Həbs və əmlakının müsadirəsi də istisna deyil - İDDİA
Tarix: 23-12-2017, 10:22 | Çap et
Fazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından sonra onun yaxın çevrəsindən olan digər məmurların da eyni aqibəti yaşaması zaman məsələsidir. Təcrübə göstərir ki, F.Məmmədov kimi özünü gözdən salan məmurlar tutduqları vəzifədən uzaqlaşdırıldıqdan sonra onlara yaxınlıqlarına görə vəzifə alan qohum-dostları da tədricən öz mövqelərini itirirlər.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun timsalında biz bunun əyani şahidi olmaqdayıq. Onun vəzifəsini itirməsindən sonra yaxın çevrəsinə daxil olan və müxtəlif dövlət orqanlarında yüksək vəzifə tutan şəxslər də yavaş-yavaş postlarını itirirlər. Eyni aqibətlə Fazil Məmmədova bağlı məmurların da üzləşəcəyi artıq heç kimdə şübhə doğurmur. Xüsusilə vergilər kimi strateji və qeyri-qanuni gəlir imkanları son dərəcə geniş olan bir sahənin başçısı olaraq F.Məmmədovun 4,5 milyard dollara yaxın vəsaitin ölkədən çıxarması faktının gündəmə gəlməsindən sonra sabiq nazirin özü və yaxın çevrəsi üçün böyük təhlükənin yarandığını söyləmək mümkündür.
Heç kimə sirr deyil ki, vergi sistemində korrupsiya, sahibkarların incidilməsi, vergi yükünün qəsdən şişirdilərək onların rüşvət verməyə sövq edilməsi kimi hallar geniş yayılmışdı. İş o yerə çatmışdı ki, sahibkarlar qanuni vergilərini ödəyərək fəaliyyət göstərməkdənsə, rüşvət verib qanunsuz fəaliyyət göstərməyə üstünlük verirdilər. Vergi orqanlarının “payını” verməyən sahibkar barəsində dərhal istintaq başladılır, yaxud yüz cür bəhanələrlə məhkəməyə verilirdi. Təsadüfi deyil ki, Ali Məhkəmə bu yaxınlarda statistikanı açıqlayaraq, vergi orqanlarından şikayət edənlərin böyük əksəriyyətinin məhkəmə prosesindən qalib ayrıldığını elan etmişdi. Bu, ən üst məhkəmə qurumunun vergi orqanlarının qanunsuz iddialarını rədd etməklə sahibkarların, sadə vətəndaşların hüquqlarının bərpa olunmasına yardım göstərməsi ilə yanaşı, həm də vergi sistemindəki durumu ortaya qoyan bir faktdır.
Zaman keçdikcə, F.Məmmədovun 17 il ərzində vergi sisteminə rəhbərlik edib, bu sistem vasitəsilə əldə etdiyi milyardlarla manatı tək xərcləmədiyi üzə çıxır. Məlum olur ki, sabiq nazir Azərbaycandan nə az, nə çox - düz, 4,5 milyard manatı çıxarmağa nail ola bilib. Bu zaman ona yardım edənlər də olub ki, onlardan birinin də yeznəsi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olduğu deyilir.
Xatırladaq ki, Binəqədi Bakı şəhərinin böyüklüyünə və əhali sayına görə 2-ci rayonudur. Rayon ərazisində yaşayan daimi əhalinin sayı 263 100, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxın təşkil edir. Rayonun inzibati ərazisində 5 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May qəsəbələri, 4 mikrorayon - 6, 7, 8 və 9 mikrorayonlar mövcuddur.
Və bu rayonda icra hakimiyyətinin qanunsuzluqları ilə bağlı vətəndaş narazılıqları həmişə yüksək olub. Ölkə mətbuatında X.İsgəndərovun qanunla bir araya sığmayan fəaliyyətləri barədə məlumatlar müntəzəm olaraq dərc edilsə də, illər boyu məhz qaynı olan vergilər nazirinin sayəsində ona toxunulmayıb.
Tərcümeyi-halından görünür ki, X.İsgəndərovun vəzifə yüksəlişi məhz F.Məmmədovun nazir təyinatından sonra başlayıb. 2000-ci ilədək ticarətçi, müəssisə rəhbəri olan icra başçısı 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələri tutub.
Bu, X.İsgəndərovun adi ticarətçidən icra başçısı vəzifəsinə necə gedib çıxdığını göstərən, bu yüksəlişdə qaynının dəstəyindən geninə-boluna yararlanmasından xəbər verir. Bu yararlanma hər sahədə özünü göstərib: mətbuatda gedən məlumatlardan aydın olur ki, Binəqədi rayonu ərazisində bir toyuq hini belə başçının haqqı ödənilmədən inşa olunmur. Hər tikili üçün xüsusi məbləğlər müəyyənləşdirilib: birmərtəbəli evlərin qiyməti ayrıdır, avtomobil qarajınınkı ayrı, 2 və daha çox mərtəbəli evlərinki ayrı. Lakin bu haqq X.İsgəndərovun Binəqədi ərazisində özü və qaynı üçün tikdirdiyi qoşa villalara aid olmayıb.
X.İsgəndərovun cəzadan yayınmağı bacardığı ən ağır iş, əlbəttə, 2015-ci ilin mayında rəhbəri olduğu rayonun ərazisindəki binada baş verən və 15 nəfərin ölümünə səbəb olan dəhşətli yanğın hadisəsidir. Həmin vaxt icra başçısı yanan binaya çəkilən üzlüklərlə bağlı mərkəzi dövlət qurumlarının rəy verdiyini açıqlamaqla məsuliyyəti boynundan atmağa çalışdı. Yenə də nazir qaynının sayəsində günahı onun keçmiş müavininin üzərinə atmağa nail ola bildi. Halbuki rayon ərazisində nəinki 16 mərtəbəli böyük bir binanın başdan ayağa üzlənməsi, heç bir metr yola yeni asfaltın salınmasının belə başçının məlumatı olmadan aparılmasının qeyri-mümkün olduğu hamıya aydındır.
Yanğın cinayətindən əlavə, X.İsgəndərovun adının nazir qaynı ilə birlikdə ölkədən xaricə pul çıxarılmasında da hallanması icra başçısının durumunun heç də ürəkaçan olmadığından xəbər verir. Artıq X.İsgəndərovun himayədarı vəzifədən alınıb, özünün azadlıqda qalıb-qalmayacağı sual altındadır. Ehtimallar daha çox tezliklə F.Məmmədovun topladığı varidatdan, hətta azadlığından belə məhrum olacağı istiqamətlidir. Bu ehtimallar doğrularsa, aydın məsələdir ki, onun yaxın çevrəsindəki adamlar da prosesdən kənarda qalmayacaq.
Vəziyyətin əvvəlki kimi olmadığını elə X.İsgəndərovu da davranışları ilə nümayiş etdirir: mətbuatın yazdığına görə, daha onun rayon ərazisində hərəkəti 5-6 maşınla müşayiət edilmir. Heç ailəsinə də əvvəlki sayda mühafizəçi ayırmır. Hətta ona və F.Məmmədova məxsus olduğu deyilən, Binəqədidə yerləşən məşhur qoşa villaların da satışa çıxarıldığı deyilir. Məlumata görə, başçı yalnız vəzifədən alınmaq deyil, həbs və əmlakının müsadirə olunması variantlarını belə gözaltına alaraq hərəkət edir. Bu isə icra başçısının yaxınlaşmaqda olan təlatümlərə indidən hazırlaşmağa çalışmasından xəbər verir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
|