"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                     Leytenantın bəraəti ləğv olundu .....                     İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI .....                     Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb .....                     Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi .....                     Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı .....                     Ermənistanın ədliyyə naziri niyə istefa verib? .....                 

Ziya Məmmədovun adı keçən müəmmalı ölümlər - İLGİNC
Tarix: 19-11-2018, 09:02 | Çap et
Ziya Məmmədovun adı keçən müəmmalı ölümlər
2015-ci ildə vəzifəsini itirən sabiq nəqliyyat naziri Ziya Məmmədov sonuncu dəfə 1 ay əvvəl mətbuata danışıb. O deyib ki, hazırda istirahət edir. Niyə də etməsin? 13 il nazir olub, bu illər ərzində böyük var-dövlətə sahiblənib. Azərbaycandakı multimilyonçular sırasında ilk yerlərdə qərarlaşa bilib. O, nazir vəzifəsinə 2002-ci ildə təyin olunmuşdu. Həmin zaman Ziya Məmmədov, təbii ki, milyonçu yox, maksimum “yüzminçi” idi. Nazir postundan gedəndə isə o, büdcədən yayındırılan, oğurlanan vəsaitlər hesabına milyonçu idi...

Vəzifədə olduğu illərdə Ziya Məmmədov və ailəsi ölkə büdcəsindən maliyyələşən layihələri icra edən bir sıra şirkətlərə sahib idi. Bu şirkətlər sırasında nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “ZQAN Holdinq”, “Bank of Azerbaijan ASC”, Qarant Sığorta, “ZQAN Construction”, “AZBENTONİT”, “Goranboy Gips”, Göyçay Çınqıl Zavodu, “TransEuroCom”, “Delfin” və “Meridian” mehmanxanaları, “Royal Estate” daşınmaz əmlak şirkətlərinin adları çəkilirdi. Ümumilikdə isə Ziya Məmmədov vəzifədə olduğu illər ərzində onun adı daim qalmaqallarda, müəmmalı ölüm işlərində hallanıb.

Vəzifədən gedəndən sonra da adı mətbuatın gündəmindən düşməyib. Sonuncu dəfə Z.Məmmədovun adı İsveç məhkəməsində araşdırılan iş üzrə mətbuatda hallanmışdı. Məsələnin mahiyyəti bu idi ki, Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar “otkat” ötürülməsinə dair sövdələşmədə iştirak ediblər. İsveç məhkəməsi həmin vəzifəli şəxslərin kimliyini araşdırdığı bir vaxtda yerli mətbuatda həmin məmurların Ziya Məmmədov və onun müavini olmuş Arif Əsgərovun ola biləcəyi haqda iddialar yer alıb. Sonradan isə bu məbləğin 360 milyon olması açıqlanmışdı.

Ziya Məmmədovun ailə şirkətinin siyahılarında gözə çarpan şirkətlərdən biri də “Goranboy Gips”dir. Əvvəllər həmin şirkətin sahibi 1970-ci il təvəllüdlü Füzuli Şubay oğlu Qasımov idi. Ziya Məmmədov Fizulu Qasımovdan həmin şirkəti almaq istəyirdi, sonuncu isə şirkəti sıfırdan yaratdığını bildirməklə nazirin təkliflərini rədd edirdi. Z.Məmmədovun şirkəti ilə 3 illik məhkəmə davasından sonra 2015-ci il martın 11-də F.Qasımovun meyiti Bakıda, Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdəki iş otağında aşkarlandı. O, odlu silahdan ürək nahiyəsinə açılmış atəş nəticəsində həyatını itirmişdi. İş adamının ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandı və sonradan işə xitam verildi...

Beləliklə, Z.Məmmədovun ailə holdinqi Füzuli Qasımovun Goranboydakı gips karxanasını ələ keçirdi. Ölümündən 3 il əvvəl, 2012-ci ilin martında F.Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, nəqliyyat naziri Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin.

O dövrdə iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il 1 aprel tarixli sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik. Həmin vaxt nazirlə çəkişən iş adamı qəzetimizə bunları demişdi: “Biz bu torpaqları ermənidən almışıq. İndi də Ziya Məmmədov, onun oğlu Anar Məmmədov və ətrafları bu torpaqları əlimizdən almaq istəyir. Sovet vaxtı ”Goranboy Gips" ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. Bilmək istəyirəm ki, biz ermənilərlə üz-üzə gələndə Ziya Məmmədovun oğlu Anar Məmmədov harda idi? “Goranboy Gips” ASC-nin fəaliyyətdə olduğu ərazidəki gips karxanası 2006-cı ildə iki mərhələdə Füzuli Qasımovdan alınaraq “ZQAN holdinqə” daxil olan “Azbentonit” MMC-yə verilib. “ZQAN-ın tərkibindəki ”Azbentonit" MMC-yə dövlət zəmanəti ilə 52 milyon manat kredit ayrılıb. Yarandığı gündən “Azbentonit” MMC xammal olmadığına görə fəaliyyət göstərə bilmirdi. Buradakı gips mədənlərini ələ keçirib özlərinə məxsus zavodu xammalla təmin etməyə nail olmaq istəyirlər. Digər tərəfdən də, Ziya Məmmədov “Azbentonit”i yaratmaqla ölkədə gips məhsulları istehsalını monopoliyaya almaq istəyir. Onların bu planları isə bizim kimi fərdi sahibkarların sıradan çıxarılmasından keçir".

Bu gün F.Qasımov dünyada, onun “Goranboy gips”in karxanası isə artıq Ziya Məmmədovda deyil. Ziya Məmmədovun vəzifə pillələrində irəlilədiyi illərdə belə ölümlər az olmayıb.

“Yeni Müsavat”ın 23.06.2010-cu il tarixli sayında “Ziya Məmmədovun adı şübhəli ölüm işində” sərlövhəli yazıda Dövlət Dəmir Yol İdarəsinin rəisi işləmiş Adil Məmmədovun müəmmalı ölümündən söhbət gedirdi. Bu haqda qəzetə açıqlama verən A.Məmmədovun qardaşı F.Məmmədov bunları demişdi.

Sitat: “Adil Moskva Dəmir Yol İnstitutunu qırmızı diplomla bitirdi. 80-ci illərin əvvəllərində Bakıya qayıdaraq Dövlət Dəmir Yol İdarəsində (DDYİ) işə düzəldi. Həmin vaxt indiki nəqliyyat naziri Ziya Məmmədov da həmin idarədə depoda işləyirdi. Bildiyimə görə, Ziya Məmmədov institutu qiyabi, güc-bəla ilə 10-11 ilə bitirib. 90-cı ilin əvvəllərində Dövlət Dəmir Yol İdarəsinin tabeçiliyində ”Azərreyl" şirkəti yaradılıb. O vaxt bu şirkəti MDB məkanında Boris Berezovski təsis etmişdi. Adildən əvvəl həmin şirkətin prezidenti Bəhram adlı şəxs olub. Adil isə onun müavini idi. 1999-cu ildə Adil həmin şirkətin prezidenti oldu. Ziya Məmmədov Dəmir Yol İdarəsinə rəis təyin ediləndən sonra qardaşımla münasibətləri pisləşdi. Bundan sonra Adil Məmmədov “Azərreyl” prezidenti vəzifəsini itirdi. Adil 1999-cu ildə “Azərreyl” şirkətində mühasib işləyən Şəlalə Rəhman qızı Verdiyeva ilə ailə qurmuşdu. Adil gec evləndi... 2004-cü il iyul ayının 15-də gecə Adilin səhhəti Mərdəkandakı bağ evində qəfil pisləşib. Həmin gecə intuitiv olaraq nəsə hiss etdiyimdən Adilin mobil telefonuna zəng etdim. Bunu lazım olsa rəsmi qurumlar yoxlaya bilərlər. Həmin vaxt Adilin yaxın dostları da ona zəng ediblər, amma telefona cavab verən olmayıb. İyulun 16-da axşamtərəfi eşitdim ki, qardaşım dünyasını dəyişib. Bakıya gəldik. “Göy məscid”də meyiti ekspertizadan keçirmədən kəfənə bükülmüş vəziyyətdə bizə təhvil verdilər. Biz də meyiti Qubaya aparıb orada dəfn etdik. Deyilənə görə, Adil vəziyyəti pisləşəndən bir neçə saat sonra Mərdəkandakı Kordioloji Mərkəzə gedib və orada ona iynə vurublar. Vəziyyəti yaxşılaşsa da, sonradan qəfildən ölüb".

F.Məmmədov qardaşının ölümü ilə bağlı bir neçə müəmmalı məqama toxunmuşdu. Onlardan ən sensasionu və diqqət çəkəni sabiq nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır. F.Məmmədov demişdi ki, qardaşının həyat yoldaşı söhbət zamanı ona Adilin Ziya Məmmədov tərəfindən öldürüldüyünü deyib.

Sitat: “Mən Şəlalədən niyə telefona cavab vermədiyini və vaxtında təcili yardım çağırmadığını soruşanda o, rusca ”Eqo Ziya ubil da" deyə cavab verdi".

F.Məmmədov qardaşının ölümündən sonra hüquq-mühafizə orqanlarından heç kimin ölüm işi ilə bağlı onları dindirmədiyini də demişdi.

Sitat: “Qardaşımın ölümündə bir neçə şübhəli məqamlar var. Hamı deyirdi ki, Adili öldürüblər...”

Z.Məmmədovun Cəmil adlı cangüdəni isə vaxtilə Salyanın Qaraqaşlı kəndində yaşayıb. O, nazirin mühafizəsindən ayrılandan sonra ciddi təqiblərə məruz qalıb. Onu uzaq Sibirdə aşkarlayıb qətlə yetiriblər.

2014-cü il iyulun 11-də sabiq nazirin oğlu A.Məmmədova məxsus “Garant Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın meyiti yaşadığı ünvanda aşkarlanmışdı. Salyandan olan bu xanımın evində usta işləmiş şəxs tərəfindən öldürüldüyü açıqlanmışdı...

2008-ci ildə isə Ziya Məmmədovun şəxsi mühafizəçisi Eldəniz Qurbanov də qətlə yetirilib. Onun ölümü də müəmmalı olaraq qalır, qatilləri tapılmayıb...

Ziya Məmmədov vəzifədə olduğu müddətcə “ZQAN Holdinq” ölkədə ən məşhur şirkətlərdən biri idi. Beynəlxalq telekanallar Azərbaycanda korrupsiyaya həsr olunmuş verilişlərdə Ziya Məmmədovun şirkətindən bəhs edir, şirkətin adındakı hərflərin nəqliyyat nazirinin ailə üzvlərinin adlarının baş hərflərindən ibarət olduğunu vurğulayırdılar. Həmin dövrlərdə Nəqliyyat Nazirliyinin sifarişi ilə avtovağzal tikintisinə xərclənən böyük pullardan da söz açılırdı. O avtovağzala ki, onu da elə ZQAN tikmişdi və tikinti zamanı böyük korrupsiya əməllərinə yol verildiyi haqda bu günə qədər təkzib edilməyən məlumatlar yayılmışdı. Hazırda Londonda məskunlaşmış nazirin oğlu Anar Məmmədov da “ZQAN Holdinq”in prezidenti idi. Təqdimat mərasimlərində Anar Məmmədov holdinqin rəqabət davamlılığından ağız dolusu danışırdı. Hərçənd ki, hamıya gün kimi aydın idi ki, holdinqin yaranması, ayaqda qalması Ziya Məmmədovun nazir kreslosunun verdiyi imkanlara dayanırdı. Ziya Məmmədov vəzifədən gedəndən sonra holdinq də, onun sahibləri də olmayacaq. 2015-ci ildə belə də oldu. Ziya Məmmədov sadə vətəndaş statusuna gətirilməmişdən öncə artıq Anar Məmmədovun sorağı ölkə hüquqlarından kənarda gəlirdi...

Bu gün isə Ziya Məmmədov istirahət edir, vəzifədə olduğu müddətdə onun sərvətinə çevrilmiş büdcə pullarından xərcləməkdə davam edir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Bu gün, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Bu gün, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Bu gün, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Bu gün, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Bu gün, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Bu gün, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Bu gün, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Bu gün, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Bu gün, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Bu gün, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Bu gün, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Bu gün, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Bu gün, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Bu gün, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Bu gün, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Bu gün, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Bu gün, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Bu gün, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Bu gün, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Bu gün, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Bu gün, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Bu gün, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Bu gün, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Bu gün, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Bu gün, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Bu gün, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Bu gün, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Bu gün, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Bu gün, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Bu gün, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Bu gün, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Bu gün, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Bu gün, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Bu gün, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Bu gün, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Bu gün, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Bu gün, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru