Bir dəfə də olsun icra başçısı onu qəbul etməyib... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 31-03-2021, 09:17 | Çap et
 Ağstafa sakini Eşqin Əliyev İkinci Qarabağ Müharibəsi zamanı Şuşa uğrunda döyüşlərdə yaralanıb. Döyüşdən kəllə-beyin travması və bədənindəki çoxlu qəlpələrlə qayıdıb. Əvvəllər Mərkəzi Hospitalda müalicə alıb. DİA.AZ xəbər verir ki, hazırda da ayda bir dəfə Mərkəzi Hospitala gedir, ona müalicələr təyin olunur, lakin keçmiş döyüşçü imkansızlıq üzündən müalicələrini davam etdirə bilmir: “Orda yalnız müayinə olunuram, resept yazılır, göndərirlər evə, deyirlər, müalicəni özün et. Mənim də imkanım yoxdur. Verdikləri reseptləri gətirib atıram evə... Hər gün üstümə təcili yardım gəlir, xəstəxanaları gəzdirirlər. Ağrıdan başımı divara vururam, qışqırıram, ağlayıram, əsəblərim pozulub, psixologiyam pozulub. Müharibə bitdi, dağılışdıq, hamı evinə kontuziyayla, bir yığın dərdlə qayıtdı, bir psixoloq qapını döymədi ki, mənim psixoloji sarsıntılarım azalsın. Biganə münasibət məni hər gün öldürür”. Eşqin Əliyevin 30 yaşı var. Müharibəyədək fəhləliklə məşğul imiş. İndi sağlamlığı işləməyə də imkan vermir. Üstəlik də ailə, məişət qayğıları onu sıxır: “Ailəliyəm, azyaşlı qızım var, heç bir maddi tələbatını ödəyə bilmirəm. Bir qardaşım var, o da ailəlidir, xəstədir, valideynlərim xəstədir, imkansızlıqdan anamı da müalicə etdirə bilmirdik, dayılarım Rusiyadan gəldi, götürüb apardılar yanlarına ki, müalicə etdirsinlər. Yaşadığım ev bərbad vəziyyətdədir. Dərdimi kimə deyim, bilmirəm”. Eşqin Əliyev əslində dərdini deməyə bəzi ünvanlara üz tutur, ancaq qapılar üzünə bağlıdır. Onun sözlərinə görə, müharibədən sonra dəfələrlə Ağstafa Rayon İcra Hakimiyyətinə gedib, icra hakimiyyətinin başçısıyla görüşmək istəyib, ancaq deyir, bir dəfə də olsun icra başçısı onu qəbul etməyib.
“Hər dəfə bir bəhanəylə qapıdan geri qaytarırlar, başçının yanına buraxmırlar. 15 gündür ki, ora da getmirəm. Bu boyda rayonun başçısı olan bəndə bir dəfə demir ki, mənim ərazimdə Şuşa döyüşçüsü, qazi var, bir görüm niyə gəlib, nə dərdi var... Evin çörək gətirəni mən idim, bütün qayğılar mənim üstümdə idi. Müharibəyə gedəndən valideynlərim kommunal borcları ödəyə bilməyiblər. O vaxtdan indiyə 500 manatadək qazpulu yığılıb. 60 manat işıqpulu borcumuz var. Hər gün işıq, qaz idarələrindən gəlirlər, işığı, qazı kəsməklə hədələyirlər. “Şuşanı aldıq, Qarabağı azad etdik” deyib qürurlanırlar, ancaq Şuşanı, Qarabağı alan oğlanlar sürünürlər, orda canını, gəncliyini, sağlamlığını itirənlərə sayğı deyilən şey yoxdur”, - qazi gileylənib. Eşqin Əliyev deyir ki, müharibədən qayıdandan sonra ailəsinə cəmi üç dəfə ərzaq yardımı olunub. Ərzaq bağlaması bir dəfə Heydər Əliyev Fondu, bir dəfə Ağstafa Rayon İcra Hakimiyyəti, bir dəfə isə hansısa şirkətdən gəlib. Ancaq qazi deyir, onun dərdi yemək yox, sağlamlığıyla bağlıdır. O, əsaslı müalicə olunmaq istəyir ki, yaşasın, çalışsın, ailəsinin yanında olsun...

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|