Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                 

"Sahibkar deyir ki, xərcim çox çıxır, istəmirsən çıx get..." - PROBLEM
Tarix: 24-05-2021, 09:10 | Çap et
"Sahibkar deyir ki, xərcim çox çıxır, istəmirsən çıx get..."
Yaşıl çay sahəsindəyik. Çay yarpağı toplayan orta yaşlı bir kişiyə yaxınlaşırıq. Yorğun görünür. Günəşdən qorunmaq üçün başına kepka qoyub. O deyir ki, plantasiyada işləyən torpaq sahibləri ilə yanaşı adi fəhlələr də var:

“Biz adi fəhləyik”

Əli ilə yaxınlıqda yaşıl çay yarpağı toplayan qadınları göstərir.

Adi fəhlə ilə sahibkarın fərqi...

O, adi fəhlə ilə torpaq sahibi arasındakı fərqi belə izah edir:

“Hər ikisi sahədə yaşıl çay yarapğı toplayır. Amma fabrik yaşıl çay yarpağının 1 kiloqramını torpaq sahibindən 1 manat 20 qəpikdən, torpaq sahibi isə fəhlədən 25 qəpikdən götürür.”

Gündən qorunmaq üçün üzünü örtən və çay yarpağı dərən qadın da qiymətdən narazlığını gizlətmir:

“Hər birimiz 100 kiloqrama qədər yaşıl çay yarpağı toplayırıq ”

“Bu çay sahələri Astara rayonunn Kijabə qəsəbə və Lovayin kənd sakinlərinindir. Sakinlərin əksəriyyəti ehtiyac üzündən sahələrini satıblar. Biz də satmışıq. İndi çay sahəsini əlində saxlayan həmkəndlimin plantasiyasında çalışıram. Qızımla hər gün gəlib hər birimiz 100 kiloqrama qədər yaşıl çay yarpağı toplayırıq. Sahibkar məhsulun hər kiloqramına 25 qəpik verir. ”

O 25 qəpiyin az olduğunu düşünür:

“Sahibkar deyir ki, xərcim çox çıxır. İstəmirsən çıx get. Gərək qiyməti fabrik qaldırsın, mən də qaldırım. Günəmuzd işləyirik. Yenə fikirləşirsən ki,iş var. Fabirk pulu ödəyəndə, bizim də haqqımızı verirlər.”

İşinə davam edir. Deyir ki, günün sonuna qədər normanı yerinə yetirməlidir. Digər bir qadın söhbətə müdaxilə edir:

“Çay sahəsindən ildə 5 dəfə yaşıl çay yarpağı tədarük edilir ”

“Çay sahəsindən ildə 5 dəfə yaşıl çay yarpağı tədarük edilir. Məhsul yığımı 10-15 gün çəkir. Elələri var ki, təkbaşına 200 kiloqram yaşıl çay yarpağı toplaya bilir. Yaşıl çay yarpağın qiyməti bizi qane etmir. Mağazalarda ən ucuz quru çayın kiloqramı 10 manatdan yuxarıdır. Bizdən yaşıl çayı ucuz götürürlər, satışda isə quru çay dəfələrlə bahadır. İşə səhər saat 7-də gəlirik, axşam saat 8-də çıxırıq. Sahibkarlardan soruşun. Odur, özü də çay yığır. ”

Sahibkar qadın da yaşıl çay yarpağına fabriklərin qoyduğu qiymətdən narazı olduqlarını dedi. Onun sözlərin görə, bu barədə etirazlarını bildiriblər:

“Qiyməti onlar müəyyənləşdirir, biz yox ”

“Qiyməti onlar müəyyənləşdirir, biz yox. Lənkərandan da gəlirilər. Hansı fabrik istəyir gəlib aparır ”

Nənəsinə kömək etməyə gəldiyini deyən oğlan bütün gününü plantsiyada keçirdiyini bildirir.

Sahibkar Ramiz Hüseynov isə məhsulu ailə üzvləri ilə birlikdə topladığını deyir:

“Kijabə qəsəbəsindənəm.İki uşağım var. Özümün çay sahəm var. Məhsulu özümüz toplayırıq. Qiymət bizi qane etmir. Qiyməti 2 manata qaldırsaydılar yaxşı olardı. İşləməkdən əllərimiz qabar-qabardır. Ailəmi dolandıra bilirəm.”

Yerli quru çay satan mağaza sahibinin dediynə görə, may ayında yığılan çayın qiyməti bahadır:

“Kiloqramı 850 manata olan yerli quru çay da var. ”

“Ən ucuz quru çayın qiyməti 10 manatadır. May ayında yığılan çayların qiyməti daha yüksəkdir. Kiloqramı 850 manata olan yerli quru çay da var.İldə cəmi 10 kiloqram daxil olur.100 qramı 85 manatadır, 50 qramı 45 manata.Alanlar olur...”

Astara rayonunda 3 çay fabriki məhsul qəbul edir. Adının çəkilməsini istəməyən bir çay fabrikin mütəxəssisin dediyinə görə, qiymətlə bağlı narazılıqlar hər il olur:

“Bəlkə qiymətə yenidən baxdılar. Siz deyirsiz ki,mağazalarda yerli quru çayın 1 kiloqramını 850 manata satırlar? Bu ki, fantastik qiymətdir. Mayda yığılaraq emal olunan quru çayın bir kiloqramı bizə 15 manata başa gəlir. May ayında yığılan yaşıl çayın 4,2 kiloqramından 1 kiloqram quru çay əldə olunur. Bunun digər xərcləri də var.”

Amma məsələyə fabrik rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

“Ölkəmiz idxal məhsuldan aslıdır ”

İş adamı, iqtisadçı Rafiq Cəfərov-un sözlərinə görə, isə quru çay bazarında sabit qiymət yoxdur:

“Söhbət Azərbaycanda yığılan və emal olunan çaydan gedir. Ölkəmiz idxal məhsuldan aslıdır. Vaxtı ilə təkcə Astara rayonunda 7 min ton yaşıl çay yarpağı yığılardı. İllik gücü 3-4 min ton yaşıl çay yarpağı olan 4 fabrik fəaliyyət göstərirdi. Əmək qabiliyyətli əhalinin 30 faizi çayçılıqda çalışırdı. İndi ildə bizdə 500-600 ton yaşıl çay yarpağı istehsal olnur. Yerli quru çaylar kənardan gətirilən quru çaylardan dəfələrlə bahadır. Çaya təlabat böyükdür,istehsal isə az. Belə olan halda qiymət yüksək olmalı və bu sahədə çalışanlar yaxşı qazanc əldə etməlidirlər.”

Onun deməsinə görə, 1 kiloqram çay yarpağının toplanmasına görə,25 qəpik azdır :

“Yeni əkilən çay 7 ildən sonra məhsul vermyə başlayır”

“Yeni əkilən çay 7 ildən sonra məhsul vermyə başlayır. Biz 30 ilə yaxındır müstəqilik. Dağıdlmış çay sahələri indiyə kimi bərpa olumayıb. Bu o deməkdir ki, çayçılıqla bağlı qanunlar qəbul edilsə də dağıdılmış çay sahələrinin bərpa olunmasına maraq azdır.”

Astara Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov da deyir ki, qiymətə müdaxilə edə bilmirlər:

“Biz qiymətə müdaxilə edə bilmirik. Fəhlə sahibkarla, sahibkar fabriklə qiymət barəsində razılığa gəlirlər. Qiyməti onlar müıyyənləşdirir.”

Statsitik məlumata görə, ötən il Astara rayonunda 271 hektar çay sahəsindən 628 ton məhsul tədarük edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru