Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub - Yeyinti ittihamı...
Tarix: 20-06-2016, 08:47 | Çap et
May ayının 30-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 kilometr uzunluğunda olan hissəsi bağlanılıb. Bu, həmin ərazidə təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, məsələ ilə bağlı bir müddət əvvəl «Azəravtoyol» ASC-dən verilən məlumata görə, artıq yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işlərinə start verilib. Qeyd olunur ki, təmir-bərpa işləri yalnız bir istiqamət üzrə, daha dəqiqi Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 kilometrlik hissəsində start verilib. Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Rəsmi informasiyada deyilir ki, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 santimetr qalınlığında monolit-beton töküləcək. Bütün işlər «Azəravtoyol» ASC-nin rəhbərliyinin, Fövqaladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət agentliyinin əməkdaşlarının xüsusi nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Nəzərinizə çatdıraq ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. Təbii, bu, o deməkdir ki, Bakı-Quba-Rusiya avtomobil yolunun yenidən təmirinə dövlət büdcəsindən təkrarən külli miqdarda vəsait ayrılacaq. Halbuki əvvəlki adı «Azəryolservis», indiki adı isə «Azəravtoyol» olan ASC nəqliyyat naziri Ziya Məmmədovun tabeliyində olduğu dönəmlərdə, daha dəqiq desək, 2008-ci ildə tikintisinə başlanılan sözügedən yolun tam istifadəyə verilməsi üçün büdcədən nə az, nə çox düz 545 milyon 287 min 800 manat xərclənmişdi. Lakin həmin vaxtdan etibarən bu yol bir neçə dəfə dağılıb, beton üzlüklər sökülüb. Xatırlayırsınızsa, o zaman Ziya Məmmədov Bakı-Quba-Rusiya avtomobil yolunun 30 il davam gətirəcəyini bəyan etmişdi. Görünən odur ki, nəqliyyat naziri əbəs yerə şişirtməyə yol verib. Məsələnin maraqlı tərəfi ondadır ki, həm Nəqliyyat Nazirliyi, həm də «Azəryolservis» indiyədək sözügedən yolun dağılma səbəbini məhz iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib. Gundelik-Baku.com olaraq bu qənaətdəyik ki, əslində adıçəkilən yolun dağılması ilə bağlı göstərilən səbəb bəsit bəhanədən, Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi zamanı yol verilən səhlənkarlıqları ört-basdır etməyə çalışmaq cəhdlərindən başqa bir şey deyil. Təxminən, eyni mövqedən çıxış edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da böyük vəsait xərclənərək tikilən yolun belə tez sıradan çıxmasını həyata keçirilən keyfiyyətsiz işlə əlaqələndirib: «Reallıq budur ki, həmin yol artıq dağılıb, həqiqətən də müəyyən hissələrində hərəkət etmək çox təhlükəlidir. Bu baxımdan təmir-bərpa işləri mütləqdir». Onun fikrincə, yolun tikintisinə başlamazdan öncə hər şey planlaşdırılmalıdır: «Tikinti bu gün yox, gələcək nəzərə alınmaqla tikilməli idi. Bundan başqa, Bakı-Rusiya sərhəd yolunun strateji əhəmiyyəti düşünülməli idi. Bu, beynəlxalq əhəmiyyətli yoldur, Avropa avtomagistralları siyahısına salınıb. Ona görə də yüksək keyfiyyətlə tikilməli idi». Mütəxəssisin sözlərinə görə, «Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıb» iddiası bəhanədən başqa bir şey deyil: «Görünən odur ki, yol başdansovdu tikilib. Bunun üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Amma araşdırma aparılsa, biabırçılıq meydana çıxar. Bunu sözlə ifadə etmək çətindir. Bir neçə il əvvəl həmin yolun tikintisinə külli miqdarda vəsait xərcləndi. Hesab edirəm ki, məsələdə cavabdeh şəxsləri, vəsaitlərin xərcləndiyi yerləri müəyyənləşdirmək, mühakimə etmək, dəmir barmaqlıqlar arasına göndərmək lazımdır ki, digərlərinə də dərs olsun». Nəzərinizə çatdıraq ki, mövzu ilə bağlı apardığımız araşdırmalar zamanı bəlli olur ki, Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub. Bu isə bir daha onu deməyə əsas verir ki, 600 milyon manata yaxın vəsaitə başa gələn Bakı-Quba-Rusiya avtomobil yolun tikintisi zamanı bir xeyli yeyintiyə yol verilib. Bu səbəbdən də həmin yol mütəmadi təmirə bağlanır. Məlumat üçün onu da bildirək ki, mövzu ilə əlaqədar əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən mənbənin sözlərinə görə, vaxtaşırı çökən, beton örtükləri dağılan, Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edilən yolun tikintisində istifadə olunmaq üçün nəzərdə tutulan armatur toxunmalar satılıb və yol adi beton qarışıqla inşa olunub: «Deyilənlərə görə, məhz bu səbəbdən yol hərəkət edən ağırtonluq yük maşınlarına tab gətirməyib çökür, dağılır. Hazırda bu yolun böyük bir hissəsi tam yararsız vəziyyətdədir. Bir sözlə, beton yol tam olaraq sıradan çıxıb. Payız və qış aylarında isə vəziyyət daha da acınacaqlı olur. Belə ki, həmin vaxt örtüyü tam dağılan yolu yağış suları daha da bərbad vəziyyətə salır, yol palçıqdan keçilməz vəziyyətə düşür. Elə buna görə də müvafiq dövlət orqanları dərhal sözügedən məsələni nəzarətə götürməli, Bakı-Quba-Rusiya avtomobil yolun tikintisi zamanı yeyintiyə yol verən şəxs və qurumlar barədə ölçü götürməli, onların ən sərt formada cəzalandırılmalarını təmin etməlidirlər. Bir sözlə, adıçəkilən yolu tikənlər əməllərinə görə qanun qarşısında cavab verməli, həbs olunmalıdırlar». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
|