Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                 

Nazirliklər birləşdirilir, komitələr ləğv edilir - Gözlənilən qərara bir addım
Tarix: 19-04-2018, 08:47 | Çap et
Nazirliklər birləşdirilir, komitələr ləğv edilir
Seçkilərdən sonra hökumətin tərkibində dəyişikliklərin olacağı istisna edilmirdi. Ehtimal olunur ki, kadr islahatları ilə yanaşı struktur islahatlarına da geniş yer veriləcək. Xüsusilə də Nazirlər Kabinetinin tərkibində yer alan 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi olmaqla ümumilikdə 35 dövlət strukturunun sayının azaldılması gözlənilir. Ən çox gözlənilən bir sıra nazirliklərin ləğv olunacağı və ya aidiyyatı üzrə səlahiyyətlərinin digər qurumlara veriləcəyidir.

Maraqlıdır, bəs hansı qurumların ləğv olunması daha real görünür?

Struktur islahatlarının “qurbanına” çevriləcək qurumlardan biri kimi ilk sırada Mədəniyyət və Turizm Nazirliyinin adı çəkilir. Nazirliyin ləğv olunaraq səlahiyyətlərinin digər qurumlara veriləcəyi gözlənilir. Belə ki, nazirliyin balansında olan turizm sahəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcəyi istisna edilmir. Məlumatlarda qeyd olunur ki, mədəniyyət sahəsi ilə bağlı isə ayrıca komitə yaradılacaq. Beləliklə də Mədəniyyət və Turizm Nazirliyi struktur islahatlarının ilk hədəfi kimi görünür. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bir sıra mərkəzlər hələ 2016-cı ildə regional idarələrin balansına verilib. Digər bir ehtimal isə adıçəkilən nazirlikdən turizm sahəsinin alınaraq müstəqil nazirliyə çevriləcəyidir. Məlumdur ki, turizmin qeyri-neft sektorunda özünəməxsus payı var. Bu sahənin inkişafı üçün müəyyən addımlar atılsa da, gözlənilən nəticəni almaq mümkün olmayıb. Xüsusilə, bölgələrdə turizmin inkişafı ləngiyir. Bu sektorun inkişafını stimullaşdırmaq üçün yeni nazirliyin yaradılmasına ehtiyac olduğu deyilir. Eyni zamanda ekologiya sahəsinin də yeni yaradılacaq nazirliyə veriləcəyi haqqında fikirlər səsləndirilir. Yeni nazirliyin isə Turizm və Ekologiya Nazirliyi adlanacağına dair fikirlər var.

Kənd Təsərrüfatı Nazirliyinin də ləğv olunacağı nəzərdə tutulur. Qurumun səlahiyyətlərinin bir hissəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcəyi gözlənilir. Son zamanlar mediada və sosial şəbəkələrdə KTN ilə bağlı kifayət qədər neqativ məlumatlar yayılır. Qeyd edək ki, nazirliyinin fəaliyyəti qənaətbəxş hesab olunmur. Bu da KTN-nin ləğv olunacağı ehtimalını artır.

Struktur islahatları çərçivəsində Nazirlər Kabinetinin tərkibində yer alan komitələrin də ləğv olunaraq səlahiyyətlərinin aidiyyatı üzrə digər nazirliklərə birləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibində hazırda Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Diaspor ilə İş üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi olmaqla 9 komitə fəaliyyət göstərir.

Komitələrdən ləğv olunmağa “ən real namizəd”in isə Dövlət Gömrük Komitəsi olacağı gözlənilir. Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra Gömrük Komitəsinin də onun səlahiyyətlərinə veriləcəyi deyilirdi. Ümumiyyətlə, son illər gömrük sahəsində baş verən xoşagəlməz hallar və bunun tez-tez ictimailəşdirilməsi bu birləşmənin real olduğunu gücləndirir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə Bakı şəhər İcra Hakimiyyətinin tərkibində bir şöbə kimi fəaliyyət göstərəcəyi deyilir.

Son zamanlar ən çox gündəmdə olan qurum isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Bu qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir. Qeyd edək ki, belə bir təcrübə artıq var. 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.
Diaspor fəaliyyəti də qənaətbəxş hesab olunmur. Bu baxımdan Diaspor ilə İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinə birləşdirilməsi məqbul hesab olunur. Qeyd edək ki, bu məsələ ilə bağlı bir çox rəsmi şəxslər, deputatlar da fikirlərini bildiriblər. Onlar Diaspor ilə İş üzrə Dövlət Komitəsinin XİN-nin balansına verilməsini vacib sayıblar.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində isə hələ 2015-ci ildən müəyyən ixtisarlara başlanılmışdı. Məlumatlara görə həmin vaxt Komitənin tərkibə daxil olan bir çox idarələrdə çalışan işçilər kütləvi şəkildə işdən azad edildi. Ancaq Komitə hələ də öz fəaliyyətini davam etdirir. Ehtimallara görə, Komitənin tərkibində olan idarələr ayrı-ayırılda aidiyyatı üzrə nazirliklərin balansına veriləcək. Komitə isə ümumilikdə ləğv olunacaq.
Ümumiyyətlə, Azərbaycanda nazirliklərin, komitələrin birləşdirilməsi və ya ləğv olunması təcrübəsi mövcuddur və bunun effektiv olduğu görünür. Məsələn, Nəqliyyat Nazirliyinin ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra nəqliyyat sahəsindən şikayətlərin sayı azalıb. Bu da prosesin gələcəkdə də davam etdirilməsini zəruri edir.

Təhsil və səhiyyə sahəsində də struktur islahatlarının aparılacağı gözlənilir. Hesab edilir ki, Təhsil Nazirliyinin adı dəyişdiriləcək, səlahiyyətləri artırılacaq. Səhiyyə Nazirliyində də struktur islahatları gözlənilir. Nazirliyin tərkibdə fəaliyyət göstərən bir neçə idarə və şöbələrin ləğv olunacağı, mərkəzləşdirilmiş sistemə keçiriləcəyi deyilir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru