Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                 

Ramiz Mehdiyevə bağlı olan “BTB” bankdakı maxinasiyalar... - NƏDƏN ARAŞDIRILMIR?
Tarix: 9-09-2021, 08:29 | Çap et
Ramiz Mehdiyevə bağlı olan “BTB” bankdakı maxinasiyalar...
Bank “BTB”nin adı bu maliyyə qurumunun bir qolu olan “BTB Leasinq”in rəhbəri Cavid Zeynalovun Ukrayna vətəndaşı olan Valeriya Qurovanı evlənmək, işə düzəltmək adı ilə ölkəyə gətirməsindən və qovmasından sonra hallanmağa başlayıb.

Məsələnin mahiyyəti budur ki, Cavid Zeynalov Valeriya Qurova ilə internet üzərindən tanış olaraq evlənəcəyi, işə düzəldəcəyi adı ilə onu Azərbaycana dəvət edib. Qurova Bakıya gələndə onu qarşılamaq üçün xüsusi hazırlıq görülüb, Cavid Zeynalov aeroporta gedərək Qurovanı qarşılayıb. Bunu sübut edən video (https://www.instagram.com/p/CTWGeMBiwBl/?utm_source=ig_web_copy_link) da var. Həmin videodan görünür ki, Cavid Zeynalov bu törənə xüsusi hazırlaşıb, hər xırda detalı düşünüb.

V.Qurovaya özəl olaraq üzərində J(Cavid) və V(Valeriya) hərfləri olan brilyant qaşlarla bəzədilmiş üzük də hədiyyə olunub. Bakıya gələndən sonra C.Zeynalov onu evlərinə aparıb və valideynləri, bacısı ilə tanış edib, yaşadıqları ünvana - Yasamal rayonu, Həsən bəy Zərdabi 190 ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksindəki mənzillərinə qeydiyyata aldırıb, “Caspian Avto İmport” şirkətində işə düzəldib. Bu ilin avqustunda Qurova “Caspian Avto İmport” şirkətinin ofisinə getmək istəyini bildirəndə, Cavid Zeynalov tərəfindən hədələnib və tez bir zamanda Azərbaycanı tərk etməsi tələb edilib. Bir neçə gün sonra Cavid Zeynalov Qurovanı evindən qovub, deyib ki, Baş Prokurorluğun 2-ci mərtəbəsində kabineti olan dostu Elçin vasitəsilə ona ciddi problemlər yaradacaq. Qurova Azərbaycanda mənzil kirayələyərək C.Zeynalovun onun sənədlərindən istifadə etməklə maliyyə maxinasiyaları, qanunsuzluqlar edib-etməməsinin araşdırılmasına nail olmağa çalışır.

Bu əsnada “Yeni Müsavat”a “BTB” bankda və “BTB Leasinq”dəki maxinasiyalar haqda məlumatlar daxil olub. İddia olunur ki, bank Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Məlum olur ki, Cavid Zeynalovun rəhbərlik etdiyi “BTB Leasinq”dəki maxinasiyalar, dələduzluq əməlləri haqda dövlət qurumlarında araşdırmalar aparılıb.

Hətta sosial şəbəkələrdə Cavid Zeynalovun əməllərinin araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətindən Baş Prokurorluğa ünvanlanmış məktubla bağlı xəbərlər də yer alıb. DTX-dan baş prokuror Kamran Əliyevə ünvanlanan məktubda Cavid Zeynalov və “BTB Leasinq”in Hüqiq Departamentinin rəhbəri Ceyhun Əlizadə barəsində tədbir görülməsi istənilir.

Məktubda deyilir ki, “BTB Leasinq”in İdarə Heyətinin sədri Cavid Zeynalovla Ceyhun Əlizadə qabaqcadan əlbir olub, lizinq xətti ilə avtomobil almaq istəyən vətəndaşları aldatma yolu ilə müştəri kimi cəlb edərək onlardan nəqliyyat vasitəsinin ümumi dəyərinin 30 faizini ilkin ödəniş və əlavə kredit məbləğinin 1 aylıq hissəsini rəsmi əldə etsələr də, sonradan zəruri ödənişlərin olunmamasını əsas gətirərək, naməlum dolayı üsullarla və sənədləri saxtalaşdırmaqla həmin avtomobilin həqiqi sahibindən qanunsuz olaraq geri alınmasına nail olurlar.

Məktubda qeyd olunur ki, sadalanan xüsusatların mahiyyətinə aydınlıq gətirilərkən, Ceyhun Əlizadənin mütəmadi şəkildə avtomobil lizinqinə malik olmaq istəyən müştərilərin etibarından sui-istifadə edib kassadan kənar, qeyri-rəsmi olaraq pul vəsaitlərini əldə etməklə sözügedən müəssisənin faktiki rəhbəri Cavid Zeynalovun tələbinə uyğun ona təqdim etdiyi və sonradan bu vəsaitdən özünün də pay alması məlum olub.

Hazırda “BTB Leasinq” ASC-nin fəaliyyətindəki korrupsiya hallarına dəlalət edən məqamlara dair, o cümlədən müəssisə rəhbərliyinin hüquqazidd əməlləri ilə bağlı zərərçəkmiş şəxs qismində 31.10.1985-ci il təvəllüdlü Nuriyev Orxan Nəsrəddin oğlu, 10.05.1988-ci il təvəllüdlü Ağayev Taleh Valeh oğlu, Muradi Anar Elşən oğlu, Əliyev Saqif Telman oğlu, Mirzəyev Ramiz Müslüm oğlu, Rəsulov Orxan Firdovsi oğlu aidiyyatı dövlət qurumlarına şikayət etmək istəyir.

Məktubda qeyd olunur ki, göstərilən xüsusatlar DTX-da yoxlanılıb və qurumun qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətinə aid cinayət əməlləri törədilməsinə dair məlumatlar üzə çıxmayıb.

DTX-nın bu məktubundan sonra məsələ Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Maraqlıdır ki, Cavid Zeynalov araşdırmadan xəbər tutub və dərhal Ceyhun Əlizadəni vəzifəsindən azad edib. Xətai Rayon Prokurorluğuna müraciət edərək Ceyhun Əlizadədən şikayətlənib. Nəticədə Ceyhun Əlizadə həbs olunub. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ceyhun Əlizadənin də ölkə rəhbərliyinə ünvanladığı məktubu var və həmin məktubunda o, “BTB Leasinq”də baş verən cinayətlər haqda geniş məlumat verir:

“Bildirirəm ki, Xətai rayonu, Yusif Səfərov küçəsi 27-də yerləşən ”BTB Leasinq" ASC-nin müdiri Cavid Zeynalovun yanında Hüquq departamentinin rəisi vəzifəsində işləmişəm. Mənim Ceyhun adlı dostumun vasitəsilə atası Ramiz adlı şəxslə tanış oldum. Ramiz maşın alveri ilə məşğul olurdu. “BTB Leasinq” ASC-nin “Amay” ticarət mərkəzinin birinci mərtəbəsində avtosalon işlədirdi. Orda maşınların satışı zəif olduğundan Cavid Zeynalov söhbət zamanı Ramizə dedi ki, “avtomobil alqı-satqısı ilə məşğul olmaq üçün yer açaq və birgə biznes qurub işləyək”.

Bir müddət sonra onlar Ramizi yalan sözlə və vədlərlə aldadaraq həmin işlədiyi salondan çıxardaraq başqa bir yerdə salon açdırdılar. Lakin Ramiz ona dedi ki, yeni salon açmaq və onuntəmiri üçün maddi vəsaiti yoxdur. Cavid Zeynalov Ramizə dedi ki, “narahatçılığa heç bir səbəb yoxdur, sən dostundan-tanışından pul al və oranı təmir elə, sonra da təmir pulunun çeklərini göstər mənə, mən həmin vəsaiti sənə ödəyəcəm və ”BTB Leasiq"in filialı kimi işlədərik". İki ay yarım təmir gedə-gedə Ramizin vasitəsilə onun tanışı olan Taleh Ağayevdən 18 min manat borca pul aldı. Həmin pul avtosalonun təmirinə xərcləndi. Təmir gedə-gedə Cavid Zeynalov Ramizi çağıraraq tələsdirirdi ki, təmiri tez qurtar, maşınları yığaq salona. Təmir qurtardıqdan sonra �?’BTB Leasinq"in avtomobilləri salona qoyuldu.

Cavid Zeynalov sual verdi ki, salona xərcin nə qədər çıxıb? Mən də dedim ki, qaimələr var, şahidlər var, onlar təsdiq edər ki, 18 min manat pul xərclənib. Bu zaman Ramiz bildirdi ki, “Cavid müəllim, Ceyhun düz deyir, həmin salona 18 min manat pul xərclənib”. Sonra Cavid Zeynalov həmin avtomobilləri Ramizin vasitəsilə satmağa başladı. Maşınları salonda müştəriyə satdıqan sonra müştərini banka aparıb təhvil verilirdi, müştəri maşın üçün ilkin ödəniş etdikdə (15 000, 18 000, 20 000 dollar) həmin pul vəsaitlərini Cavidin şəxsən özü qəbul edirdi, Ramizə və mənə də bildirirdi ki, ”narahat olmayın, növbəti maşın satılanda əvəzini çıxacam, sənin çəkdiyin xərcləri qaytaracam". Lakin, buna baxmayaraq, o, Ramizin çəkdiyi xərcləri qaytarmadı.

Ramiz Mehdiyevə bağlı olan “BTB” bankdakı maxinasiyalar...

Mən məsələni aydınlaşdırdığım zaman məlum oldu ki, Cavid Zeynalov “BTB Leasinq” ASC-nin bütün problemlərini mənim üstümə yıxaraq özünə haqq qazandırır rəhbərliyin yanında ki, bəs mən dələduz tapdım və onu işdən azad etdim. Halbuki ən böyük dələduz onun özüdür.

Çünki bütün maşınların satışı zamanı vətəndaşlardan bank xərcləri adından külli miqdarda pullar mənimsəyirdi və mən soruşduğum zaman bu qədər pul vəsaitinin dalında durmaq olar, o dedi ki, narahat olma, tək mən yemirəm, əli ilə yuxarını göstərib bankın müdiri Emil Rzayevə işarə edirdi. Cavidin razılığı olmadan heç bir maşın satıla bilməz, bütün sənədlərə imza sahibi özü olub.

Bundan sonra Cavid Zeynalov mənə qarşı aqressiv oldu. İş gördüyüm adamları mənə qarşı çevirdi. Bunların heç birindən də mənim xəbərim yox idi. Məni 5 noyabr 2020-ci il tarixdə məcburi olaraq məzuniyyətə çıxartdı. Məzuniyyətim bitməyə-bitməyə məni heç bir əsas və xəbərdarlıq olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən uzaqlaşdırıb. O, məni işdən qanunsuz çıxarmağına baxmayaraq dəfələrlə Cavid Zeynalova dedim ki, gəl problem yaratma özünə, camaatın pullarını vermək lazımdır. Bizdən şikayət etməsinlər. Cavid Zeynalov gördü ki, mən düzgünlüyün tərəfindəyəm və ona problem yaradıram. Rahat rüşvət almaq üçün məni birdəfəlik “BTB Leasinq” ASC-dən uzaqlaşdırdı. Bu zaman mən bununla bağlı Xətai Rayon Məhkəməsinə işə bərpa üçün müraciət etdim ki, haqq-ədalət yerini tapsın. Mən günahkaramsa, qanun qarşısında cəzamı çəkim və ya Cavid Zeynalov günahkardısa, o, qanun qarşısında cəzasını çəksin. Onun nə marağı var ki, məzuniyyətdə ola-ola məni işdən azad edib?

Bundan başqa, onu da əlavə etmək istəyirəm ki, Cavid Zeynalovdan hüquq-mühafizə orqanlarına şikayət olunub. Heç bir orqan ona cinayət işi qaldırmır, halbuki Cəlilabad rayonun icra başçısının haqqında qaldırılan Cinayət Məcəlləsinin müvafiq maddəaları Cavid Zeynalova şamil edilməlidir. Ən əsas da vəzifədən sui-istifadə edərək rüşvət alırdı. Mən dəfələrlə hüquq-mühafizə orqanlarına cağırıldığım zaman Cavid Zeynalovun üzünə deməyimə baxmayaraq, deyirlər ki, o sübut sayılmır. Məndən məcburi öz idarə etdiyim maşınımdan 10 min dollar rüşvət almağını söyləyirəm, hüquq-mühafizə orqanları mənə deyir ki, biz haradan bilək ki, yalan demirsən. Mənə köməklik edin, Cavid Zeynalovun rüşvət almasını sübut edim. Çünki aldadılaraq, bir necə adamdan mənim vasitəmlə maşınların pulunu alıb Cavidə verdim. Onlar da indi məndən pullarını tələb edirlər.

Mən Cavidin müdiri olduğu “BTB Leasinq” ASC-dən kreditdə olan “Jaguar” markalı avtomobili dostum Talehə məsləhət gördüm və həmin avtomobili ona aldıq. Taleh “Jaguar”a ümumilikdə 18 min 750 manat pul ödədi. Taleh həmin pulu Ramizin vasitəsilə mənə verdi, mən də öz növbəmdə Cavidə verdim. Sonradan bizə məlum oldu ki, həmin 18 min 750 manat pul banka ödənilməyib. Bir müddət sonra Taleh həmin avtomobili adına keçirmək üçün Bank “BTB”yə müraciət etdi. Bankın müdiri Talehə bildirdi ki, burada belə bir avtomobilin alqı-satqısı olmayıb və həmin avtomobil üçün ödəniş olmayıb. Cavid həmçinin bildirdi ki, həmin “Jaguar” markalı avtomobil bankda başqa bir adamın adına kreditdədir və 19 min manat gecikməsi var və həmin avtomobil axtarışdadır". Mən Caviddən soruşanda ki, pul haradadır, o, bir daha tərəddüd etmədən mənə böhtan ataraq əlimlə verdiyim pulu danaraq dedi ki, sən mənə pul verməyibsən! Halbuki öz əlimlə pulu Cavid Zeynalova verdim. Hazırda Taleh də pulunu məndən tələb edir.

Əlavə olaraq, Ramiz Talehdən 10 min dollar alaraq Cavid Zeynalova verib ki, “Mercedes-S 400" markalı, Az 99 PC 047 nömrəli minik markalı avtomobili onun adına keçirsinlər. Halbuki 10 min dolları alandan sonra heç birini etmədilər. Taleh də ümumilikdə 10 min dolları və 18 min 750 manat pulu Cavid Zeynalovdan haqlı olaraq tələb edir.

Sonradan Cavid mənim yanımda dedi ki, “Amerikadan gətirdiyim maşınları satmaqda mənə köməklik etmirsən”. Mən onun Anar adlı şəxslə tanış etdim. O, Amerikadan gətirilən “BMW X6" markalı avtomobili 52 min dollara kreditlə satmağa Cavid Zeynalovla şəxsən özü razılaşdı. Anar ilkin olaraq 17 min 300 manat pul verdi, lakin Cavid ilkin ödənişi müqavilədə göstərmədi. Sonra Anar maşının nasaz olduğunu dedi. Bizə məlum oldu ki, ”BMW X6" markalı avtomobil Amerikada yanıb, lakin Azərbaycana gətirilərək Cavid tərəfindən təmir edilib. Anar şirkətə gəldi ki, niyə nasaz maşın satmısız? Anar dedi ki, mən avtomobil üçün indiyədək 2500-3000 manat pul xərcləmişəm, lakin avtomobil düzəlmir. Mən də Cavidə müraciət etdim, onun otağına getdim və avtomobilin şəkillərini göstərdim. Bu zaman Cavid dedi ki, “BMW X6" markalı avtomobili gətirib banka qoysun və mən onu satıb Anarın pulunu qaytaracam”.

Bundan sonra Anar avtomobili təhvil verdi “BTB Leasinq” ASC-yə. Cavid Anara dedi ki, “get bir həftəyə həmin ”BMW X6" markalı avtomobili satıb sənə xəbər edəcəm, pulunu gəlib götürərsən". Cavid avtomobillərin çoxunu oğurluq yolu ilə Azərbaycana gətirir.

Həmin avtomobilin kilometrajı çox idi, amma Cavid “probeq”ini aşağı fırlatdı ki, az olsun.

Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Cavid “Lexus RX 350" markalı avtomobil də satmışdı. Həmin avtomobil də oğurluq çıxmışdı. Ona görə da vətəndaş pulunu geri aldı. Həmin avtomobili Gömrük Caviddən geri aldı və hazırda da gömrükdə saxlanılır.

Ramizin infarkt səbəbi Cavid Zeynalovdur. Onun oğlunu çağırıb araşdıran olsa, hər bir şeylərin düzgün olduğu faktları ortaya çıxacaq. Cavid mənə hədə-qorxu gəlir, məni tutduracağını bildirir. Mənə deyirdi ki, keçmişdə polis olmuşam, hər yerdə adamım var. Sənə inanan olmayacaq. Hər dəfə də pulumu istəməyə gedəndə məni yanına buraxmır. Mənim kimi zərərçəkmişlər çoxdur".

Sonda bir məqama diqqət edək. Valeriya Qurova hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək ona məxsus sənədlərdən istifadə etməklə maliyyə maxinasiyaların, qanunsuzluqların baş tutub-tutmamasının araşdırılmasını istəyib. Görəsən, Valeriya Qurovanın sənədlərindən istifadə etməklə ölkəyə xaricdə oğurlanan maşın gətirilməyib ki?

Yazıda adıçəkilən Cavid Zeynalovun və digərlərinin mövqeyini çap etməyə hazırıq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru