Bakı Baş Gömrük İdarəsində ÖZBAŞINALIQ - İTTİHAM
Tarix: 1-01-2019, 12:25 | Çap et
Bakı Baş Gömrük İdarəsində sahibkarlar üçün süni maneələr yaradılır. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sahibkar Adil Haqverdiyev məlumat verib. Azərbaycanlı sahibkarın sözlərinə görə, 2015-ci ildə Türkiyədə qurduqları şirkət vasitəsilə dünyanın 4 ölkəsinə mebel ixrac edirlər: "Son zamanlar Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində sahibkarlığın inkişafına göstərilən dəstəyi, xüsusən də cənab prezidentin sahibkarlara dəstəyini, bu sahədə aparılan islahatları gördüyümüz üçün qərara aldıq ki, Türkiyədəki şirkətimizin burada nümayəndəliyini açaq. Bu yaxınlarda isə Türkiyədən ilk məhsularımızı ölkəyə gətirdik. Lakin hazırda gömrükdə malların qiymətləndirilməsi ilə bağlı çox ciddi problemlə qarşılaşmışıq. Bu təkcə bizim qarşılaşdığımız problem deyil, sahibkarların əksəriyyətinin üzləşdiyi problemdir”.
"Ölkəyə daxil olan məhsulun qiyməti ixracatçı şirkətə yerli şirkət (mənşə ölkə) tərəfindən verilən hesab-fakturada qeyd olunur” – deyən, həmsöhbətimiz bildirdi ki, bizim gömrük orqanları da beynəlxalq qaydalara riayət edərək bu qiyməti qəbul edirlər: "Ancaq daha sonra gömrük əməkdaşları məlumat bazasına müraciət edirlər və bildirirlər ki, bizim "bazadakı” qiymət sizin təqdim etdiyiniz qiymətdən yüksəkdir. Elə birinci problem budur. Gömrüyün məlumat bazası imkan vermir ki, sahibkarlar ölkəyə daha ucuz məhsullar idxal etsinlər. Biz buna etiraz etdik. Bundan sonra onlar bazar araşdırması apardılar. Bizim məhsul Azərbaycanda cəmi iki şirkətə satıldığı üçün bazarda yoxdur. Ona görə də girirlər "google” axtarış saytına, firmanın adını və markanı yazıb axtarırlar. İkinci ən böyük problem də elə budur. Axtarışı mənşəyi bilinməyən saytlar üzərindən aparırlar. Baxmırlar ki, bu nə saytdır, nə məqsədlə qurulub. Bizim məhsulun axtarışı zamanı cəm bir sayt tapıblar. Orda mənim 400 dollar qiymət qoyduğum bir malın oxşar modelini tapıblar ki, bu məhsulun qiyməti 24 min 500 lirəyədir. Bu da hardasa 5 min dollara yaxın bir məbləğdir. Sonra həmin məlumatı çıxarıb aparıb qoyurlar Bakı Baş Gömrük İdarəsinin rəisinin qarşısına ki, bəs gətirilən məhsulun qiyməti budur, real qiyməti isə bu. Halbuki belə bir hadisə olarsa, bu birbaşa cinayətdir. Mənə deyir ki, sənin rüsumun 30 faiz qalxmalıdır. O zaman ortaya belə sual çıxır. Əgər sən mənim malımın qiymətini mənşəyi bilinməyən bir veb-saytda 10 dəfə baha görürsənsə, onda niyə təklif edirsən ki, rüsumu 30 faiz artıq ödəyim. Məntiqlə rüsumu da 10 dəfə artırmalıyam axı. Bu məntiqsizliyin səbəbini soruşanda da deyirlər ki, biz sizə hörmət edirik”.
Sahibkar Adil Haqverdiyevin sözlərinə görə, mallar gəldikdən sonra təxminən 10 gün onların tələblərinin əsassız olduğunu izah eləməklə keçirmişəm: "Hətta onların tapdığı veb-sayta zəng edib danışmışam. Bildirirlər ki, sayta belə bir elanın necə qoyulduğunu xatırlamırlar və hazırda onlarda belə bir məhsul yoxdur. Nəhayət biz Bakı Baş Gömrük İdarəsinin rəisinə məktub yazdıq və bildirdik ki, qiymətləndirmə ilə bağlı gömrük əməkdaşlarının irəli sürdükləri iradlar əsassızdır. Bundan sonra bizə bildirdilər ki, malın qiymətini müəyyən etmək üçün ekspertizaya verməliyik. Halbuki, biz həmin malın qiymətini müəyyən etmək üçün lazım olan bütün sənədləri gömrük orqanına təqdim etmişdik. Üçüncü ciddi problem də ekspertiza ilə bağlıdır. Ekspert gəlib TIR-ın içərisində olan 80 fərqli mebel dəstinin içərisindən sadəcə 2 modelin – bir kreslo və bir divanın şəkilini telefonla çəkərək getdi. Soruşanda ki, siz tək şəkillə bu məhsulun qiymətini necə müəyyən edəcəksiniz. Bildirdi ki, mən mebelin rəngindən onun neçəyə satıldığını tapacam. Yəni, məsələyə qeyri-peşəkar yanaşdılar. Elə ekspertin gəldiyi nəticə də gömrüyün nəticəsi ilə üst-üstə düşdü. Dördüncü ən böyü problem kommunikasiya ilə bağlıdır. Gömrük Komitəsinə gedib problemi deyirsən, bildirirlər ki, bu bizlik deyil Bakı Baş Gömrük İdarəsində həll olunmalıdır. Beşinci ciddi problem savadsız və səriştəsiz kadrların olmasıdır. Altıncı problem isə odur ki, mən bir sahibkar kimi Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşüb problemlərimi ona çatdıra bilmirəm. Mənim malım 20 gündən artıqdır ki, ordadır. Yəqin ki, mənim kimi bir-neçə sahibkar da eyni problemlə qarşılaşıb. Lakin, rəhbərlik bir dəfə də maraqlanmır ki, bunların problemi nədir. Niyə bu mallar 20 gündür burda saxlanılır”.yeniavaz.com
VİDEO BURADA
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|