Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                 

Məhkəmə hakimindən prezidentə şikayət olundu... - Müraciət
Tarix: 1-11-2018, 09:13 | Çap et
Məhkəmə hakimindən prezidentə şikayət olundu...
Rubrika.Az saytında 8 oktyabr 2018-ci il tarixində Maşallah Bayramov və Cəmil Ələkbərovun müraciəti əsasında “Həkimlə hakimin iş birliyi” başlıqlı yazı dərc olunmuşdu. Bir daha xatırladaq ki, şikayət məktubunda C. Ələkbərov bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldığını, bunun faktlarla tam sübuta yetirilməsinə baxmayaraq, məhkəmənin işi birtərəfli apardığını, onu aldadan şəxsləri müdafiə etdiyini bildirir.
C. Ələkbərov bildirir ki, “Bakı Medikal Plaza” Klinikası baş həkiminin sabiq müavini Qasımov Feyzulla və onun oğlu-qanunsuz hüquq xidmətləri göstərən, özünü hüquqşünas kimi təqdim edən, əvvəllər də dələduzluğa görə həbs olunan, hal-hazırda Bakı Şəhər Baş Polis İdarəsində barəsində dələduzluq maddəsi ilə istintaq gedən Rafael Qasımov əvvəlcədən əlbir olaraq onu və atasını vakansiya elan olunan yüksək vəzifələrə işə düzəltmək adı ilə aldadaraq 50 min dollar pulu öz kabinetlərində ondan alıblar. Feyzulla Qasımov zərərçəkənlərin etimadını qazanmaq üçün “əlim hər yerə çatır, Səhiyyə naziri ilə bağda tez-tez görüşürəm, oğlum Rafael hüquqşünas işləyir, sənədləşmə işlərində bizə kömək edəcək. Onun özünü də bu yaxınlarda icra başçısı qoyacaqlar, əmrin gözləyirik” deyərək onları aldadaraq əvvəlcədən planlaşdırılmış ssenari üzrə pullarını almışdır. Daha sonra zərərçəkənlər filmlərdə olduğu kimi növbəti aldatma səhnəsi ilə üz-üzə qalıblar. Özünü Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi Gülmirzə Poladov kimi təqdim edən şəxs Hüseyn Ələkbərova (C.Ələkbərovun atası) dəfələrlə zəng vuraraq Feyzullanın xahişi əsasında bu işlə məşğul olduğunu, nazirin də məsələdən xəbərdar olduğunu və bu yaxınlarda onları qəbul edəcəyini bildirib. F. Qasımov dəfələrlə onları nazirin qəbulu adı ilə Səhiyyə Nazirliyinə göndərib, lakin zərərçəkənlər saatlarla orda gözləməli olsalar da , sonra “nazirin qonağı var ,qəbul qaldı başqa vaxta” bəhanəsi ilə əliboş geri dönməli olublar. Lakin Gülmirzə Poladovun zəngləri və qurulan tamaşa nəticəsiz qalmayıb- zərərçəkənlər inanaraq 50 min dolları F. Qasımova veriblər. Pulu aldıqdan sonra G. Poladovdan zənglərin kəsildiyini görən zərərçəkənlər şübhələniblər və məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyinə gediblər. Bu zaman aydın olub ki, əslində onlara zəng edən heç G. Mirzəyev deyilmiş. “G.Poladovun otağına yaxınlaşıb hər dəfə bizə zəng olunan nömrəyə zəng vuranda telefonda cavab verənin əsl G.Poladov olmadığını başa düşdük. Çünki əsl G.Poladov otağında öz müavini ilə söhbət edirdi. Biz aldadıldığımızı anladıq. Məlum oldu ki, bizə G.Poladov adı ilə zəng vuran Feyzullanın hüquqşünas oğlu Rafael Qasımovdur. İfşa olduqlarını görən dələduz ata-bala yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başladılar.”
Zərərçəkənlərin şikayəti əsasında Xətai RPİ-də cinayət işi başlansa da cinayətkarlara qarşı heç bir tədbir görülməmiş, onlar azadlıqda qalmağa davam ediblər. Heç bir tədbir görülmədiyi üçün bu dəfə C. Ələkbərov Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edib, 2 dəfə özünün, müavinlərinin qəbulunda olub. Nəticədə iş Xətai RPİ-dən alınaraq Bakı şəhəri Baş Polis İdarəsinə verilib. Müstəntiq Rauf Məmmədov işə yenidən baxaraq cinayəti tam sübuta yetirib və Feyzulla Qasımov həbs olunub. İşin ssenari üzrə getmədiyini görən dəstənin başqa bir üzvü prosesə qoşulub. “Feyzullanın kürəkəni, BDU-nun hüquq fakültəsinin sabiq dekan müavini, professor Məhəmməd İmanlı prosesə qoşuldu. Məhəmməd İmanlı Bakı Şəhəri Baş Polis İdarəsinə gələrək müstəntiqin yanında cinayəti etiraf etdiyini və dəymiş 50 000 dollar ziyandan 20000 AZN ödəmək istədiyini, qalan pulu isə 1 aya ödəyəcəklərinə dair yazılı iltizam verdi. Nəticədə mən Feyzulla Qasımovun ev dustaqlığına buraxılmasına etiraz etmədim və o ev dustaqlığına çıxdı.”-deyə C. Ələkbərov bildirir.
F. Qasımov ev dustaqlığına çıxdıqdan sonra pulu ödəməkdən qəti şəkildə imtina edir. Məhəmməd İmanlı isə bildirib ki, “Feyzullanı türmədən çıxarmaq üçün belə etdik, sənə veriləsi pul yoxdur. Get bildiyini elə.” Şikayətçilər bildirir ki, ibtidai istintaq zamanı işin məhkəməyə getməməsi, həmçinin Feyzulla Qasımovun guya adına xələl gəlməməsi üçün onlara F. Qasımovun kürəkəni Məhəmməd İmanlı və oğlu Qasımov Rafael tərəfindən 30000 AZN pul ve mülki qaydada borc müqaviləsi təklif olunub. Onların növbəti ssenarisinə görə bu yolla cinayət işi polis idarəsində xitam olunmalı idi. Lakin bu dəfə zərərçəkənlər növbəti tələyə düşmür və qurama borc müqaviləsini imzalamaqdan imtina edərək pulun tamamını- 57552 AZN-i tələb edir.
C. Ələkbərov bildirir ki, bu dəfə ona təzyiqlər etməyə başlayıblar: “Razı olmayacağım təqdirdə bu 30000 AZN - i hansı hakimin qarşısına qoysalar Feyzullanı təmizə çıxaracağını, onların sözü ilə desək " açıb buraxacağını" dedilər.
Şikayətçilər Cəmil Ələkbərov və Maşallah Bayramov bildirir ki, Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə artıq bir ilə yaxındır ki, işə baxılsa da proses artıq demək olar ki, heç kəsə məlum olmayan səbəblərdən qəsdən uzadılır, süründürməçilik baş alıb gedir. Məhkəmə artıq yekunlaşsa da 2 aydır ki, çıxışlar mərhələsi uzadılır. Artıq dövlət ittihamçısı çıxış edərək dələduzluq faktının dəlillərlə sübuta yetirildiyini bildirərək 6 il həbs cəzası tələb edib. Lakin, məhkəmə prosesi “ötür-ötür” oyununa çevrilib, hər dəfə bir bəhanə ilə məhkəmə prosesi təxirə salınır.
“Süründürməçilik artıq bizi cana gətirib. Artıq bizdə belə qənaət yaranıb ki, Rafael Qasimovun mənə dediyi “Cəmil 30000 manat pulu götürüb bizdən əl çək, Məhəmməd İmanlı professordu, məhkəmə işçiləri hamısı onun tələbələri, dostlarıdır. Bu pulları hansı hakimin "qabağına atsa" atamı buraxacaq” sözləri içimizdə çox ciddi şübhələr yaradır. Çünki, dələduzluq faktı təkzibolunmaz dəlillərlə sübuta yetirilsə də məhkəmə açıq aşkar qarşı tərəfi müdafiə edir, işi qəsdən uzadır. İşin bu qədər uzadılmasının bir tərəfi də odur ki, müddət F. Qasımovun həbs müddətindən gedir. Qeyd etdiyimi kimi, hakim Cavid Hüseynovun məhkəmə prosesinə müdaxilə edə bilməsək də açıq şəkildə prosesin uzadılmasını açıq büruzə verir. Məhəmməd İmanlı prosesin belə gedişatından “ilhamlanaraq” deyir ki, məhkəmədə tamamilə bəraət alacam, hətta Cəmilə verdiyim 20 min manatı da geriyə alacam.
Onlar hər vasitə ilə şahidə təzyiq edirlər ki, öz ifadəsini dəyişsin. Şahidi dilə tutur, qorxudurlar ki, pulu F. Qasımova yox, Cavanşir adlı şəxsə verdiyini desin və bu yolla onu xilas etsinlər. Lakin, şahid faktı təkzib etmir və ifadəsini dəyişmir”-deyə şikayətçilər bildirirlər.
Redaksiyamıza zərərçəkənlər tərəfindən təqdim edilən səs yazısında Məhəmməd İmanlının şahidi dilə tutması öz əksini tapıb. Səs yazısında M.İmanlı şahidə bildirir ki, F.Qasımovu xilas etmək üçün o, pulu Cavanşirə verdiyini desin. Şahid isə bildirir ki, F. Qasımovla görüşəndə o pulların məhz ona neçə dəfəyə, harada, necə verildiyini bildirəcək. Şahid israr edir ki, “mən əsl həqiqəti F. Qasımova deyəcəyəm ki, pul sənə verilib, harada verilib, necə verilib.” Səs yazısında M. İmanlı vaxtın daraldığını, F. Qasımovun xilasının məhz şahidin ifadəsini dəyişməyində olduğunu həyacanla bildirir.
Şikayətçilər bildirir ki, onlar bu mütəşəkkil dəstənin heç də ilk qurbanları deyillər. Onların qurbanlarından biri də Vidadi Axundov olub. Onun şikayətindən sonra Rafael Qasımov Nəsimi RPŞ tərəfindən həbs olunub və dəymiş ziyanı ödəndikdən sonra ev dustaqlığına buraxılıb. Bu dəstənin daha bir qurbanı isə Dilqəm Eyvazovdur.
Qeyd edək ki, onlar digər zərərçəkən Maşallah Bayramovun oğlunu Prezident Aparatına işə düzəltmək adı ilə 34.000 ABŞ dolları pulunu almışlar. Bu faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində istintaq gedir. Lakin şikayətçilərin bildirdiyinə görə, onlara məlum olmayan səbəbdən bu “istintaq işi” də uzadılır.
“Biz ölkə başçısına, Birinci Vitse-prezident Mehriban xanıma, bütün hüquq-mühafizə orqanlarına müraciət edirik. Bu təhlükəli dəstəyə “dur” deyilməyənə qədər onların qurbanlarının sayı hər gün çoxalacaq. Hələ çox günahsız insanlar onların toruna düşərək qurban gedəcək. Yenə də qeyd edirəm ki, özləri dedikləri kimi artıq hakimlə də “anlaşmaya getməsi” bir insan olaraq mənim də içimdə şübhələr yaradır. Əks təqdirdə nədən sübuta yetirilmiş cinayət əməli C. Hüseynov tərəfindən aylardır ki, uzadılır. Bəlkə hakmiə bu qədər dələduzluq faktı azlıq edir, o yeni qurbanların olmasını da arzulayır.
Xahiş edirik ki, məsələni nəzarətə götürəsiniz. Onların azadlıqda qalması neçə-neçə vətəndaşın növbəti “qurban” olması təhlükəsini yaradır!” deyə müraciət müəllifləri kömək istəyirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru