Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                     "Bəli, Dədə Ələsgər solaxay olub" .....                     "Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" .....                     Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... .....                     “Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? .....                     Ərdoğanın əli havada qala bilər .....                     Qarşıda yeni hədəflər durur .....                     İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır .....                     "Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" .....                     "Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" .....                     “Hizbullah” İsraildən necə qisas alacaq? .....                     “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” .....                     Paşinyanın separatçılarla bağlı yeni planı: .....                     Vidadi İsgəndərli öldü .....                     Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                     Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                     “Azera Holdinq”də yeni təyinat .....                     Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı .....                 

Kənd sakinləri 8 aydır zavodun tozundan nəfəs ala bilmirlər - Müraciət
Tarix: 16-04-2019, 08:11 | Çap et
Kənd sakinləri 8 aydır zavodun tozundan nəfəs ala bilmirlər
Saatlı rayonunun Qıraqlı kəndinin sakini Şakir Hüseynov həyətində ağaclara sarmaşıq kimi dolanan pambıq liflərini göstərir. O bildirir ki, kəndlərində pambıq emalı zavodu açılandan sonra yaşayışları dəyişib: «Zavod işə düşəndən bəri gün-güzəranımız belədir. Səkkiz ay toz uduruq, uğultudan qulaqlarımız tutulur. Ardınca da təmir zamanı danq-dunq səsi əsəbilərimizi tarıma çəkir. Uşaq həyətdə oynaya, qadın bir iş görə bilmir. Yuyulmuş paltarlar, xalça-palaz qapalı yerdə qurudulur. Qapı-pəncərələri daim bağlamaq məcburiyyətindəyik. Evimizdə nə gecə rahat yata bilirik, nə də gündüz».
«Bizi aldatdılar ki, xalça kombinatı açılacaq»
Yaşlı sakinlərindən olan Tağı Zeynalov deyir ki, kəndin daxilindən zavoda yer ayrılanda narazılıqları yaranmasın deyə, onlara yalan məlumat veriblər: «Dedilər, burada xalça kombinatı tikiləcək. Fikirləşdik ki, qız-gəlinlərimiz üçün iş yeri olar. Bir də istifadəyə veriləndə bildik ki, bunlar xalı toxumur, pambıq əyirir. Həyat yoldaşım asma xəstəliyindən əziyyət çəkir, özüm yaşlı adamam. Bu pambıq zavodu bizi təmiz havadan məhrum edib. Ağaclarımız tozdan, əkinlərimiz zəhərli çöküntülərdən yanır, torpağımız, suyumuz çirklənir».

«Demirik ki, zavod bağlansın…»
Sakin Füzuli Əzimov da iddia edir ki, zavod rəhbərliyi istəsə, zərərli təsirlərin qarşısını ala bilər:
​«Biz demirik ki, zavod bağlansın. Amma onu belə işlətmək də düz deyil. Müasir dövrdə səs və toz udan texnoloji avadanlıqlar var. Düzdür, onları almaq, quraşdırmaq, istismar etmək xərc aparır. Amma insan mənafeyi, ətraf mühitin qorunması naminə bunlar edilməlidir».

Qıraqlı kəndinin başqa bir sakini Rafət Əsgərov da müəssisənin fasiləsiz işlədiyini iddia edir: «Bunlar üçün nə şənbə, nə bazar, nə də bayram günü var. Heç olmasa, həftədə bir-iki gün işləməsələr, həmin vaxt biz də istirahət edərdik».

Kənd sakinləri bildirirlər ki, üzləşdikləri problemi həm zavod rəhbərliyinin, həm də aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırıblar. Amma deyirlər ki, müraciətləri nəticəsiz qalır.
Zavod direktoru: «Yaxın vaxtda ölçü götürəcəyik»
«Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda «Aqro-Az» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri Vahid Hüseynov məlumat verib ki, 2011-ci ildə yaradılan müəssisədə 170 nəfər işçi çalışır. O, layihənin reallaşmasından ötrü 3 milyon manat güzəştli dövlət krediti, bəzi texnikaları isə lizinq yolu ilə aldıqlarını qeyd edib. Sahibkar həmçinin vurğulayıb ki, 2015-ci illə müqayisədə əkin sahələrini 4, xam pambıq tədarükünü 5, mahlıc ixracını isə 6 dəfə artırıblar. Rəsmi açıqlamalara görə, 2018-ci ildə «Aqro-Az» MMC 4 min 200 hektar sahədə yetişdirilən 9 min 960 ton məhsul qəbul edib.

Zavodun artan istehsalının fonunda ətraf mühitə zərərli təsirinə gəldikdə isə, «Aqro-Az» MMC-nin pambıq emalı zavodunun icraçı direktoru Yaşar Hüseynov deyib ki, bu problem cari il aradan qaldırılacaq: «Bizə də şikayət olunur. Yaxın vaxtda bir ölçü götürəcəyik. Ötən il tədarük olunan pambığın emalı başa çatıb. İstehsala bir də oktyabrda başlayacağıq. O vaxtadək tozuducu avadanlıq alıb quraşdıracağıq».
Ekologiya İdarəsi: «Bizə rəsmi qaydada müraciət olunsun»
AzadlıqRadiosunun sorğusunu cavablandıran 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Kənan Kərimli özəl müəssisələrdə öz təşəbbüsləri ilə yoxlama keçirə bilmədiklərini deyir: «Bildiyiniz kimi, 2015-ci ildən etibarən sahibkarlıq subyektlərində əsassız yoxlamalar qadağan edilib. Belə yoxlama bizə, yaxud nazirliyə vətəndaşların rəsmi müraciəti əsasında başlana bilər. Məsələn, bu yaxınlarda şikayət əsasında biz «MKT-İK» MMC-nin Sabirabaddakı pambıq emalı zavodunda monitorinq keçirdik. Yoxlama nəticəsində ətraf mühitə zərər vurma ilə bağlı iddia təsdiqini tapdı. Buna görə müəssisənin baş mühəndisini vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb etdik. Saatlı rayonunun Qıraqlı kəndindəki pambıq emalı zavodu ilə bağlı şikayət varsa, bu barədə bizə rəsmi müraciət olunsun. Belə müraciəti hər kəs edə bilər, şərt deyil ki, o kənddə yaşayasan».

QHT nümayəndəsi: «Təsirli tədbir görə bilmirlər»
«Aran» ekoloji maarifləndirmə İctimai Birliyinin sədri Nəsrəddin Kərəmov isə eyni problemin ölkənin əksər sənaye müəssisələrində mövcud olduğunu deyir: «Onların bir çoxu sovet hakimiyyəti illərində tikilib. O zaman ətraf mühitə olan zərərli təsirlər nəzərə alınmırdı. Amma artıq dövr, yanaşma dəyişib. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq haqqı əsas qanunumuzda- Konstitusiyada öz əksini tapıb. Bundan əlavə, ölkəmiz ekologiyanın qorunmağı ilə bağlı bir çox beynəlxalq müqaviləyə qoşulub. Təəssüf ki, yeni açılan sənaye müəssisələrinin də bəziləri yaşayış məntəqələri daxilində, yaxud onlara yaxın ərazidə tikilib. Üstəlik, onlar da ekoloji tələblərə əməl etmirlər. Bizdə hələ bu mədəniyyət formalaşmayıb. Sahibkarlar bu məqsədlə pul xərcləməyi izafi xərc hesab edirlər. Mən bu barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişəm. Aldığım cavablardan məlum olur ki, onlar da belə müəssisələrdə monitorinq keçirirlər. Amma, görünür, təsirli tədbir görə bilmirlər».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclis komitələrinin tərkibi bəlli olub
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru