Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                     Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir .....                     Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... .....                     Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı .....                     Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! .....                     Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib .....                     Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                 

Vidadi Muradovun həbsinin ilginc detalları... - BÖYÜK YEYİNTİ...
Tarix: 14-01-2021, 08:58 | Çap et
Vidadi Muradovun həbsinin ilginc detalları...
“Azərxalça”nın rəhbəri Vidadi Muradovun qurumda baş verən korrupsiyaya görə həbsindən sonra onun digər qanunsuz əməllərinə dair də informasiyalar, iddialar yayılmaqda davam edir.

Muradovun adı Sumqayıtda tikilən yeni fabriklə bağlı qanunsuzluqlarda da hallanır.

Bildirilir ki, Sumqayıtda inşa olunan Yunəyirici-Boyaq Fabrikinin tikintisi zamanı böyük yeyintilərə yol verilib. Nəticədə fabrikin fəaliyyəti iflic duruma düşüb.

Fabrikdə bu sahədə dünyaca məşhur olan şirkətlərin son dərəcə qabaqcıl avadanlıqları deyil, daha çox geridəqalmış avadanlıqlar quraşdırılıb. Rəsmiləşmə zamanı isə avadanlıqların qiymətləri “şişirdilib”. Maraqlı məqamlardan biri də “Azərxalça” sədrinin ASC-yə auditorları buraxmaması ilə bağlıdır. Bildirilir ki, Vidadi Muradov 2016-2017 və 2018-ci illərdə ASC-də auditin keçirilməsinə razılıq versə də, sonradan bundan yayınıb. Sumqayıtdakı fabrikin tikintisi də 2019-cu ildə başlanıb və auditdən kənar qalıb. Dövlət büdcəsindən fabrikin tikintisinə və oradakı avadanlığın quraşdırılmasına 50 milyon manata yaxın vəsaitin xərcləndiyi də gələn məlumatlar sırasındadır. Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Yunəyirici Boyaq Fabriki hazırda iflic durumdadır. Fabrikin xammalla təchizatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Bir neçə ay yun tədarük edilib. Vidadi Muradovun ittiham üzrə “yediyi” vəsait Azərbaycan gerçəkliyində elə də böyük məbləğ sayılmır.

Baş Prokurorluğun mətbuat xidmətinin Vidadi Muradovun həbsi ilə bağlı yaydığı rəsmi məlumatda qeyd olunur ki, 9 dekabr 2016-cı ildən 31 dekabr 2019-cu ilədək olan müddətdə o, digər şəxslərlə qabaqcadan əlbir olub və “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul köçürüb. Həmin məbləğin 1 milyon 149 min manat olan hissəsini nağdlaşdırılmaqla mənimsəyib. Bundan başqa, Vidadi Muradov “Azərxalça” ASC-də toxunmuş xalçaları “Azər-İlmə” MMC-yə ucuz qiymətə satmaqla 339 min 427 manat əldə etməkdə ittiham edilir. Vidadi Muradovun ittiham edildiyi digər epizod isə belə görünür ki, onun həbsində həlledici rol oynayıb. İttihama görə, 28 mart 2019-cu ildə xarici bazarlarda qiyməti 800 min ABŞ dolları olan yun təmizləmə xəttinin alınması mümkün olsa da, Vidadi Muradov qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan Almaniyadakı şirkətlərdən biri 5 milyon 314 min avro olan podrat müqaviləsi bağlayıb. Yun təmizləmə xəttinin alınması üçün ilkin olaraq 1 milyon 800 min avro məbləğində pulu “Azərxalça” ASC-nin bank hesabından Almaniyadakı şirkətin bank hesabına ödəyib. “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf edib.

9 yanvar 2021-ci il tarixdə Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Şöhrət” ordenli Vidadi Muradov xalçaçı-ekspert, tarix elmləri doktorudur. O, 2016-cı ildə “Azərxalça” ASC-yə sədr təyin edilənə qədər ölkədə tanınan iş adamlarından olub. Xalça istehsalı və satışı ilə məşğul olan Vidadi Muradov “Azər-İlmə” Xalçaçılıq şirkətinin sahibidir. Eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komporativ tədqiqatlar kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür. O, 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində “İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərib. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan “Azər-ilmə” elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. “Azərxalça” ASC yaradılandan sonra qurumun idarə heyətinin sədri vəzifəsinə gətirilib.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru