"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                 

Zərərçəkənlərdən Eldar Mahmudova “güllə kimi” sözlər - "...elə bilirsən unutmuşam?"
Tarix: 16-11-2017, 08:59 | Çap et
Zərərçəkənlərdən Eldar Mahmudova “güllə kimi” sözlər
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilməkdədir. Artıq sabiq nazir 3 dəfə istintaqçıların sualalrını cavablandırmaq zorunda qalıb. E.Mahmudov sonuncu dəfə istintaqda dindiriləndən sonra onun İstintaq İdarəsinin önündə “MTN işi” üzrə zərəçəkənlərin az bir qismi qarşılayıb. Sabiq nazirə çox ağır sözlər deyiblər.

E.Mahmudovun nazirliyi dövründə incidilən, əsassız olara həbs edilən, mal-mülkü əlindən alınanların sayı itib.

Onlardan biri də həmkarımız Pərviz Həşimlidir. Deyir ki, həbsdən azad ediləndən sonra Eldar Mahmudova telefon açıb, ona sözlərini deyib: “Bu haqda mətbuatda da yazmışdım. Amma onunla danışığımızın təfərrüatlarını açıqlamamışdım. Mən Eldar Mahmudova zəng edəndə israrla kim olduğumu soruşurdu. Deyirdim ki, səbr eləyin, deyəcəyəm. Ona sual verdim ki, niyə Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirmişdin. O hey deyirdi ki, kimdir danışan. Ona dedim ki, əməllərinizə görə akademik atanızın büstləri götürülüb. Sizin kimi övlad o ataya layiq deyil. Ürək sözlərimizi çatdırdım, sonda dedim ki, şərləyərək tutdurduğun, heç bir günahı olmadan başına qara torba keçirdib həbs etdirdiyin Pərviz Həşimlidir danışan. Ona onun üçün xoş olmayan suallar və sözlər yazıb sms-lə yolladım. Cavab vermədi. Nə cavab verə bilərdi ki? Mənə qarşı, mənim kimi yüzlərlə insana qarşı şəxsi maraqlarına görə cinayət edib”.

P.Həşimli Eldar Mahmudovla görüşmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin önünə də getdiyini deyib: “Mən ora çatanda artıq Eldar Mahmudov ifadə verib getmişdi. Orada olan zərərçəkənlərdən öyrəndim ki, üzünə tüpürüb, ona lənət oxuyublar”.

P.Həşimli deyir ki, həbsindən 1 ay öncədən MTN-in barəsində qətimkan tədbiri seçdirməyə çalışdığını bilib: “Ölkənin siyasi rəhbərliyinə də məktub yazmışdım ki, xüsusi xidmət orqanları məni qanunsuz olaraq həbs etmək istəyir. Buna görə də ölkə rəhbərliyinə yalan məlumatlar ötürür. Eldar Mahmudov siyasi rəhbərliyə yalan raportlar yazdırmaqla məni ləkələməyə çalışırdı. İndi isə həmin çirkablar ki, bizə atmağa yığmışdı öz üst-başını bulaşdırıb”.

P.Həşimli deyir ki, E.Mahmudovla üz-üzə gəlmək üçün məqam axtarır: “İstintaq İdarəsinin önündə onunla görüşməyə hazıram. Deyəcəklərim var ona. Mən işdə zərərçəkən kimi tanınmam üçün də müraciət etmişəm. Bununla yanaşı Avropa İnsan haqları Məhkəməsinin də qərarını gözləyirəm. Qərardan sonra bəraət almam üçün də addımlar atacağam”.

“MTN” işi üzrə zərərçəkən kimi tanınanlardan biri də iş adamı Maqsud Mahmudovdur. Deyir ki, Eldar Mahmudova deyəcək sözləri var: “Əmisi oğlu olan köməkçisi Vüqar Mahmudov məndən 170 min dollar alıb və Eldar Mahmudova verib. Eldar Mahmudovla görüşsəm ondan soruşacağam ki, gecələr rahat yata bilirsən? Bizdən hədə-qorxu ilə aldığın pullara tikdirdiyin imarət sənə dar gəlmir, sıxmır səni? Bizim pulumuzla aldığı o bahalı maşınlar, evlər ona haramdır, qanla qusacaq hamısını. Olmaz belə pul qazanmaq, görsəm deyəcəyəm ki, pulu kişi kimi qazanmaq lazımdır. Şərlə-şantajla adam tutub, böhtan atmaqla həbs etdirib pul qazanmağın sonu bu gün düşdüyü vəziyyətdir”.

M.Mahmudov İstintaq İdarəsinin qarşısına getməyəcəyini dedi: “Hansısa məclisdə, harda olsa üz-üzə gəlsəm ona bir kəlmə deyəcəyəm - adam kişi olar, pulu da kişi kimi qazanar. Şantaj yolu ilə pul qazanmaq kişiyə yaraşan hərəkət deyil. Bunu hamının yanında deyərdim”.

“Karvansaray” ticarət mərkəzinin payçılarından biri olmuş Elşən Kərəm oğlu da deyir ki, sabiq nazirə deyəcək sözləri çoxdur: “Üz-üzə gəlsəm Nizami Quliyevi niyə xəstə salıb ölümünə bais olduğunu xəbər alacağam. ”Karvansaray" ticarət mərkəzini Nizami Quliyev tikdirirdi. Biz də ətrafında olan payçılardan idik, ora pul qoyurduq. Eldar Mahmudov Akif Çovdarovu, Hilal Əsədovu üstümüzə göndərib əvvəlcə 20 dükan istədi. Sonaradn 40 dükan aldı. Sonra isə Nizami Quliyevi 8 ay MTN-ə hər gün çağırıb üstünə qışqırır, başına qalmayan oyunu açırdılar. Hər gün səhər 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Keflərinə düşəndə qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Bütün bu işgəncələrdən sonra Nizami müəllim “Karvansaray”ın təsisçiliyindən imtina etdi. Ticarət mərkəzi Eldar Mahmudovun əmisi qızı Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirildi. Nizami müəllim Eldar Mahmudovun ona yaşatdığı dəhşətlərin sonucu olaraq ağır xəstəlik tapdı. Sapsağlam adam idi. Dəfələrlə əməliyyat olundu, 2016-cı ilin iyununda dünyasını dəyişdi. Onun ölümü Eldar Mahmudovun vicdanındadır. Biz payçıları da məhv edib. Bu gün onunla üz-üzə gəlsəm hamı kimi mən də üzünə tüpürərdim. Bizim başımıza nə gəlibsə, hamısı Eldar Mahmudovun başçılığı altında olub. Biz bu gün də özümüzə gələ bilməmişik. 5 il əvvəl başımıza açdıqları müsibətləri xatırlayanda özümü çox pis hiss edirəm Bizə ən böyük pisliyi edən Eldar Mahmudov olub".

E.Kərəmoğlu deyir ki, sabiq nazirə zərərçəkənlərin İstintaq İdarəsinin qarşısında dedikləri fikirlərlə razıdır: “Məni də onun işi üzrə zərərçəkən kimi tanınmaq üçün müraciət etmişəm. Mətbuatdan zərərçəkənlərin ona dedikləri sözləri oxumuşdum. Elə həmin sözlərə şərikəm”.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru