«Azəravtoyol» ASC-nin sədr müavini hələ də Ziya Məmmədova arxalanır
Tarix: 10-06-2016, 09:23 | Çap et
«Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Əvəz Qocayevin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb, fəaliyyətinə dair tənqidi xarakterli məqalələr yayımlanıb. Onun nəqliyyat nazirinin yaxın adamı, ən etibarlı kadrlarından biri olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, Əvəz Qocayev hazırda təmsil olunduğu posta məhz Ziya Məmmədovun sayəsində gətirilib. Belə ki, nəqliyyat nazirinin ötən ilin aprel ayının 3-də imzaladığı əmri ilə «Azəryolservis» ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayevin adıçəkilən ASC-nin sədr müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisinə təyin olunduğunu bildirən mənbənin sözlərinə görə, «Azəryolservis»in adının dəyişdirilib «Azəravtoyol» olmasına, eyni zamanda ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasına baxmayaraq, Saleh Məmmədovun müavini hələ də Ziya Məmmədova sədaqətini qoyurub saxlayıb: «Deyilənlərə görə, Əvəz Qocayev az qala hər yerdə «Mənim «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə gətirilməyində Ziya Məmmədovun xidməti olub. O hər zaman mənə xüsusi diqqət və qayğı ilə yanaşıb. Elə bu səbəbdən də mən daim ona sədaqətimi qoruyub saxlayacağam. Əgər birdən Saleh Məmmədovla Ziya Məmmədov arasında seçim etməli olsam, onda nəqliyyat nazirinin yanında olacam» deyir. Məhz elə bu səbəbdən də son zamanlar «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədovla onun müavini Əvəz Qocayev arasında münasibətlər xeyli gərginləşib. Deyilənlərə görə, Saleh Məmmədov müavininin Ziya Məmmədovun yardımları ilə ASC-nin sədri postuna gətirilə biləcəyindən ehtiyat edir və buna görə də Əvəz Qocayevi mümkün qədər nəzarətdə saxlamağa çalışır. Bu isə qurum daxilində gərginliyin yaranmasına gətirib çıxarıb». «Azəravtoyol» ASC-nin ölkənin avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərdiyini, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirdiyini xatırladan məlumatlı şəxs iddia edir ki, Əvəz Qocayev bir müddət əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu uğrunda gedən mübarizəyə qatılmışdı: «Deyilənlərə görə, həmin vaxt Nəqliyyat Nazirliyinin yetkili şəxslərindən biri Əvəz Qocayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətərilməsindən ötrü bir xeyli çaba sərf etsə də, sonda uğursuzluğa düçar olub. Belə ki, yuxarılarda Əvəz Qocayevin icra başçısı postuna layiqli kadr olmadığı ilə bağlı qərar verildikdən sonra onun himayədarları çıxılmaz vəziyyətə düşmüşdülər. Lakin Ziya Məmmədovun məsələyə müdaxiləsindən sonra Əvəz Qocayev hazırda çalışdığı vəzifəyə təyinat almaqla özünü sığoralamağı bacarıb. Bu arada, onu da nəzərinizə çatdırım ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin keçmiş rəhbəri, hazırda nəqliyyat nazirinin müavini postunda çalışan Arif Əsgərovun da adının hallandığı, 50-yə yaxın sahibkar zərər çəkdiyi 48 milyon manatlıq mənimsəmədə «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayevin də adı keçir. Belə ki, bu maliyyə maxinasiyası ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan adıçəkilən QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovun Əvəz Qocayevin kürəkəni olduğu bildirilir. Həmçinin o da qeyd olunur ki, Rahib Hüseynovun azadlığa çıxmasında əsas səbəbkar qayınatası Əvəz Qocayevdir. Deyilənlərə görə, o, kürəkəninin azadlığa çıxa bilməsi üçün bəzi nüfuzlu şəxslərə minnətçi düşüb». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
|