Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                 

Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər - Kompensasiya tələb olunur
Tarix: 9-07-2021, 08:31 | Çap et
Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər
DİA.AZ: - "Hörmətli redaksiya, bizim problem haqda internetdə kifayət qədər məlumat var və uzun müddət ölkə gündəmində olub . ““Şərq” bazarı” adlanan ərazidə 1994-cü ildən fəaliyyət göstərmiş 66 sahibkarın son illərdə başına açılan oyunlar haqda mətbuatda çoxlu sayda yazılara rast gəlmək olar". Bu barədə DİA.AZ-a bir qrup Sumqayıt sahibkarı adından edilən müraciətdə bildirilir.

Müraciətdə daha sonra deyilir: "Xatırladıq ki, biz sahibkarların Sumqayıtda “Şərq Bazarı” ərazisində dükanları – 2017-ci ilin mayında sökülüb. Bu problem əslində Sumqayıtın icra başçısı Eldar Əzizovun vaxtında başlasa da Eldar Əzizov sənədli dükanları məhkəmə qərarı olmadan sökməyə qərar verməyib.

Sumqayıt icra hakimiyyəti rəsmən etiraf etdi ki, “Şərq Bazarı” ərazisində çalışan 66 sahibkarın hər birinin dükanlarının qanuni mülkiyyət sənədləri mövcuddur ki, onların da hər biri dükanları sökülənəndən sonra yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 18 kvadrat metr yerlə təmin olunacağıq. Bu sənəd də də öz əksini tapıb .

Söküntüdən sonra bizə 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu da verilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun müavini Sahib Quliyevin (dünyasını dəyişib) imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir: “İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”. Bir vaxtlar gündəmdə olan məsələ ilk baxışdan həllini tapmış kimi göründü.

Lakin həmin müddətdən isə 4 ilə yaxın vaxt keçib, amma indiyəcən bizim hüquqlarımız təmin olunmayıb. Amma icra hakimiyyətinin verdiyi vədlər vəd olaraq qalıb, belə ki, söküntünün üstündən 4 il vaxt keçməsinə baxmayaraq deyilən ticarət mərkəzi nəinki tikilməyib, heç onun tikintisinə başlanılmayıb da.

Halbuki ,icra hakimiyyəri 66 dükanı tez bir zamanda, hətta malları belə yığmağa imkan vermədən , mülkiyyət hüquqlarlarımız pozaraq məhkəməqərarı olmadan tez-bazar qanunsuz olaraq sökdürdü .Ölkə qanunlarına görə isə mülkiyyət hüququ, bəzi hallar -dövlət ehtiyacı istisna olmaqla toxunulmazdır.

Bütün məhkəmə instansiyaları bizim xeyrimizə qərar çıxarıb, obyekləri birmənalı olaraq bizim mülkiyyətimiz kimi tanıyıb. 8 sot ərazidə yerləşən 44 mağaza sahibinin Əmlak Komitəsi tərəfindən verilən mülkiyyət çıxarışı da var.

Ancaq nəticədə bütün bu qərarlar ,qanunlar Zakir Fərəcov tərəfindən tanınmayaraq, obyektlərimiz yerlə-yeksan edildi.

Dükanlarımızın sökülməmis ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi də , Ali Məhkəmə də bizim xeyrimizə qərar çıxarıb.

Əlbəttə abadlaşan şəhərə yamaq olan, başdan-ayağa antisanitariya mənbəyi olan, orta əsrləri xatırladan “Şərq Bazarı”nın Rəşid Babayevə aid olan hissələrinin – yol kənarındakı meyvə-tərəvəz bazarının yığışdırılması başadüşülən idi. Amma arada “qurunun oduna yaş da getdi”,abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkarın da dükanları söküldü.

Xatırladaq ki, bazarkomla sahibkarlar arasında baş verən “Şərq bazarı” ətrafındakı mübahisə uzun müddət-2011-ci ildən bu iləcən davam etmişdi və bütün məhkəmələrdə sahibkarların qalib gəlməsinə baxmayaraq özünün sənədi qaydasında olmaya-olmaya Rəşid Babayev hər vəchlə hər bir sənədləri tam qaydasında olan 66 sahibkarın dükanlarını sökdürmək istəyirdi.

Dükanlarımız söküləndən sonra biz İlk illər ümid edirdik ki, icra başçısı Zakir Fərəcov verdiyi sözü və qanuna uyğyn olaraq hüquqlarımızı təmin edəcək.

Nə, dedikləri kimi müasir standartlara cavab verən ticarət mərkəzi tikib bizə ordan yer verdilər ,nə də icra başçısı

təqdim etdiyimiz layihə əsasında öz hesabımıza dükanlarımızı tikməyə qoydu. Dükanlar sökülməmişdən də biz xərc çəkib dükanlarımızı təmir etməyə başlamışdıq. Ancaq tikintini icra başçısı Zakir Fərəcov dayandırdı.

Dükanlarimizin layihələndirilməsi haqda icra başçısının sərəncamı isə bizə ziyanımıza idi.Çünki vahid layihədə bizim mülkiyyət hüququmuz tanınmırdı.

Bütün bunlar göstərir ki, əvvəlcədən məqdəs abadlıq yox, necə olursa olsun dükanlarımızı bir bəhanə ilə sökmək, əlimizdən almaq idi ki,buna da nail oldular.

Qanuni obyektlərimiz şəhərin gözəlliyinə xələl gətirir bəhanəsi ilə söküldü. Bəs indi zir-zibil içində boş, xarabalığı xatırladan ərazi eynilə şəhərə xələl gətirmir?! Buna görə icra hakimiyyəti niyə narahat deyil?!

Bəs onda nə fərqi var?!Əgər tikilməyəcəkdirsə niyə sökülürdü 66 dükan və bu qədər sahibkara da xeyli ziyan vuruldu?!

Bizə qarşı olan haqsızlıqlarla bağlı dəfələrlə Prezident Aparıtına , Sumqayıt icra hakimiyyətinə, digər dövlət qurumlarına şikayətə getmişik, prezidentə, ədliyyə nazirinə,digər dövlət orqanlarının rəhbərlərinə minlərlə şikayət məktubu yazmışıq ,teleqramlar göndərmişik. Amma bütün bu şikayətlər heç bir nəticə verməyib, icra hakimiyyəti tərəfindən yalnız yalan vədlər eşitmişik.

Dükanlarımızın sökülməsi bizi külii-miqdarda ziyana salıb , indiki işsizlik, böhran dövründə işsiz, çətin maddi duruma düşmüşük. Və ümidlərimizi yenidən dükanlarımızın öz yerimizdə tikillərək fəaliyyət göstərməyə bağlsaq da bu illər ərzində icrra hakimiyyəti məsələni müxtəlif yolarla uzadır ki, mübarizəmizdən bezib əl çəkək, sıradan çıxaq.

Bütün şikayətlərimizin heç bir fayda vermədiyinə, hüuqlarımızın təmin olunmayacaına tam əmin olandan sonra biz dükanlarımızın bəpasını tələb etməyi hələki kənara qoyub Sumqayıt icra hakimiyyətini bizə dəyən zərərin ödənilməsi iddiası ilə məhkəməyə üz tutmağa məcbur olduq.

Lakin əfuslar olsun ki, məhkəmədə də qanunsuzluqlarla, ədalətsizliklərlə qarşılaşırıq.

Keçən ilin may ayında Sumqayıt şəhər İcra Hakimiyyətininə qarşı söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiya tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etdik.

Lakin Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova haqlı iddiamızı icraata götürmədi və işə baxmaqdan imtina edildi.

Yalnız biz məsələyə baxılmasının təmin olunması üçün yerli Apellyasiya Məhkəməsinə müraciət etdikdən 3 ay sonra qərar qəbul olundu ki, məsələmizə məhkəmədə baxılsın.

Lakin Vəfa Əzizova bizə qarşı qərəzli və Zakir Fərəcovun qohumu olduğundan biz işə onun baxılmasına etiraz verdik. Bu ilin mart ayında o hakimdən imtina haqda etirazımız qəbul olundu.

Uzun müddətdən sonra , bu ilin aprel ayından iddiamıza Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyev hakimliyi ilə baxılmağa başladı. Və artıq 4 aydır ki, baxılıb qurtarmır. Hakim İsmayıl Quliyev bu müddət ərzində səylə bizim sənədlərimizdə nöqtə-vergül səhvi tapmağa çalışır ki, prosesi bir qədər də uzatsın.

Məhkəmədə işə baxılarkən işə baxan hakim qərəzli çəkildə cavabdehə tərəfkeşlik edib, qanunsuz əsaslarla prosesi yubadıb 14 iyun 2021-ci il tarixli iclasda məhkəməyə təqdim edilmiş ,dövlət tərəfindən etibarlılığı şübhə doğurmayan sübutların təkrara dövlət orqanlarından tələb etməsi kimi absurd və qanunsuz əsaslarla prosesi qeyri-müəyyən müddətə təxirə salmaq istəməsi və digər qanunsuz addımları onun qərəzsizliyini şübhə altına almağa əsas verir və buna görə də hakim İsmayıl Quliyev tərəfin işə baxılmasına etiraz etdik,ancaq etirazımız qəbul olunmadı, Sumqayıt İnzibati Məhkəməsinin sədri Burcayev İmran ədalətsiz olaraq işə elə həmin hakimin baxılması haqda qərar verdi..

Bizim nümayəndəmiz , məhkəmədə hüquqularımızı müdafiə edən, özü də bzim kimi zərərçəkən sahibkar olan tanınmış hüquqşünas İntiqam Əliyev dəfələrlə hakimə deyib ki, hətta ziyanımıza belə olsa bir qərar çıxarsın. Amma hakim İsmayıl Quliyev hər vəclə məhkəməni uzadır, bizə icra başçısı ilə barışığa gəlməyi təklif edir . Hakim İsmayıl Quliyev özünü elə bil müstəqil hakimdən çox Zakir Fərəcovun vəkili kimi aparır.

Dəhşətli orasıdır ki, icra hakimiyyətinin hüquqşünası Layiqə Hidayətova məhkəmə iclasında bizə dedi ki, “sizin obyektlərinizi Sumqayıt icra hakimiyyəti , sökməyib ki, Sumqayit Təmizlik Departamenti ilə bazarkom Rəşid Babayev söküb”. Halbuki bu belə deyil,dükanlarımızı məhz icra hakimiyyəti sökdürüb.Bununla bağlı videolar var belə internetdə.

Bundan başqa əgər icra hakimiyyəti söməyibsə sual olunur niyə icra hakimiyyəti zəmanət məktubu verir?!

İndi də öz verdiyi zəmanətə yaxın durmur, boynundan atır.

Bunlar bizə qarşı edilən haqsızlıqların ,absurd qərarların yalnız cüzi bir hissəsidir.

Iş ilə bağlı növbəti məhkəmə iclası 02.08.2021-tarixinə təyin olunub və ümid edirik ki, son nəticədə , gec-tez haqq-ədalət zəfər çalacaq, bizim iddiamız təmin oluncaq, tapdanan hüquqlarımız təmin olunacaq.

Və bunun üçün bütün qanuni imkanlardan istifadə edəcəyik.

Bir qrup Sumqayıt sahibkarı

Əlaqə üçün telefonlar: Yusif 0703553091

050 210 09 74-Aydın

0503367211 -Fərhad

050 311 13 57-Ramiz

050 783 50 01-Ələkbər"

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...











Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər
Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər
Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər
Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər
Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər
Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər
Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər
Dükanları sökülən Sahibkarlar Sumqayıt İcra Hakimiyyətini məhkəməyə verdilər









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru