turan Qəribovdan Apellyasiya Məhkəməsinin gözlənilən qərarının ədalətliliyinə niyə şübhə etdiyinə və hansı məhkəmə qərarını doğru hesab etdiyinə aydınlıq gətirməyi xahiş edib. Apellyasiya Məhkəməsi onun tələblərini təmin etməkdən imtina edərsə, FB-company-nin növbəti addımları necə olacaq?
Qəribov deyib ki, məhkəmə böyük oliqarx qruplaşmasının maraqlarını əhatə etdiyi üçün birtərəfli qaydada keçirilir. “Biz ilk gündən preventiv tədbir tətbiq etmək və iş üzrə yekun qərara qədər qarşı tərəfə müqavilənin tələblərini yerinə yetirməyi həvalə etmək üçün vəsatət qaldırdıq. Əgər məhkəmə belə bir tədbir görsəydi, sizi inandırım ki, bizim zərərimiz belə miqyas almazdı. Ancaq məhkəmə-hüquq-mühafizə orqanlarının böyük ordusu, sadəcə, məişət cinayətlərinin üzə çıxarılması ilə məşğul olur, daha böyük şəxslərə və onların ailə üzvlərinə gəldikdə isə qanunlar işləmir və tamamilə fərqli mexanizmlər işləyir – sən mənə, mən sənə. Əgər böyük binaların sahibləri özlərinin cəzasız qaldıqlarına əmindirsə, notariusa getmək və uzunmüddətli müqavilə bağlamağın mənası nədir. Sonra bizim 4 ildir etdiyimiz kimi, müxtəlif qurumlara ayaq döymək lazım gəlir.
Biz tərəfdən dövlət başçısına teleqram göndəriləcək, bu işin əsl səbəbləri, bu işə obyektiv baxılmasına və ədalətli hökmün çıxarılmasına mane olan yüksək vəzifəli şəxslər göstəriləcək. Sonra dövlət başçısına açıq məktub dərc olunacaq. Hörmətli medianın iştirakı ilə açıq mətbuat konfransının keçirilməsi də planlaşdırılır. Bundan sonra Ali Məhkəməyə, hüquq-mühafizə orqanlarına müraciət olacaq. Bədəbəddə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olacaq. Bütün bu hərəkətlər bizim məhkəmələrdə yüksək vəzifəli məmurların, oliqarxların və onların ailə üzvlərinin xeyrinə işlərə baxılmasına dair pis təcrübəyə son qoymalıdır.
Əgər biz uşaqlarımızı çiçəklənən və ədalətli Azərbaycanda görmək istəyiriksə, susmağa haqqımız yoxdur, həqiqəti səlahiyyətli orqanlara və bizim hüquqlarımızın və qanunçuluğun qarantı olan prezidentə çatdırmalıyıq.
P. S. Məqalə hazırlanarkən məhkəmə zalından xəbər gəldi. Martın 3-də qərar çıxarılıb. BAM hökmün elan edilməsinin əvəzinə məhkəmə çəkişməsinin davam etdirilməsinə və həm Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin, həm də zərərçəkən tərəfin ekspertinin cəlb edilməsilə ekspert qiymətləndirməsinin təyin edilməsinə qərar verib. İddiaçı öz əmlakının ekspert qiymətləndirməsinə dair lazımi məsələləri bir həftə ərzində məhkəməyə təqdim edəcək. //Turan//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|